Ekzotik istirahət Şri-Lanka



Qışda, soyuq havada isti bir məkana getmək, günəş şüalarından isinmiş qum üzərində gəzmək yəqin ki, hamının arzusudur. Bu Dubay deyil, qızıl kimi parıldayan qumu, iriyarpaqlı palma meşələri, vəhşi heyvanlarla dolu olan safari – sehirli tarixi ölkə Şri-Lankadır. Hind okeanında yerləşən bu möhtəşəm ada sanki nağıllardan çıxmış bir ölkədir.
Düzdü, Şri-Lankaya getmək üçün Dubaydan keçəcəksiniz. Çünki, Bakıdan Şri-Lankaya birbaşa uçuş yoxdur, bunun üçün Dubay-Kolombo reysindən istifadə etməlisiniz. Amma sonda Sizi sadəcə səhralıqdakı isti qum deyil, yam-yaşıl meşələrlə əhatə olunmuş, sakit və rahat mənəvi istirahət gözləyir.


Şri-Lanka ilin bütün fəsillərində gözəldir. Adanın dəniz sahilləri Şri-Lankanın boynuna salınmış bir kəhrəbanı xatırladır. Rəvayətə görə, Adəm və Həvvanın ilk ayaq basdıqları məkan da məhz Şri-Lanka olub.Hava şəraiti ilin bütün fəsillərində ekzotik gəzintiyə, çimərliyə getməyə imkan verir. Şri-Lankada ən aşağı temperatur 27 dərəcə olur. Dağətəyi ərazilərdə hərdən azca yağış yağır. Şri-Lankada istirahət tərzini qısa olaraq aşağıdakı kimi qimətləndirmək olar: səs küyündən uzaq, dəniz və təbiətə yaxın. Çətin ki, dünyada Şri-Lanka qədər rahat bir ölkə tapılsın. Burada heç kim heç yerə tələsmir (bura həmçinin otel personallarını da aid etmək olar), hər kəs həyatdan zövq alır.

Şri-Lankanın turistik yerləri kimi, əyləncələri də təbiidir. Səs küylü diskotekalar, ətrafı duman bürüyən əyləncələr burda dəbdə deyil. Turistlər daha çox təbiətdəki pikniklərdən, çimərlikdə balıqçılıqdan və barbeküdən zövq alır, dalğıc isə öz yerində. Bir sözlə işgüzar insanların mənəvi istirahətini təmin etmək üçün Şri-Lanka əvəzedilməzdir. Turistlərin Şri-Lankanı bəyənəcəyi mütləqdir. Burda dünya mədəniyyətinə və tarixinə maraq göstərənlər (qədim Şri-Lanka çox maraqlı abidələrə malikdir), dəniz sevdası yaşamaq istəyənlər, isti qum və dəniz, palma ağacları, dalğıç mərkəzləri, sörfinq qərargahları kimi əsrarəngiz istirahət məkanları var.Həmçinin azərbaycanlıların çox sevdiyi çayın ən ətirlisi və rənglisi məhz burdadır. Axı Şri-Lanka məşhur Seylon çayı ilə dünyanın dörddə birini təmin edir.

Şri-Lankanın Kataraqama kəndində müsəlman məscidi Məscid-ul-Hizr yerləşir. Ümumiyyətlə, bura şri-lankalıların Məkkəsi sayılır. İldə bir dəfə burada böyük bayram keçirilir. Ölkənin dörd bir yanından kasıblar, xəstələr məscidə yığışır. İnsanlar əllərində içərisi düyü və çiçəklərlə dolu olan məcməyi tutub, sıraya düzülürlər. İçərisi dolu olan məcməyini yaxınlaşıb məbədə qoyurlar. Arzu tutub, onlara verilən kokosu yerə qoyulan müqəddəs daşla sındırırlar. Əgər kokos iki yerə bölünsə demək, arzun tezliklə, yerinə yetəcək. Əgər kakos çox hissəyə parçalansa, həyatında bədbəxtlik olacaq.


Kral botanika bağı – Buradakı ağaclar turistləri heyran edir. Maraqlı çiçəkləri olan bu bağda 175 növ palma ağacı var. Hər tərəf isə meymunlarla doludur. Əgər nəyisə sındırmaq, özünlə xatirə kimi bir çiçək və ya yarpaq qırıb, götürməyə çalışsan meymunlar sənə hücum edəcək.


Ratnapura – dünyanın və Şri-Lankanın ən qiymətli yeri sayılır. Burada hər yan bahalı daşlarla – saffir, yaqutla bəzədilib. Ametis, topaz və bir çox daşlar məhz burada tapılır. Ratnapurada qiymətli daşlardan tikilən sarayın parıltısı hələ şəhərə girmədən görünür. Turistlərə burada qiymətli daşların hazırlandığı zavodları gəzməyə də icazə verirlər.

Şri-Lanka mətbəxi əsl acını sevənlərin yeridir. Yeməklərdə daha çox balıqdan, göyərtidən, ədviyyatdan istifadə olunur. Bütün yeməklərin yanında onun dadına uyğun sous gətirilir. Souslara darçın və qırmızı istiot tökülür. Bu sous dəniz məhsullarından hazırlanan yeməklərin üstündə təqdim edilir. Şri-Lankada ən bahalı yeməkləri ilan, meymun, kərtənkələ, timsah və tısbağa ətindən bişirilir. Deyilənə görə, dünyada ən dadlı suşi məhz bu ölkədə hazırlanır.

Şri-Lanka bahalı daş-qaşları ilə məşhurdur. Burada gözəl zinət əşyaları tapmaq olar, özü də münasib qiymətə. Ratnapura şəhərində həftədə bir dəfə saat 9.00-dan 14.00-a kimi bahalı zinət əşyalarının satıldığı yarmarka keçirilir. Mağazalarda müxtəlif mənaları ifadə edən ağacdan və dəridən düzəldilən gözəl maskalar satılır. Deyilənə görə, bu maskalara daha çox dua-cadu edirlər.

Turistlər ölkəyə özləri ilə 10 min dollardan artıq pul gətirə bilməzlər. Ölkədən aparmaq istədiyin hər hansısa bir əşyanın dəyəri 250 dollardan baha olmamalıdır.Bitki, siqaret, cilalanmış dəyərli daşları çıxartmaq qadağandır. Buddanın qarşısında şəkil çəkdirmək ədəbsizlik sayılır. İnzibati binaların qarşısında şəkil çəkdirmək fikrinə düşməyin. Bu istəyiniz sizə külli-miqdarda cəriməyə, hətta həbs cəzasına başa gələ bilər. Əgər yerli insanlardan kiminləsə şəkil çəkdirmək istəyirsənsə, əvvəlcə icazə almalı, həmin adama 5-10 dollar ödəməlisən. Məbədlərə girəndə örtülü geyinmək vacibdir, saçın və dərin görünməməlidir. Kafe və restoranlara şortda girməyə icazə verilmir.
Terra Travel - "Dünyanı bizimlə kəşf edin"


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram