Bakı tezliklə ücüncü dəfə “Formula-1” Azərbaycan Qran Prisi kimi möhtəşəm bir idman yarışına ev sahibliyi edəcək. Ölkəmizdə 27-29 aprel tarixlərində keçiriləcək dünyanın ən məşhur avtomobil yarışlaına bilet satışı və hazırlıqlara çoxdan başlanılıb.
“Formula-1” yarışmaları dünya miqyasında Yay Olimpiya oyunları və futbol üzrə dünya çempionatından sonra üçüncü ən populyar idman yarışı hesab olunur.
Bu tarixi hadisəni izləmək üçün hər il minlərlə turist Azərbaycanın paytaxtı Bakıya gəlir. Yarışma həvəskarları yarışları izləməklə yanaşı, həm də Bakının mənzərəsi və gözəlliyini seyr edə bilirlər.
Bütün əyləncələr Xəzər dənizi boyunca uzanan Dənizkənarı Bulvarda, xüsusi zonalarda yerləşir.Yarış iştirakçıları və qonaqların istirahəti üçün Bakıda saysız-hesabsız yerlər var. Trekdə baş verənləri izləmək, rahat kresloların, çətirlərin, divanların və kiçik stolların yer aldığı çoxsaylı əyləncə zonalarında dincəlmək mümkündür. Həmçinin, uşaqlar üçün akvarium və Formula 1 stilində saç düzümləri edilir, rəssamlar isə karikaturalar çəkir.
Azarkeşlər sevimli pilotlarını qarşılayıb onlardan avtoqraflar ala biləcək. İstirahət günləri ərzində F1 komandalarının üzvləri avtoqraf sessiyalarında iştirak edir. Bu da azarkeşi olduğunuz Formula 1 pilotu ilə ünsiyyətdə olmaq və şəkil çəkdirmək üçün ən böyük fürsətdir.
F1 azarkeşlərinin əyləncə proqramlarına dünya ulduzlarının çıxışları da daxildir.
Qran Prinin son günü - aprelin 27 Britaniyalı məşhur müğənni, Sem Smit konsert verəcək. Çoxlu sayda mükafata layiq görülmüş tanınmış müğənni aprelin 27-də "Baku Crystall Hall"-da səhnəyə çıxacaq.
Bütün bilet sahibləri konsertlərdə pulsuz iştirak edə biləcəklər. Həmçinin tamaşaçıların Bakı Şəhər Halqasından Kristal Zala rahat gediş-gəlişi üçün xüsusi avtobuslar xidmət göstərəcək.
2019 Formula 1 Azərbaycan Qran Prisini canlı izləmək üçün bilet almaq və Bakıya səfərini öncədən planlaşdırmaq istəyənlər daha ətraflı məlumatı
www.bakucitycircuit.com saytından ala bilərlər.
“Formula-1” Azərbaycan Qran Prisi üçün Biletlərə daxildir:
- Trekə VIP giriş
- Formula One Paddock Club™-a giriş
- Komandaların boksları üzərindəki tribunada yer
- Qəhvə, çay, kruassanlar və bişintilər
- Açıq Şampan barı
- Seçilmiş şərablarla zəngin nahar
- Trekdə gəzinti
- Race Paddock azarkeşləri tribunasına giriş
- Yarış proqramı və bir cüt qulaq tıxacı
- Əyləncələr
- Terrasdan yarışın startı və finişinə ən yaxşı görüntü
- Üç qonaq üçün bir parkinq yeri