Əşyaların dəyəri tədricən azalır, təəssüratların dəyəri isə hər ötən gün artır.
Romantiklərin nə iddia etməsindən aslı olmayaraq xoşbəxtlik puldan asılı olan bir hissdir. Alış veriş həqiqətən insanı xoşbəxt edir. 156 ölkədən 800 mindən çox insanla keçirilən sorğunun nəticəsinə görə insan nə qədər çox alış veriş edirsə, o qədər özünü xoşbəxt hiss edir. Əlbəttə söhbət maliyyə vəziyyətinin tədricən yaxşılaşması və ya ümumdaxili məhsulun artımından getmir. Paradoks ondan ibarətdir ki, insan əvvəllər özü üçün bahalı və əlcatmaz olan nəyisə əldə edə bilirsə, o artıq özünü xoşbəxt hiss etməyə başlayır. Bir sözlə insanın xoşbəxtliyi varlılıq səviyyəsi ilə birbaşa bağlı deyil, amma bütövlükdə götürdükdə varlı adamlar daha xoşbəxtdilər, nəinki kasıblar.
Alış verişin insana verdiyi xoşbəxtlik müvəqqətidir
Əlbəttə pul, alış veriş insanı xoşbəxt edir, ancaq bu müvəqqətidir. Əsil xoşbəxtliyi isə insana yeni bilik və bacarıqları öyrədən, yeni təcrübə qazandıran səyahət verir. Yeni əşya həmişə sənin yanındadır, gözünün önündədir, əlçatandır, dolayısı ilə çansıxıçıdır. Yeni təcrübə ilə isə hər şey əksinə olur – rəngarəng xatirələr bizim şəxsiyyətimizə təsir edir, onu zənginləşdirir və bizdə yeni hisslər yaradır. Hətta mənfi təcrübə belə yenidən qiymətləndirildikdən sonra müsbət dəyər qazanır.
Əşyaların dəyəri tədricən azalır, təəssüratların dəyəri isə hər ötən gün artır
Bir sözlə xöşbəxtliyi məhz burda axtarmaq lazımdır: əşyaların dəyəri tədricən azalır, təəssüratların dəyəri isə hər ötən gün artır. Ona görə də pulu yeni televizora, sumkaya, avtomobilə deyil, səyahətə, konsertə, istirahətə xərcləmək lazımdır. Bu təcrübə əbədi olaraq qalacaq və zamanla onun dəyəri yalnız artacaq.
Yeni təcrübə əldə etmək istəyənlər həmişə üstündür
Ümumiyyətlə işəgötürənlər də işdə maddi gəlir əldə etməkdənsə yeni təcrübə əldə etmək istəyənlərə üstünlük verərlərsə, bu yanaşma həm işdə yaxşı münasibətlər, həm də xoşbəxt bir cəmiyyət qurmağa kömək edər.