Balayı
Hər kəsə yaşamasını arzuladığımız sonsuz sevgi ayı
Evlilik hazırlıqları, toy özü nə qədər həyəcanlı, maraqlı bir mərasim olsa da o qədər də yorucu, gərginlik yaradan bir mərasimdir. Ona görə də adətən, yeni evlilər toy mərasimindən sonra tez dincəlməyə çalışırlar və balayı da bunun üçün əla fürsətdir.
Balayı
Sizə evlilik həzzini yaşadacaq
Balayı yorğunluğu aradan götürməklə yanaşı, həm də yeni evliliyin daha maraqlı başlamasına, iki gəncin baş-başa, problemlərdən, işdən uzaq qala bilmələri üçün əla fürsətdir.
Nəyin bahasına olursa olsun balayınızı təxirə salmayın
Balayını toydan həmən sonra etmək lazımdır, əks halda gecikmiş bal ayı sadəcə tətildir. Toydan sonra balayını təxirə salsanız bu sizin yenidən gərgin iş həyatına qayıtmağınıza və yeni qurduğunuz evlilikdən tam həzz ala bilməmənizə səbəb olacaq. Nəyin bahasına olursa olsun balayınızı təxirə salmayın.
Əgər iş qrafikiniz çox ağırdırsa, onda heç olmasa həftə sonunda şəhər kənarına çıxın. Bunun sizə necə müsbət təsir göstərəcəyini özünüz də hiss edəcəksiniz.
Özünüzə və sevdiyiniz insana vaxt ayırın
Nəzərə alın ki, dincəlmək üçün xarici ölkəyə getmək elə də vacib deyil, ölkəmizin Nabran, Bilgəh, Mərdəkan, Novxanı, Zaqatala, Lənkəran, İsmayıllı kimi gözəl məkanları var.
Bal ayı üçün gənclərin ən çox seçdiyi xarici ölkə isə: Maldiv adaları, Kipr, Yunan adaları, Kanar adaları, Tayland, Bali (İndoneziya), Qoa (Hindistan), Şri-lanka, Mavrikiy adaları, Seyshel adaları, Paris, Praga, İspaniya, Venesiyadır.
Bal ayına çıxmazdan öncə bunlara diqqət edin!
Əvvəlcə büdcənizi dəqiqləşdirin. Bündcənizə uyğun olan bal ayı planını cızın. Rezervasiya edərkən ən xırda detalara qədər diqqət yetirin. Məsələn otağınızın mənzərəsi necə olacaq, eyvanı varmı, otaqda soyuducu, televizor, hətta ütü belə olmasını istəyirsinizsə bunu əvvəlcədən bildirin. Xarici şəhərə getdiyiniz halda pasportunuzu və vizanızı balayından ən az 1 ay əvvəl hazırlamalısınız. Həmçinin, gedəcəyiniz ölkəyə aid müvafiq məbləğdə əskinaz götürməyi də unutmayın.
Balayında forsmajor hallarla qarşılaşmamağınız üçün sənədlərinizin və pulunuzun təhlükəsiz yerdə olduğundan əmin olun. Bunun üçün otelin kassalarından və ya otelinizə yaxın olan banklardan istifadə edə bilərsiniz.
Çamadanınıza bunları qoymadan yola çıxmayın
Alış verişinizi bal ayına çıxmadan bir ay öncə, sumkanızı isə bir həftə əvvəl yığmağınızda fayda var.
Çamadanda olmazsa olmaz dediyiniz nələr olmalıdır?
- Doğum şəhadətnaməsi, evlilik şəhadətnaməsi, xarici pasport, aviabilet, otel rezervasiya sənədləri və s.
- Götürməli olduğunuz geyimlərə gəldikdə isə, müxtəlif şəkildə kombinələr etmək mümkün olan geyimlərə üstünlük verin.
- Çamadanda çox yer tutacaq krasovka, çins, kurtka və s. geyinib yola çıxmanız daha məsləhətdi.
- Həm bəyin, həm də gəlinin çamadanında alt paltarları, corab, papaq, başmaq, qəşəng bir ayaqqabı olmalıdır.
- Həmçinin günəş kremi, diş fırçası və pastası, saç feni, saç kremi, makiyaj, bədən və üz kremi, makiyaj təmizləyicisi, daraq, maqqaş, dırnaq qayçısı, ətir mütləq olmalıdır.
- Bəylər isə təraş üçün lazım olan ləvazimatlarını və losyonlarını götürməyi unutmasınlar.
- Qiymətli və vacib əşyaları özünüzlə götürmək üçün kiçik bir əl, yaxud bel çantasına ehtiyacınız var.
- Səhhətinizə uyğun olan ağrıkəsicilər kimi bəzi vacib həbləri də götürməyi unutmuyun.
- Bolluca romantika və istirahət
- Masaj, spa və türk hamamı
- Üzgüçülük, dalğıc, yürüş, velosiped kimi idman fəaliyyəti
- Akvapark əyləncələri
- Gəmi turu
- Yerli təlamların dadılması
- Olduğunuz şəhəri qarış qarış gəzmək və tanımaq
- Alış- veriş
Terratravellə gedəcəyiniz ölkəni seçin!
Artıq balayı turu üçün hazırsınız. Əgər hələ də hara gedəcəyinizə qərar verməmisinizsə, Terra Travel-dən çox rahatlıqla gedəcəyiniz ölkəni və oteli seçib, istədiyiniz turu sifariş edə bilərsiniz. Bu sadəcə dincələ bilmədiyiniz üçün dəniz-qum-günəş də ola bilər, heç görmədiyiniz şəhər də ola bilər, böyük meqopolislərdən uzaq sakit bir ada da.
Terra Travel - Dünyanı bizimlə kəşf edin!