Xarici ölkələrə səyahət zamanı tələb olunan elektron anketi tamamlamaq mütləqdir
Türkiyə, Gürcüstan və Dubaya səyahət zamanı tələb olunan elektron anketi tamamlamaq mütləqdir. Əks halda səyahətiniz yarımçıq qala bilər.
Azərbaycan vətəndaşları Türkiyəyə səyahət edərkən uçuşa qalan son 72 saat ərzində bu Linkə daxil olaraq müvafiq xanalar üzrə öz məlumatlarını tamamlamalıdır. Tamamlanmış məlumatlara əsasən avtomatik olaraq sizin üçün xüsusi HES kodu yaradılacaq. Yaradılan HES kodu sayəsində, səyahətiniz zamanı təmasda olduğunuz insanların Covid-19 daşıyıcısı olması haqqında sizə məlumat veriləcək.
Türkiyənin səhiyyə nazirliyi tərəfindən yaradılan platforma pandemiya dövründə özünüzü və yaxınlarınızı qorumaq üçün faydalı olacaq. Bunun üçün veb-saytdakı məlumatların düzgün formada tamamlanması vacibdir. Forma tamamlanmadığı halda Türkiyə ilə sərhəd keçid məntəqəsində müxtəlif sanksiyalarla qarşılaşa, hətta bu ölkəyə daxil olmağa icazə verilməyə bilər.
Gürcüstana səyahət edən bütün əcnəbilər https://registration.gov.ge/pub/form/8_protocol_for_arrivals_in_georgia/tk6157/ saytında mütləq şəkildə qeydiyyatdan keçərək müvafiq formanı tamamlamalıdır. Forma tamamlandıqdan sonra sərnişinə şəxsi kod veriləcək və onun etibarlılığı uçuşa qeydiyyatdan keçərkən yoxlanılacaq (doldurulmuş forma çap oluna və ya mobil cihazda göstərilə bilər).
Dubaya səyahət edən turistlər səyahətdən əvvəl "COVID-19 DXB Smart" tətbiqini mobil telefonlarına yükləyərək qeydiyyatdan keçməlidirlər. Android və iOS istfadəçiləri müvafiq olaraq öz mobil cihazlarına uyğun proqram təminatını Android və iOS sözlərinin üzərinə klik edərək yükləyə bilərlər.