Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ölkəmizə rəsmi səfəri çərçivəsində Qətər Dövlətinin Baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani ilə görüşüb. Görüşdə tərəflər, iki ölkə arasında iqtisadi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu sahəsində, habelə alternativ enerji, nəqliyyat bağlılığı, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və mövcud potensialdan istifadə edilməsi məsələlərini müzakirə ediblər. Cari səfər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın iclasının keçirilməsinin ikitərəfli iqtisadi əlaqələrin inkişafına müsbət töhfə verəcəyi qeyd edilib.
Görüşün yekununda
“Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında saziş” imzalanıb.