Covid-19 səbəbiylə həyatımızda çox şey dəyişdi! Turizm də bu vəziyyətdən ən çox təsirlənən sahələrdən biridir. Səyahət qaydaları yoluxma halların sayına görə dəyişə bilər. Bəzi ölkələr sərhədi turistlər üçün tamamilə bağlasa da, bəzi ölkələr PCR testlərini tələb edir və karantin qaydalarına uyğun olaraq səyahətə icazə verir. Bununla yanaşı sərhədlərini turistlər üçün tamamilə açıq olan ölkələr də var. Bu yazımızda pandemiya zamanı xaricə gedəcək şəxslərə məsləhət vermək istərdik.
Korona dövründə xaricə səyahət edənlər üçün Təkliflər...
1. Ölkələrin Səyahət Qaydalarına əməl edin.
Məsələn, əgər hər hansı bir ölkə 14 günlük karantin şərti təklif edirsə, siz vizanızı buna uyğun tənzimləməlisiniz və ya müvafiq olaraq yaşayış yerinizi bron etməlisiniz. Bu prosesdə sərhədləri açıq olan ölkələrə səyahət etmək daha ağıllı bir fikir ola bilər.
2. İzdihamdan uzaq durun.
Öz ölkənizdə olduğu kimi xaricdə də izdihamdan uzaq durmağa və sosial məsafəni qorumağa çalışın. Beləliklə, həm özünüzü, həm də digər şəxsləri qoruya bilərsiniz.
3. Maskadan istifadə edin
Getdiyiniz ölkədə maskadan istifadə məcburiyyəti olmasa belə, maskadan istifadə etməyi unutmayın. Unutmayın ki, maska sizi qoruyacaq.
4. Getdiyiniz ölkənin qaydalarına əməl edin
Əks təqdirdə problemlə üzləşə bilərsiniz. Öz ölkənizdə qanuni olan digər ölkələrdə qadağan edilə bilər. Buna görə əvvəlcədən çoxlu araşdırma etməyi məsləhət görürük.
5. Havan şəraitini nəzərə alın
Havanı proqnozunu əvvəlcədən izləyin və çamadanınızı buna uyğun hazırlayın. Hava şəraitinə uyğun geyim sizi xəstəliklərdən də qoruyacaq.
6. Qələm və dəftər çantanızda olsun.
Xaricdəki ünvan və telefon nömrəsi kimi təfərrüatları da yazmağınız lazım ola bilər. Gördüklərinizi qeyd edə bilərsiniz və ya dil bilikləriniz kifayət etmədikdə probleminizi rəsm çəkərək göstərə bilərsiniz.
7. Çamadanınızı yığarkən diqqətli olun.
Çamadanlarınızı çox paltarla yükləməyin. Unutmayın ki, mütləq xaricdən nəsə almalı olacaqsınız. Ona görə də çamadanınızda bu məhsullara yer saxlamağı unutmayın. Həmçinin çamadanınıza maska, dezinfeksiyaedici kimi məhsulları əlavə etməyi unutmayın. Bəzi ölkələrdə bu məhsulları tapmaq sizin üçün çətin ola bilər.
8. Pasportunuza diqqət yetirin
Xaricdəki pulunuzu və əşyalarınızı nə qədər qoruyursunuzsa pasportunuzu da elə qorumalısınız. Pasportunuzu itirməməli və hər zaman yanınızda götürməlisiniz.
9. Xaricdə hansı ünvanda qalırsınızsa oranı qeyd edin.
Telefonunuzda olan xəritə proqramlarında qaldığınız ünvanı yadda saxlayın. Beləliklə, həmin ünvandan uzaqlaşdığınızdan sonra ünvanı yenidən tapmaq asan olacaq.
10. Planlı hərəkət edin
Gedəcəyiniz yerləri planlaşdırın. Pandemiyanın bir hissəsi olaraq bu yerlərin ziyarətçilərə açıq olub olmadığını yoxlayın. Özünüz üçün Komendant saatlarından kənar ziyarət edə biləcəyiniz proqramlar yaradın.
11. Özünüzə güvənin
Ölkədəki insanlarla ünsiyyət qura biləcəyinizə və şəxsi əşyalarınızı qoruya biləcəyinizə əmin olun. Əlavə olaraq özünüzü də qoruya biləcəyinizi unutmayın.
12. Özünüzü təcrid edin
Xaricdən qayıtdıqdan sonra özünüzü təcrid etməlisiniz. Çünki tanımadığınız bir çox insanlarla qeyri-ixtiyari olaraq ünsiyyət quracaqsınız. Odur ki, evə qayıdanda özünüzü karantinə alın. Xəstəliyin hər hansı bir əlamətini görsəniz, ən yaxın tibb müəssisəsinə müraciət edin. Pandemiya dövründə təhlükəsizlik qaydalarına riayət etməklə etməklə səyahət edə bilərsiniz.
Sizlərə bol səyahət və xoş istirahətlər arzu edirik.
Terra Travel - Dünyanı bizimlə kəşf edin!