İspaniyada görməli yerlər...


Güel Parkı
Böyük memar Antonio Qaudi bütün dünyada tanınan İspaniyanın bu məşhur məkanının yaradılmasında iştirak etmişdir. Park Güel sadəcə yaşıllıq bir sahə deyil. Burada 20-ci əsrin əvvəlində məşhur olan “şəhər-bağ” konsepsiyasında bağların və yaşayış sahələrinin ahəngi mövcuddur. Bu məqsədlə Barselonanın kənar bölgəsini seçərək Usebi Güelin tikintisinə başlanılmışdı. Monotonluğu və sadəliyi sevməyən istedadlı memar Qaudi dəvət edildi və o parkın memarlığını müxtəlifləşdirmiş, onu rənglərin qeyri-adi kombinasiyası və əyri xətlər ilə bəzəyərək xarici ahəng və təbiilik hissi bəxş etmişdir.
Parkın girişində turistləri parlaq keramika ilə bəzədilmiş bir cüt zəncəfilli kökə evlər qarşılayır. Parkdakı bütün köşklər böyük tort bəzəklərinə bənzəyir, lakin çox real görünürlər. Rənglənmiş heyvanlar isə pilləkənlərdə donub qalmış kimidir. Parkdakı hər bir obyekt canlı görünür. Uydurma və reallıq astanasında tarazlaşan park turistləri təəccübləndirir.


Sagrada Familia
“Sagrada Familia” İspan dilindən tərcümədə “Müqəddəs ailə” deməkdir. Barselonanın Eşample rayonundakı bu kilsə 1882-ci ildən etibarən tikilməkdədir. İdeya müəlliflərinin fikrincə, kilsənin tikintisi ianələr hesabına reallaşmalı idi. Onun inşasının dövrümüzədək davam etmə səbəbi də məhz budur.
İlk layihə memar Fransisko del Vilyar tərəfindən hazırlanmışdır. Lakin 1883-cü ildə dəvət olunan Antonio Qaudi tikinti prosesinə rəhbərlik etməyə başlamış və orijinal layihəni tamamilə dəyişdirmişdi. Layihəyə əsasən, məbədin inşasının 2035-ci ilə qədər tamamilə başa çatdırılması planlaşdırılır.


Expiatori del Sagrat Cor de Jesús
Expiatori del Saqrat məbədi, İspaniyanın Barselona şəhərində, Kataloniyada, Tibidabo dağının zirvəsində yerləşən Roma Katolik kilsəsi və kiçik bazilikadır. Bina ispan memarı Enrik Sanyenin əsəridir və tikinti oğlu Cozep Mariya Sanye i Vidal tərəfindən tamamlanmışdır. İsanın Müqəddəs Ürəyinə həsr olunmuş kilsənin tikintisi 1902-ci ildən 1961-ci ilə qədər davam etmişdir. Expiatori del Sagrat Cor de Jesús Məbədi öz cazibəsini əsasən yerləşdiyi əraziyə borcludur. Çünki, Kolserola dağ silsiləsində ən hündür yüksəklik olan Tibidabo zirvəsində yerləşir. Bu səbəbdən o, dağa baxan bir çox şəhər küçələrindən aydın şəkildə tanınır. Məbəddən isə Kataloniya paytaxtının ən gözəl mənzərələrini seyr etmək mümkündür.


Retiro Parkı
Retiro Parkı İspaniyanın paytaxtı olan Madrid şəhərində yerləşən ən böyük parklardan biridir. 19-cu yüzilliyin sonlarına qədər İspaniya monarxiyasına aid olan bu park daha sonra ictimai parka çevrilmişdir. Təxminən 118 hektar ərazini əhatə edən, süni gölün və bir çox heykəl, abidə, qalereyaların olduğu Parkda mütəmadi olaraq bir çox tədbirlər keçirilir.
Madriddə bütün günü keçirə biləcəyiniz tayı bərabəri olmayan bir parkdır. Burada istəsəniz piknik edə və ya parkdakı göldə üzmək üçün icarəyə qayıq götürə bilərsiniz. Parkda ilk dəfə qarşılaşa biləcəyiniz bitki və ağac növləri var. Retiro Parkı 2021-ci ildə UNESCO tərəfindən Dünya irsi siyahısına əlavə edilmişdir.


Bilbao Guggenheim muzeyi
Bu muzey İspaniyanın Bilbao şəhərində, Nervion çayının sahilində yerləşən müasir incəsənət muzeyidir. Muzeydə həm müxtəlif müvəqqəti sərgilər, həm də 20-ci əsrə aid daimi sərgi keçirilir. 1997-ci ildə açılan muzey binasının layihəsi Frank Geri tərəfindən hazırlanmışdı. Bina futuristik gəmi ilə yanaşı həmçinin çiçək, quş və təyyarəyə də bənzədilir. Hündürüyü 55 metr olan binanın ümumi sahəsi 24 min, o cümlədən sərgi sahəsi 11 min kvadrat metrdir.
Binanın tikintisi 75 milyona başa gəlmişdir və bu həmin şəhərin turizm inkişafına təkan vermişdir. Qısa müddət ərzində milyonlarla turisti cəlb etdiyinə görə cəlbedici olmayan bir məkanı cəlbedici məkana çevirmək “Bilbao effekti” adlamağa başlayıb.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram