Avstriyada görməli yerlər...

Albertina Muzeyi
Avstriyanın paytaxtı Vyanada yerləşən bu muzey dünyanın ən əhəmiyyətli qrafika kolleksiyalarının qorunduğu ən böyük rəsm muzeylərindən biridir. Xüsusən kolleksiyalarda Da Vinçi, Mikelancelo, Rafael, Rubens, Kokoşka, Rembrandt, Dürer, Klimt, Sezanın əsərləri yer alır. Tarixi ilə bağlı 17-ci əsrin ikinci yarısında inşa edilmiş olmasını, 1745-ci ildə Avstriya-Macarıstan İmperatriçasının icazəsi ilə Emanuel Teles de Kont Sylva-Tarouca tərəfindən “Taroucca Sarayı” adlandırılmasını, lakin sonralar isə Saxen-Teschen hersoqu Albertin sarayı olması ilə “Albertina Sarayı” adını almasını qeyd etmək olar.


Kroyçenştayn Qalası
Kroyçenştayn qalası Vyana yaxınlığındakı Leobendorf şəhərində, dəniz səviyyəsindən 266 metr, Dunay çayının səviyyəsindən isə 100 metr yüksəklikdə yerləşir. Xüsusilə uzaqdan möhtəşəm görünür. Geniş xəndəyin üstündəki əsl asma körpü əsas girişə aparır və atmosfer sizi həmin an Orta əsrlərə aparır.
İlk olaraq XII-ci əsrdə Formbrax qrafları tərəfindən tikilmiş, lakin hazırkı formasını Qraf İohan Promukun dövründə 1874-1906-cı illərdəki təmir işlərindən sonra almışdır.


Vyana Dövlət Operası
Tikintisinə 1861-ci ildə başlanılan Vyana Dövlət Operasının (Ştatzoper) tanınan binasının inşası 1869-cu ildə bitmiş və təntənəli şəkildə açılışı olmuşdu. İkinci Dünya Müharibəsi illərində fasad, interyerdən fərqli olaraq, çox ağır dağıntılara məruz qalmışdı və hissə-hissə bərpa edilməli idi. Binanın yenidən bərpası 1955-ci ildə mümkün olmuş və elə həmin ildən etibarən yenidən fəaliyyətə başlamışdır. Bu gün Vyana Operası dünyanın ən mühüm mədəniyyət müəssisələrindən biridir.
Biletlərin qiyməti 10-500 avro arasında dəyişir. Əgər siz opera sənətinin həvəskarı deyilsinizsə, tur çərçivəsində Dövlət Operası binasına baş çəkə bilərsiniz. Zalların və dəhlizlərin möhtəşəm dekorasiyası buna dəyər.


Avstriya parlamentinin binası
Parlament binası Hofburq saray kompleksinin yanında, Vyananın İçəri Şəhər rayonunda Ringstrasse-də yerləşir. Qədim yunan üslubunda tikilmiş parlament binası Avstriyanın paytaxtı üçün kifayət qədər qeyri-adi görünür. Burada ilk görüş 1884-cü ildə keçirilmişdi.
İkinci Dünya Müharibəsi zamanı bina, əlbəttə ki, çox zərər gördü və sonrakı onilliklərdə uzun müddət və hərtərəfli bərpa edildi, genişləndirildi və modernləşdirildi. Bina 13500 m2-dən çox ərazini əhatə edir və yüzdən çox otağı var. Parlament turistlərin ziyarətinə açıqdır.


Hofburq Saray Kompleksi
Daha bir imperiya iqamətgahı Hofburq Saray və Park Kompleksidir. Vyananın mərkəzində yerləşən kompleks, 13-cü əsrdə tikilib və sonralar bir neçə dəfə genişləndirilib. Adı "Məhkəmə qalası" kimi tərcümə olunur, bu da Orta əsrlərdə tikildiyini sübut edən, vurğulayan ünsürlərdən biridir.
Saraylar və müxtəlif tikililər qotika, intibah, barokko daxil olmaqla müxtəlif memarlıq üslublarında tikilib. Onların sadəcə bir qismi turistlər açıqdır. Məsələn, Sissi Muzeyinə, Xəzinədarlığa və İmperator Palatalarına gedə, parkda gəzə, ölkənin ən böyük kitabxanası olan Avstriya Milli Kitabxanasına nəzər yetirə bilərsiniz.



Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram