Taylanda səyahət haqqında hər şey


Taylanda səyahət etmədən öncə bilməli olduğunuz nələrdir?

Tayland, Uzaq Şərqdə yerləşən və dünyanın müxtəlif bölgələrindən turist cəlb edən ölkələr arasındadır. Bu ölkəni ziyarət etmədən əvvəl bir neçə nüansları nəzərə alaraq tətilinizi daha komfortlu edə bilərsiniz. Səyahətə çıxmazdan əvvəl bölgənin mədəni vərdişləri haqqında araşdırma etməyiniz daha yaxşı olar. Məsələn, Taylandda məbədlərə gedərkən ayaqqabılarınızı çıxarmağınız lazımdır. Bu həm təmizlik, həm də hörmət göstəricisidir.
Əlavə olaraq, Taylandda gedilə biləcək yerlərə ziyarət edərkən insanlarla problemsiz bir əlaqə qurmaq üçün cib telefonunuza səsli lüğət proqramları da yükləyə bilərsiniz. Beləliklə ehtiyaclarınızı qarşılamaq mövzusunda sizi çətinə sala biləcək dil baryeri texnoloji yardım ilə aradan qalxmış olur.

tayland

Taylandda tropik iqlim üstünlük təşkil edir. Buna görə də hava, demək olar ki, ilin hər günü nəmlidir. Ölkə noyabr və fevral aylarında sərin, mart ilə aprel arasında istidir. Maydan oktyabr ayına qədər də leysan yağışlar höküm sürür. Buna görə də otel rezervasiyanızı edərkən qeyd etdiyimiz tarix aralıqlarını diqqətə almağınız və yanınızda götürəcəyiniz əşyaları hava proqnozuna görə seçməyiniz sizə faydalı olar. Taylanda getmədən öncə öyrənməli olduqlarınız arasında tıxacla bağlı bir mövzu da var. Ölkədə avtomobillər, İngiltərə və Hindistanda olduğu kimi sol zolağdan hərəkət edir. Maşın sürərkən və ya piyada kimi yol keçərkən təhlükəsizliyiniz üçün diqqət etməlisiniz. Bu ölkəyə xas vəziyyətlərə əlavə olaraq, istirahətə getmədən öncə nəzərə almalı olduğunuz nüanslar da mövcuddur.
Sizin üçün hazırladığımız səyahət ipucularını oxuyaraq Taylandda əyləncəli və komfortlu bir tətil yaşamağınız üçün çoxlu informasiya əldə edəcəksiniz. Taylandda gəziləcək məkanların siyahısını incələyərək unudulmaz anlar yaşaya bilərsiniz.

Taylandda mütləq görməli olduğunuz yerlər haralardır?

Asanlıqla demək olar ki, Taylandda görməyə dəyər çoxlu şəhər və nöqtələr var. Ölkə gecə həyatı, memarlıq üslubu və təbii gözəllikləri ilə bütün dünyada məşhurdur. Bununla, həm mədəni səyahətə çıxmaq istəyənlərə, həm də təbiətsevərlərə xitab etməyi bacarır. Taylandda hara getmək olar sualının cavabını aşağıda tapa bilərsiniz.

chiang-mai

Chiang Mai şəhəri

Bu şəhər Taylandın gəzməli yerləri arasında birinci yerdədir. Chiang Mai Taylandın şimalındakı ən böyük şəhərdir. Əhalisi 127 mindən çox olan bu şəhər canlı və əyləncəli bir tətil imkanı təqdim edir. Özünəməxsus ənənələri olan bu şəhərdə bir çox etnik tayfalar yaşayır. Chiang Mai-də ziyarət edə biləcəyiniz onlarla yer olduğunu söyləmək mübaliğə olmaz.

Bunlardan bir neçəsini ardıcıllıqla sıralaya bilərik :



wat-pha-lat

“Wat Pha Lat” məbədi :

Bu məbəd sözün əsl mənasında meşədə gizlənib. Şəlalənin başındakı bu ərazi son dərəcə sakit və səssiz olması ilə tanınır. 1300-cü illərdə tikilmiş “Wat Pha Lat” ağaclarla əhatə olunub. Burada tarixi Buddist heykəllərini yaxından görə bilərsiniz. “Wat Pha Lat” meditasiya etməyi sevənlər üçün də ideal tarixi məkandır.

“Wat Phra Singh”məbədi :

Məbədin adını daşıdığı Aslan Budda Heykəli Phra Singh 1300-cü illərdə tikilib və Şri Lankadan gətirilib. Songkran Festivalı zamanı Phra Singh küçələrdə parad edilir. Heykəlin şəhərin simvolu olduğunu deyə bilərik. Məbədin içərisində 1000 illik kitabxana da var. Bu ərazidə Buddizm haqqında çoxlu yazılar mövcuddur. Əgər tarixlə maraqlanırsınızsa, bu məbədi mütləq ziyarət etməlisiniz.

“Anusarn bazarı”:

Bu gecə bazarı dünyaca məşhurdur. Geniş bir ərazidə yerləşən bazarda bir çox müxtəlif yerli məhsulları almaq imkanınız var. İstəyirsinizsə, burada Taylandın məşhur küçə ləzzətlərini də dada bilərsiniz. Anusarn bazarı sevdiklərinə suvenir almaq istəyənlər üçün idealdır.

Chianq Mai görkəmli bir şəhər kimi təsvir edilə bilər, çünki Taylandın keçmişinə dair bir çox fərqli əsərə ev sahibliyi edir. Ölkənin tarixini öyrənmək və müxtəlif tayfaların həyat tərzini yaxından görmək üçün mütləq buraya getməlisiniz. Mədəniyyətlə dolu olan Chiang Mai-də sevdiklərinizlə unudulmaz anlar yaşayacaqsınız.


hong-son


Hong Son şəhəri

Taylandda gəzməli yerlər dedikdə ağla ilk gələn şəhərlərdən biri Honq Sondur. Chiang Mai ilə qonşu olan bu şəhərin əhalisi 280 mindən çoxdur. Coğrafi xüsusiyyətləri ilə bənzərsiz bir gözəllik təqdim edən şəhərdə həm Tay, həm də Birma mədəniyyətinin təsirinə rast gəlmək olar. Şəhərdə ziyarət edə biləcəyiniz yerlərdən biri də “Wat Phrathat Doi Kong Mu” məbədidir. Bu qədim Buddist quruluş həm Tai Yai, həm də Birma memarlığının izlərini daşıyır.

Təpədə yerləşən Wat Phrathat Doi Kong Mu, saf ağ rəngi ilə unikal və füsunkar mənzərəsi ilə tanınır. Şəhərdə görülməli olan digər tikili Sutongpe körpüsüdür. Bu tikili yerli əhali tərəfindən rahiblər üçün tikilmişdir. Tamamilə bambukdan ibarət olan sözügedən körpünün çox maraqlı görünüşə sahibdir. Turistlərin körpünü ziyarət etməsində heç bir məhdudiyyət yoxdur. Bu körpüdə xoşbəxtliyinizi əks etdirən fotoşəkillər çəkə və beləliklə, Tayland səyahətinizi əbədiləşdirə bilərsiniz.


phi-phi-islands

Phi Phi adaları

Phi Phi adaları Taylandın cənubunda yerləşir. Bölgə Krabi əyalətinə aiddir. Koh Phi Phi adası ölkənin ən məşhur istiqamətlərindən biridir. Leonardo Di Kaprionun məşhur filmlərindən biri olan "The Beach" burada Maya körfəzində çəkilib. İl boyu çoxlu ziyarətçi qəbul edən ada əyləncə məkanları ilə də seçilməyi bacarır. Əyləncəli gecə həyatı axtaran insanlar Phi Phi adalarını ziyarət edə bilərlər. Siz, həmçinin unudulmaz təcrübə yaşadan bölgənin çimərliklərində dərin mavi okeanın dadını çıxara bilərsiniz. İstəyirsinizsə, yerli tur xidmətlərindən istifadə edərək Phi Phi bölgəsini ziyarət edə bilərsiniz. Bu, həm adalar haqqında məlumat əldə etməyə, həm də xoş anlar yaşamağa imkan verir. Siz Taylandın mərkəzi yerindən Phi Phi adalarına çatmaq üçün qayıqları seçə bilərsiniz. Bu, sakit və rahatlıq verən okean səyahəti üçün əlverişli şərait yaradır.

Taylandda etməli olduğunuz fəaliyyətlər hansılardır?

Uzaq Şərqin turizm cənnətlərindən biri olan Taylanda getdiyiniz zaman bölgəni gəzməklə yanaşı etməli olduğunuz fəaliyyətlər də var. Bunlar sayəsində tətilinizi çox daha əyləncəli edə bilərsiniz. Taylandda etməli olduğunuz fəaliyyətləri aşağıdakı kimi sadalaya bilərik:

Banqkokun məbədlərinin birində Tay masajı etməlisiniz ;

Yerli gecə bazarlarını ziyarət edə bilərsiniz ;

Küçə ləzzətlərindən dadaraq özünüzə fərqli bir ziyafət verə bilərsiniz ;

Bölgədə yetişdirilən məhsullardan hazırlanan tropik meyvə şirələrinin və kokteyllərin dadına baxa bilərsiniz ;

Qayıq turları ilə dərin mavi okeanın ləzzətini ala bilərsiniz ;

Qədim Buddist məbədlərində meditasiya edə bilərsiniz.

Bu sayədə bölgəni rahat və əhatəli şəkildə gəzib daha yaxından tanımağınız mümkündür. Bundan əlavə, siyahı hazırlayarkən, görmək istədiyiniz yerlərin hansı şəhərlərdə olduğunu qeyd etsəniz, işiniz xeyli asanlaşar.


Könüllü fil baxımı


fil-tebiet-parki

Fillər Taylandın milli heyvanlarıdır. Bu canlılar gücü, təhlükəsizliyi və hikmətliliyi təmsil edir. Beləliklə, Tayland xalqı üçün fillərin xüsusi məna daşıdığını söyləmək mümkündür. Buddist ənənələrində fillərin də mühüm yeri var. Chiang Mai şəhərində Fil Təbiət Parkı var. Bu ərazi həmin canlılar üçün reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Şəhərə gələn turistlərə bu nöqtədə könüllü olmaq imkanı təklif olunur. Sözügedən canlılar insanlarla yaxşı anlaşır. Parkın xüsusi iş sistemi ilə yanaşı, fillərin son dərəcə ağıllı heyvanlar olması bu hadisəni daha da unudulmaz edir. Ziyarətçilərin könüllü xidmətləri ilə bu canlıların həyatını qorumaq və dəstəkləmək ölkədə davamlı turizmin mövcudluğunun göstəricisidir. Heyvansevərlərə bu yeri mütləq Taylandda ziyarət ediləcək yerlər siyahısına əlavə etmələrini tövsiyə edirik.

Tay mətbəxi dərsi keçin

Taylandda ziyarət ediləcək yerlərdən biri də aşpazlıq kurslarıdır. Tay mətbəxi dərsləri hər yaşa uyğun hazırlanmışdır. Bu kurslardan həm həvəskar aşpazlar, həm də öz sahəsində peşəkarlar yararlana bilər. Kurslardan öyrənəcəkləriniz sayəsində ləzzətli Tay yeməkləri hazırlaya bilərsiniz. Ölkənin hər bir şəhərində yemək dərsləri üçün seçə biləcəyiniz birdən çox müəssisə var.

Bu kurslarda siz Taylandın özünəməxsus köri, qızardılmış yemək, sous, salat və desert reseptlərini ustalardan öyrənib evdə sınaya bilərsiniz.

Seçdiyiniz yemək kursunun şəhər mərkəzinə yaxın olmasına da əmin olmalısınız. Bu yolla siz gündəlik olaraq dərslərdə iştirak edə bilərsiniz. Bir çox kurslar gediş-dönüş nəqliyyatını da təklif edir. Kurslar sayəsində siz kokos südü hazırlamaq kimi bacarıq tələb edən işləri düzgün yerinə yetirə və Tayland mətbəxinə bələd olan aşpaz kimi Azərbaycana qayıda bilərsiniz.


Kayan qəbiləsini ziyarət edin.

Taylandda ziyarət ediləcək yerlərə gəlincə, ilk ağla gələn məqamlardan biri Padaung əhalisidir. “Zürafəboyunlu” da adlandırılan bu qadınlar ‘Kayanlar” adlı bir xalqın üzvləridir. Bu insanlar Cənub-Şərqi Asiyada Myanmar və Taylandda yaşayırlar. Kayan qəbilə üzvləri; Kayah, Pgo, Swag kimi müxtəlif qruplara bölünür. Qırmızı Karenlərin bir alt qrupu olan Padaunglar turist kəndləri quraraq birlikdə yaşamağa başladı. 1980-ci illərdə Birmadakı hərbi rejimdən qaçıb bura gələnlər də var. Siz yaradılmış xüsusi kəndlərdə bu insanları ziyarət edə bilərsiniz. Uzun illər turistlərin diqqətinə alışmış padaunqlular sizi mehribanlıqla qarşılayır. Kəndlərə giriş pulludur. Camaatın maraqlı ənənəsi qadınların 5 yaşından boyunlarına taxmağa başladıqları mis üzüklərdir. Padaunglar hər il boyunlarına daha bir üzük əlavə edirlər. Üzüklərin sayının 37-yə qədər artdığı müşahidə edilib.

Taylandda necə gəzmək olar ?

Tayland inkişaf etmiş nəqliyyat şəbəkəsi olan bir ölkədir. Bu baxımdan şəhərdaxili avtobus və taksilərdən yararlana bilərsiniz. Böyük qəsəbə və şəhərlərlə yanaşı çoxlu kəndləri olan bu ölkənin nəqliyyat sistemi inkişaf etmişdir. Avtobuslar şəhər mərkəzləri ilə ətraf rayonlar arasında dayanacaq sistemi ilə işləyir. Bu yolla turistlər ölkənin istənilən yerinə rahat şəkildə gedə bilirlər. Avtobus xətlərini tamamlayan bir xidmət olan ağ mikroavtobuslar ümumilikdə turistik yerlərə nəqliyyat xidmətləri göstərir. Taylandın simvoluna çevrilən nəqliyyat vasitəsi “tuk tuk” taksidir. Bu avtomobillər ölkənin bir çox yerində istifadə olunur. Sevimli görünüşə malik üç təkərli nəqliyyat vasitələri ilə Taylandda gəzməli yerlərə asanlıqla çata bilərsiniz.

Taylandda sınamalı olduğunuz yerli ləzzətlər hansılardır ?

Tayland yeməkləri çox dadlı olması ilə tanınır. Ölkənin milli təamları bütün dünyada məşhurdur. Bundan əlavə, şəhərlərdə küçə yeməkləri turistlərin və yerli əhalinin sevimlisidir. Mütləq sınamalı olduğunuz Tayland yeməklərini aşağıdakı kimi sadalaya bilərik :



thai-roti
Bananlı Roti : Süddən hazırlanan bu yemək həm qidalandırıcı, həm də doyurucudur.

Pad Thai : Tərkibində çoxlu müxtəlif tərəvəzlər olan bu məşhur əriştə yeməyi vegetarian və veqanlar üçün idealdır.

Çin börəyi : Bu son dərəcə doyuran xəmir mal əti və tərəvəzlərdən istifadə edilərək hazırlanır.

Gecə bazarlarında bu qəlyanaltıların bişirildiyi stendlərə rast gələ bilərsiniz. Bütün bu yeməklər Taylandda dada biləcəyiniz yeməklərin yalnız bir hissəsidir. Siz həmçinin bölgənin məşhur restoranlarına baş çəkə və incəliklə hazırlanmış Asiya mətbəxinin təamlarını dada bilərsiniz.

Doğru istiqamət seçimi etmək və unudulmaz istirahət yaşamaq üçün “Terra Travel”-a müraciət edin!


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram