Hava limanı, səyahətin başlandığı yer!

Hava limanına getmək səyahətin ən stresli hissəsi kimi görünsə də, əslində ən əyləncəli yerlərdən biridir. Xüsusilə uçuşunuz üçün çox vaxtınız varsa və uçacağınız hava limanı kifayət qədər böyükdürsə, bunu xoş bir istirahətə çevirə bilərsiniz.
Bəs səyahətinizi daha çəlbedci edəcək hava limanları ilə tanış olmağa nə deyirsiniz?
Bu məqalədə dünyanın ən böyük, ən gözəl və ən əyləncəli hava limanlarını bir araya gətirmişik. Oxuyun, bəlkə də səyahət edəcəyiniz ölkəni hava limanına görə seçəcəksiniz.


/home/getfile/22304


Dünyanın ən gözəl əyləncəsi, Hava Limanları


Hər il Skytrax World Airline tərəfindən keçirilən mükafatlandırmada 7 ildir ardıcıl olaraq dünyanın ən yaxşı hava limanı olaraq qiymətləndirilən Sinqapurun Changi Hava limanı misilsiz bir atmosferə sahibdir. Sinqapur hava limanından keçən hər kəsin buraya heyran olduğunu desək, yanılmarıq.
Terminalda səyahətçiləri heyran edəcək Asiya memarlıq nümunələrinə uyğun hovuzlarla bəzədilmiş botanika bağı var.
Əsas cəlbedici yerlərindən biri 300 metrdən artıq uzunluğu olan məşhur Yaşıl Divardır. Bu divarın şəlaləsi və 50-dən çox canlı növü var. Bununla yanaşı, uşaqlar üçün örtük labirinti və pulsuz kinoteatr, spa xidmətləri, böyüklər üçün isə tavandakı hovuz əsrarəngiz zövq yaradır.


/home/getfile/22304

Sinqapur
Sinqapur Changi Hava limanı

Səyahətçilər Vancouver Hava limanında quru, dəniz və Kanada səmasını yaşamaq şansına sahibdirlər. Maraqlı heykəllər və iki akvarium kolleksiyası ilə Vancouver Hava limanı Kanadanın yerli mədəniyyətlərindən ilham alır.

/home/getfile/22304

Kanada
Vancouver Beynəlxalq Hava Limanı


Menara Beynəlxalq Hava Limanının gözəlliyi onun xarici arxitekturasından irəli gəlir, lakin daxili də xarici qədər gözəl dizayn edilmişdir.
İslami motivlərlə işlənmiş bina, şüşədən istifadə edilmiş bir dizaynla terminalın daxilini təbii işıqla işıqlandırır. Günün istənilən vaxtında, bu dizayn həqiqətən heyrətamizdir, sanki işıqlar divarlarda rəqs edir.


/home/getfile/22304

Mərakeş
Menara Beynəlxalq Hava Limanı

Tamamilə ağ beton və şüşədən istifadə edilməklə tikilmiş Şimali İspaniyadakı bu terminal modern bir xəyal kimi görünür.
İçəri tavanlardakı tağlar bir quşun qanadlarına bənzəyəcək şəkildə dizayn edilmiş və terminalı dünyanın ən işıqlı hava limanlarından birinə çevrirmişdir.


/home/getfile/22304

İspaniya
Bilabo Hava limanı


Son bir neçə ildə aparılan təmir işləri ilə Finlandiyanı dünyaya bağlamaq üçün daha da genişləndirilən Helsinki Hava limanı dünyanın ən gözəl hava limanlarından birinə çevrilib. Hava limanının girişində taxtadan hazırlanmış tavan və çoxlu şüşə materiallar terminalın təbi işıqlandırılmasında əsas rol oynayır.
Uçuşunuz bir gün sonra olacağı təqdirdə, şəhərdə qalmağa yer axtarmadan hava limanında qala bilərsiniz. Belə ki, siz Helsinkidəki hava limanında 24 saat açıq olan otellər var. Uçuşunuza saatlar qaıbsa burda sənət qalereyasını, aviasiya muzeyini, Fin mədəniyyətini və görməli yerlərini əks etdirən interaktiv səyahəti kəşf edə bilərsiniz.


/home/getfile/22304

Finlandiya
Helsinki Hava limanı


Chhatrapati Shivaji hava limanının gözəlliyi ölkənin smvoli olan tovuz quşundan gəlir. Binanın daxilində və xaricində tovuz quşu quyruğu naxışları ilə bəzədilmiş tavan onu görən hər kəsi heyran edir.
Göbələk formalı sütunları olan terminallardan keçərkən insanda fərqli hisslər yaranır. Ayrıca, 7000-dən çox hind sənətinə sahib rəsmlərlə bəzədilmiş divarı ziyarət edə və burada yerli hind mədəniyyət nümunələrini görə bilərsiniz.


/home/getfile/22304

Hindistan
Chhatrapati Shivaji Beynəlxalq Hava Limanı

Koreyanın ənənəvi mədəniyyətini yaşamağa hazırsınız?
Beynəlxalq səyahətçilər şəhərin ən böyük hava limanı olan İncheon hava limanında hər şeyi görə bilərlər. Ənənəvi Koreya evlərinin dizaynından ilham alan bu hava limanı Koreyanın təbiətinə və mədəni irsinə malikdir.
Terminal 4F-də müntəzəm olaraq planlaşdırılan mədəni tamaşaları, Koreya qəlyanaltıları olan bir gıva (kirəmitli dam örtüklü ev) və jeongjanın (köşk) nüsxələrini görmək üçün “Koreya Mədəniyyət küçəsini” ziyarət edin.
Əlavə vaxtınız varsa, İncheonun eko-bağlarından birində gəzin. Bundan sonra qumarxanaya, golf sahəsinə, muzeyə, sərgi mərkəzinə, spa və buz meydançasına da baş çəkin.


/home/getfile/22304

Cənubi Koreya
İncheon Beynəlxalq Hava Limanı

Madriddə olarkən səyahətinizdən ən yaxşı şəkildə yararlanacaqsınız.
2018-ci ildə açılan Barajas Hava limanı şəhərin mərkəzindən çox da uzaqda deyil. Şüşə və poladla örtülmüş əksər hava limanlarından fərqli olaraq, bu hava limanı bambuk dalğa formalı damla örtülmüşdür. Terminalın damı təbii günəş işığı nəzərə alınaraq tikilmişdir.
Əsas məqsəd Madriddə gündüz isti ispan günəşi altında qalan insanlara kölgə salmaq olan hava limanındakı bambukdan ibarət yüksək tavanlar, sərnişinlərə dünyanın ən geniş hava limanı hissini yaşatmağı və ehtiyac duyduğu kölgəni təmin etməyi hədəfləyir.


/home/getfile/22304

Madrid, İspaniya
Barajas Beynəlxalq Hava Limanı


Heydər Əliyev Hava Limanı, görməli olduğunuz ən gözəl hava limanlarından biridir! Bu misilsiz hava limanı dizaynında həzli bir səyahət təcrübəsi yaratmaq üçün həndəsi formalar istifadə olunmuşdur. Memarlıq dizaynında istifadə edilən üçbucaqları və əyriləri gördükdə dərhal buranın şəkillərini çəkmək istəyəcəksiniz. Uçuşunuza başlamazdan əvvəl həndəsi fiqurlara bənzər taxta materiallarla dizayn edilmiş terminalda şəkil çəkdirmədən hava limanından çıxmayın.
Hava limanındakı terminalın yuxarı mərtəbəsində kafe, mağaza və barlarda uçuşadək olan vaxtınızı səmərəli keçirə bilərsiniz.


/home/getfile/22304

Azərbaycan
Heydər Əliyev Beynəlxalq Hava Limanı

Asiya, Avropa və Orta Şərqin kəsişmə nöqtəsi olan İstanbulun yeni hava limanı açıldığı ilk gündən bəri görən hər kəsi valeh edir. 76,5 milyon kv. sahəsi ilə sıfırdan inşa edilmiş ən böyük hava limanı olan İstanbul Hava Limanının hava nəqliyyat nəzarət qülləsi şəhərin simvolu olan lalə fiqurundan ilhamlanaraq tikilmişdir. Çöldən görünən qüllə bir laləyə bənzəyir.
Bu qüllənin dizaynı Ferrarinin dizayneri Pininfarin və AECOM şirkəti tərəfindən hazırlanmışdır və 2016-cı ildə Beynəlxalq Memarlıq Mükafatına layiq görülmüşdür.


/home/getfile/22304

Türkiyə
İstanbul Hava limanı


Səyahətiniz evinizdən çıxan kimi başlayır. Səyahətinizi daha yaxşı etmək sizin öz əlinizdədir. Növbəti səyahətinizdə yuxarıdakı bütün hava limanlarının təklif etdiyi xidmətlərdən faydalanın və dünyanın ən gözəl hava limanlarında səyahət edin.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram