Bu fürsəti qaçırmayın... "Duzdağ Hotel - Naxçıvan"...

1 nəfər AZN490
  • Transfer
  • Oteldə qalma
  • 3 dəfə qidalanma
  • Müalicə

Təsvir

Azərbaycan | Naxçıvan | Duzdağ Hotel | 8 gün/7 gecə
Naxçıvandan həyacanverici əsən mədəniyyət küləkləri ilə hisslərinizi tamamlayın. Məşhur sənətkarların əsrlər boyu ilham qaynağı olmuş bənzərsiz mənzərələrin dadını çıxarın. Duzdağ mağarası Fizioterapiya mərkəzi - Otelə 1,5 km-lik məsafədə yerləşən Duzdağda il boyu hərarətin 18-20 Cº olduğu 3 mağaradan birində fəaliyyət göstərən, 22 çarpayılı Müalicə Mərkəzində astma xəstələri şəfa tapa bilərlər. Oteldə - tennis kortları, stolüstü tennis, basketbol, volleybol, mini futbol, fitness mərkəzi, türk hamamı, sauna, buxar otağı, kinozal, naqilsiz internet, mini klub, hovuz, oyun salonundan istifadə edə bilərsiniz.
Otelimizdə 100 Standart otaq, 35 Junior Suit, 8 VİP Suit, 1 King Suit (Kral Dairəsi) və 7 Villa olmaqla cəmi 151 deluks otaq və otaqların Duzdağ yaxud Araz Çayı mənzərəsi var. Bütün otaqlar xalça ilə örtülü və divar kağızı ilə müasir şəkildə dizayn edilmişdir. Bütün otaqlarda peyk yayımlı TV, daxili xəttli telefon, mini bar, mərkəzi havalandırma sistemi, seyf, Duş (duş & vanna & WC), saç quruducu mövcuddur.

Mütləq görün
Mömünə Xatun türbəsi Kırna türbəsi
Hüseyn Cavid məqbərəsi Qarabağlar türbəsi
Naxçıvan Xan Sarayı Gülüstan türbəsi
Mütləq dadına baxın
Naxçıvan paxlavası Qarpız mürəbbəsi
Qozlu Ordubad dürməyi Umac aşı
Ovdux Parça bozbaş
Çölmək pitisi Arzuman küftəsi
Saçda lavaş Ordubad qayğanağı
Azərbaycan Картинки по запросу azerbaycan bayragi Dil: Azərbaycan dili | Pul vahidi: Azərbaycan manatı (AZN) | Saat Fərqi: 0

Qiymətə daxildir:
  • Oteldə qalma;
  • Müayinə;
  • Müalicə;
  • Qidalanma (3 dəfə);
  • Fitness və Spa xidmətləri;
  • Transfer - hava limanı-otel-hava limanı (yalnız Duzdağ otelə);
  • Wifi.
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram