Tək səfərdə üç Avropa ölkəsini kəşf et: Çexiya, Avstriya, Almaniya turu...
Ekskursiya
Transfer
Səhər Yeməyi
Oteldə qalma
Tur bələdçisi
Təsvir
Tək səfərdə üç Avropa ölkənsini kəşf et: Çexiya, Avstriya, Almaniya turu...(7 gecə/8 gün)
Praqa - Tarixi, təbiəti və romantizmi birləşdirməsi ilə məşhurluq qazanan bir şəhər. Bu şəhər özünün Stare Mesto, Nove Mesto, Karl körpüsü kimi tarixi məkanları, bexerovka içkisi, əsrarəngiz iqlimi ilə məşhurdur. Köhnə Şəhər Praqanın düz mərkəzində yerləşən qədim və heyrətamiz arxitektura ilə zəngin olan iri meydandan ibarətdir. Köhnə şəhərdəki unikal abidələr və binalar Çexiya tarixinin şahidləridir. Qədim sənədlər Köhnə şəhərdə hələ orta əsrlərdən məskunlaşmanın olduğu bildirir. Köhnə şəhər Praqaqrad ilə Vışeqrad qəsrləri arasında yaranıb. Əvvəlcə bir neçə taxta ev və kilsə inşa edilib. Burada nəinki çexlər, almanlar, avstriyalılar, hətta yəhudilər də yaşayıb.Yeri gəlmişkən Köhnə şəhərin mərkəzində qədim yəhudi qəbiristanlığı və sinaqoq var. Əhalinin alman hissəsi Porjiç qəsəbəsində yaşayır. Sonradan bütün qəsəbələr birləşdirilib və həmin məkana Praqaqrad adı verildi. Şəhərin təzə hissəsi tikiləndə Praqaqrada-Köhnə şəhərə çex dili ilə desək Stare Mesto adı verilir. Stare Mesto meydanına ilk dəfə daxil olan adam özünü nağıladakı kimi hiss edir.Meydanın əzəməti ətrafdakı binaların və kilsələrin gözəlliyi, möhtəşəmliyi insanı valeh edir.
Otel 3* - 309 EUR-dan başlayaraq / 1 nəfər üçün DBL otağında / tur üçün
Otel 4* - 367-EUR başlayaraq / 1 nəfər üçün DBL otağında / tur üçün
Otel 5* - 669-EUR başlayaraq / 1 nəfər üçün DBL otağında / tur üçün
TUR PROQRAMI:
* 1-ci gün: Praqaya gəliş. Otelə qrup transferi. Oteldə yerləşmə. Sərbəst axşam.
* 2-ci gün: Oteldə səhər yeməyi. Praqa Qradına piyada qrup gəzintisi.
* 3-cü gün: Oteldə səhər yeməyi.
* 4-cü gün: Oteldə səhər yeməyi. Köhnə Şəhərdə piyada qrup gəzintisi.
* 5-ci gün: Oteldə səhər yeməyi. Drezdendə tam günlük qrup ekskursiyası ( transfer daxili)
* 6-cı gün: Oteldə səhər yeməyi.
* 7-ci gün: Oteldə səhər yeməyi. Vyanada tam günlük qrup turu. ( transfer daxili)
* 8-ci gün: Oteldə səhər yeməyi. Oteldən çıxış. Hava limanına qrup transferi. Evə uçuş.
Qiymətə daxildir:
Oteldə gecələmə ( Praga)
Səhər yeməyi
Transfer hava limanı-otel-hava limanı (Befree)
4 ekskursiya (Avstriya+ Almaniya
Qymətə daxil deyil:
Avia bilet
Viza
Əlavə ekskursiyalar
Sığorta
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.
Geri qaytarılma şərtləri
Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır