Şri-Lanka ... 8 gün / 7 gecə
Şri-Lanka o qədər gözəl və əsrarəngizdir ki, hər yeri bir anda gəzmək istəyirsən. Şri-Lanka ilin bütün fəsillərində gözəldir. Adanın dəniz sahilləri Şri-Lankanın boynuna salınmış bir kəhrəbanı xatırladır. Rəvayətə görə, Adəm və Həvvanın ilk ayaq basdıqları məkan da məhz bura olub.
Qızılı qumlu çimərliklər, müasir şəhərlər, təbiətin bənzərsiz gözəlliyi olan şəlalələr, yaşıl çay plantasiyaları, rəngarəng çiçəklər, kokos palmaları, ekzotik meyvələr, al-əlvan rənglərə çalan tutuquşular, uzunquyruq meymunlar turistlərdə qeyri-adi təsir bağışlayır.
İstirahət üçün məşhur mövsum : Dekabr-Mart aylarıdır.
Şri Lanka |
|
Dil: Sinhal, Tamil | Pul vahidi: Rupi |
Diqqət! Viza qiymətə daxil deyil
Qiymətə daxildir:
Qeyd: Şri-Lanka üçün viza
Şri-Lankada qısa müddətli qalmaq üçün elektron icazə (ETA) almalısınız. Ölkəyə gəlməzdən əvvəl bunu əvvəlcədən etmək məsləhətdir. ETA onlayn olaraq verilir.
Ölkəyə girişdə pasportunuzu immiqrasiya məmuruna təqdim etməyiniz kifayətdir. Pasport giriş günündən ən azı 6 ay keçərli olmalıdır.
Turistlər Şri Lankaya əvvəlcədən verilmiş ETA olmadan gələrsə, hava limanında qarşılama prosedurundan keçməli olacaqlar. Dəyəri:12 yaşınadək uşaqlar üçün ödənişsizdir, böyük üçün 40 USD təşkil edir. Bu baxımdan pasport nəzarətindən daha sürətli və daha rahat keçmək üçün ETA-nı onlayn sistem vasitəsilə əvvəlcədən qeyd etmənizi tövsiyə edirik.
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub. Tarıxlərə uyğun dəyişilə bilər.