Paloma Hotels kolleksiyasının incisi: CLUB MARVY 5*

1 nəfər USD1560
  • Transfer
  • Sığorta
  • Aviabilet
  • Oteldə qalma
  • UAl Inclusive

Təsvir

Paloma Hotels kolleksiyasının incisi "Sadəlikdə lüks", Club Marvy konsepsiyasına ilham verən üslub...
7 gecə 8 gün

Quşadası Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Quşadası insanın tərk etmək istəmədiyi bir yerdir. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir. Bu kiçik şəhər hər il minlərlə müxtəlif növ quşların bura uçub gəlməsi və yuva qurması səbəbindən Quş adası adlandırılıb.

Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub. Bura Türkiyənin güllərə bürünən romantik guşəsi də adlandırılır. Vaxtını romantik keçirtmək istəyən gənclər burada yerləşən restoran və diskotekalara üz tuturlar.

Adaya gedən yolda çoxlu sayda gecə klubları fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərindən insanlar gecələrini xoş keçirtmək üçün bu klublara üz tuturlar. Quşadasında çimərliklər əsasən qumlu, bir qismi isə çınqıl-daşlıdır. Dənizin təmizliyinə və şəffaflığına isə söz ola bilməz. Burada istirahət mövsümü iyun ayında başlayır və avqusta qədər davam edir. Qalan digər aylarda havalar soyuq keçir və güclü küləklər əsir. Hə, onu da deyim ki, dənizdən nə kanalizasiya, nə də ki, neft iyi gəlir. Şəhərdə çoxlu sayda restoran, mağaza və diskotekalar var. Mərkəzdə iki aquapark fəaliyyət göstərir. Avropanın ən hündür aquaparkı da buradadır. Onun hündürlüyü 225 metrdir.

Türkiyə Dil: Türk dili | Pul vahidi: Lirə | Saat Fərqi: -1
Qiymətə daxildir:
  • Aviabilet ;
  • Oteldə qalma
  • Qidalanma (All inclusive);
  • Sığorta (ATESHGAH INSURANCE );
  • Transfer (summer GROUP TRANSFER ).
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulub.Qiymət tarix üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram