Atəşgah - Qala Qoruğu Turu

1 nəfər AZN15
  • Muzey
  • Tur bələdçisi
  • Ekskursiya
  • Transfer

Təsvir

Atəşgah,Qala Qoruğu turu | 1 gün | Məktəbli turu - 15 AZN

Atəşgah — XVII əsrdə atəşpərəst hindli tacirlər - parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilmiş məbəd.Gəlmə parslar eşitmişdilər ki, Bakı yaxınlığında təbii qaz sızan yer var və ora gedərkən onun üzərində sönməyən alovun olduğunu görmüşlər. Onlar həmin alov üzərində məbəd tikməyi qərara almışlar və o, "Atəşgah" ("Od yeri") adlandırılmışdır.
Qala Qoruğu - Qoruğun ərazisi 81.5 ha-dır. Bu ərazidə 266 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə III minilliyə aid olan qədim insan yaşayış məskəni olub. Deməli 5 min il ərzində Qala kəndi ərazisində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi ərazisində olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan, qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri olmuşdur.

Qiymətə daxildir
Nəqliyyat xidməti Tur bələdçi
Yolüstü şirniyyat və meyvə şirəsi Foto çəkiliş
Ekskursiyalar ( Atəşgah,Qala Dövlət Etnoqrafiya Qoruğu) Muzeylərə giriş ödəməsi ( Məktəblilər və Müəllimə Pulsuz)

Qeyd:

  • Muzeylərə giriş bilet ancaq məktəblilər üçün qiymətə daxildir.
  • Qiymət 30 nəfərlik avtobusda 1 uşaq üçün nəzərdə tutulmuşdur.
  • Müəllimə və ya qrup rəhbəri PULSUZ!
  • Valideynlər üçün muzeylərə giriş ÖDƏNİŞLİDİR!
Qeyd: Qiymət 25-30 nəfərlik turda 1 nəfər üçün hesablanıb və adam sayına görə dəyişilə bilər.


Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram