Qax - BERGS HOTEL & RESTAURANT

nəfər AZN50
  • Səhər Yeməyi
  • Oteldə qalma

Təsvir

Qax | 2gün/1gecə | “BERGS HOTEL & RESTAURANT”
Bakı ilə arasında məsafə 345 km (avtomobil ilə 5 saat)
Əhalisi 54,1 min nəfər

Qax öz təbiəti ilə zəngindir. Burada yerləşən İlisu qoruğunda ayı, dağ keçisi, canavar, vəhşi pişik, qaban, çaqqal və digər heyvanlara rast gəlinir. Rayon ov və balıq ovu həvəskarları üçün xüsusilə cəlbedicidir. Əsas ov yerləri Qanıq-Əyriçay vadisindəki düzənliklər və dağətəyi meşələrdir. Balıq ovu üçün Lələli kəndinin və Əyriçay, Qapıçay və Qanıq çaylarının ərazilərinin su hövzələri münasibdir.

Əlverişli iqlim şəraitinə malik, şəfalı bulaqlarla zəngin olan İlisu kəndində turistlərin ilboyu istirahət etmələri üçün tikilib istifadəyə verilmiş “BERGS HOTEL & RESTAURANT” rahatlığı və yüksək xidmət səviyyəsi ilə sizlərə xoş-unudulmaz anlar vəd edir.

Qax rayonu özünə məxsus mətbəxi ilə də seçilir. Qurudulmuş ətdən, yəni qaxacdan bişirilən sürhüllü dağ kəndləri üçün xarakterik yeməkdir. Siz, BERGS HOTEL & RESTAURANT’da bölgənin ənənəvi yeməkləri ilə yanaşı, Aərbaycan milli mətbəxininin zəngin və dadlı yeməklərini də sifariş verə bilərsiz.

Mütləq görün
İlisu Şəlaləsi Ramramay Şəlaləsi
25 m hündürlük
Sumuq qalası Mamırlı Şəlalə

Azərbaycanın ən qədim və zəngin tarixi keçmişə malik bölgələrdən biri olan Qax rayonu Böyük Qafqaz sıra dağlarının cənub yamacında yerləşir. Zəngin təbiəti, qədim tarixi abidələri, eləcə də müasir turizm infrastrukturu ilə hər zaman yerli və əcnəbi turistlərin diqqətini cəlb edir. Qax rayonunun İlisu kəndində istifadəyə verilmiş BERGS OTEL & RESTAURANT bölgəyə istirahət və işgüzar məqsədlərlə səfər edən qonaqların əsas seçimi olmaqla Azərbaycanın şimal rayonlarında turizmin işkişafına özünəməxsus töhvə verməkdədir. BERGS OTEL & RESTAURANT xidmətdə keyfiyyət və peşəkar işçi heyəti ilə regionda turizmin inkişafında mühüm rol oynayır. Ağçayın sahilində, Böyük Qafqaz sıra dağlarının ətəyində yerləşən otel həm göz oxşayan mənzərəsi, təbiəti, həm də gülərüz personalı ilə qonaqlara əvəzedilməz istirahət imkanları yaradır...

Otelin qonaqları üçün ödənişsiz xidmətlər

  • avto dayanacaq
  • səhər yeməyi
  • yüksək sürətli internet
  • uşaq əyləncə parkı
  • bilyard və stolüstü tennis
  • velosiped turları və s.
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.







Geri qaytarılma şərtləri

Turun başlamağına 3 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Turun başlamağına 10 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 100 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram