Sunis Efes Royal Palace Resort & Spa 5* - Kuşadası

1 nəfər USD1071
  • Transfer
  • Sığorta
  • Aviabilet
  • Oteldə qalma
  • UAl Inclusive

Təsvir

Türkiyə | Kuşadası | Sunis Efes Royal Palace Resort 5* | 8 gün / 7 gecə
Kuşadası Türkiyənin mənzərəli və səfalı kurort şəhəridir. Egey dənizi sahilində yerləşir və üç tərəfdən dağlarla əhatə olunub. Şəhərin gözəl təbiəti və dənizə açılan panoraması insana bir anlıq kiçik cənnəti xatırladır. Kuşadası insanın tərk etmək istəmədiyi bir yerdir. Burada demək olar ki, bütün otellər dənizin sahilində yerləşir. Bu kiçik şəhər hər il minlərlə müxtəlif növ quşların bura uçub gəlməsi və yuva qurması səbəbindən Kuş adası adlandırılıb.

Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub. Bura Türkiyənin güllərə bürünən romantik guşəsi də deyilir. Vaxtını romantik keçirtmək istəyən gənclər burada yerləşən restoran və dskotekalara üz tuturlar.

Adaya gedən yolda çoxlu sayda gecə klubları fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərindən insanlar gecələrini xoş keçirtmək üçün bu klublara üz tuturlar. Kuşadasında çimərliklər əsasən qumlu, bir qismi isə çınqıl-daşlıdır. Dənizin təmizliyinə və şəffaflığına isə söz ola bilməz. Burada istirahət mövsümü iyun ayında başlayır və avqusta qədər davam edir. Qalan digər aylarda havalar soyuq keçir və güclü küləklər əsir. Hə, onu da deyim ki, dənizdən nə kanalizasiya, nə də ki, neft iyi gəlir. Şəhərdə çoxlu sayda restoran, mağaza və diskotekalar var. Mərkəzdə iki aquapark fəaliyyət göstərir. Avropanın ən hündür aquaparkı da buradadır. Onun hündürlüyü 225 metrdir.

Yerləşmə Özəllikləri
Mövqeyi Kuşadası
Dənizə Məsafə: 0 (sıfır)

Mütləq görün
Selçuq xarabalıqları Güvercinada Kalesi
Meryem ana evi Ege Portda axşam yeməyi
Şirince Mavi Bayrak Çimərliyi


Mütləq dadına baxın
Kölle Sac qovurma
Təndir Kababı Hibe
Badımcanlı cive Şakşuka
Teratorli balık Tahinli Piyaz


Türkiyə Dil: Türk dili | Pul vahidi: Lirə | Saat Fərqi: -1

Qiymətə daxildir:
  • Aviabilet
  • Oteldə qalma
  • Qidalanma (Ultra all inclusive)
  • Sığorta
  • Grupp Transfer
Qeyd: Qiymət 2 nəfərlik otaqda 1 nəfər üçün nəzərdə tutulmuşdur. Qiymət tarix üzrə dəyişilə bilər.

Geri qaytarılma şərtləri

Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır
Loading
Erkən Rezervasiya
Terra Travel Telegram