Grup turu: İTALİYA – İSVƏÇRƏ – LİXTENŞTEYN KNYAZLIĞI 7 gecə 8 gün...
Milana gəliş. Hava limanında Europe Voyage şirkətinin nümayəndəsi tərəfindən qarşılanma. Transfer və oteldə yerləşmə. Boş vaxt. Gecələmə oteldə.
Oteldə səhər yeməyi. Qrup rəhbəri ilə görüş. Rusdilli bələdçi ilə Milanın mərkəzi hissəsini əhatə edən piyada ekskursiya. Axşam otelə qayıdış. Gecələmə oteldə.
Oteldə səhər yeməyi. Boş vaxt. İstəyənlər üçün əlavə ekskursiya – dünyanın ən gözəl şəhərlərindən biri olan və Romeo və Cülyettanın vətəni sayılan Verona şəhərinə səfər.
Oteldə səhər yeməyi. Baqajla birlikdə oteldən çıxış. Sürixə hərəkət. Yol boyu Lixtenşteyn Knyazlığında dayanma. Lixtenşteyn – sahəsi təxminən 160 kv. km olan kiçik, lakin füsunkar bir ölkədir. Ərazisinin üçdə biri dağlarla örtülüdür. Paytaxtın tarixi mərkəzinin müşayiətçi ilə tanışlığı. Daha sonra Sürixə hərəkət – İsveçrənin maliyyə mərkəzi. Rusdilli bələdçi ilə şəhərin tarixi mərkəzinə ekskursiya. Boş vaxt. Sürix ətrafında oteldə yerləşmə. Gecələmə oteldə.
Oteldə səhər yeməyi. Boş vaxt və ya istəyənlər üçün Reyn Şəlaləsi və nağılvari Ştayn am Rayn şəhərinə (Reyn çayının sahilində yerləşir) əlavə ekskursiya. Günün ikinci yarısında istəyənlər üçün Lyutsernə əlavə ekskursiya. Lyutsernin tarixi mərkəzi ilə tanışlıq – məşhur taxta körpüləri və qədim qüllələri ilə seçilən şəhər. Boş vaxt. Otelə qayıdış. Gecələmə oteldə.
Oteldə səhər yeməyi. Baqajla birlikdə oteldən çıxış. İsveçrənin paytaxtı Bernə hərəkət. Qrup rəhbəri ilə şəhərin mərkəzində gəzinti – əsas görməli yerləri, ayı parkı, Saat qülləsi və ölkənin ən hündür kilsəsi ilə tanışlıq.
İstəyənlər üçün əlavə ekskursiya: Qryuyere – İsveçrənin ən gözəl alpin kəndlərindən biri, məşhur Qryuyere pendirinin dadına baxmaq imkanı.
İtaliyaya hərəkət. Yol boyu istəyənlər üçün əlavə dayanacaq – İsveçrənin ən dəbdəbəli kurortlarından biri olan Montre. Şəhər Cenevrə gölünün sahilində yerləşir və burada uzun göl sahili bulvarı, məşhur şəxslərə həsr olunmuş heykəllər (Freddi Merkuri, Nabokov və s.), Şillon Qalası – İsveçrənin ən çox ziyarət edilən tarixi yeri yerləşir.
Piemont bölgəsində, Turinin ətrafında oteldə yerləşmə. Gecələmə oteldə.
Oteldə səhər yeməyi. Turinin mərkəzinə hərəkət. Turin – XX Qış Olimpiya Oyunlarının paytaxtı və Turin kəfəninin saxlandığı şəhərdir. Şəhərin tarixi mərkəzi ilə piyada gəzinti. Axşam Milan şəhərinə hərəkət. Oteldə yerləşmə. Gecələmə oteldə.
Oteldə səhər yeməyi. Hava limanına transfer.
✔ 3* otellərdə səhər yeməyi ilə yerləşmə
✔ Hava limanı–otel–hava limanı qrup transferi (Malpensa hava limanına bütün reyslər üçün)
✔ Rusdilli qrup rəhbəri ilə proqram üzrə nəqliyyat xidməti
✔ Milan və Sürixdə rusdilli lisenziyalı bələdçi ilə ekskursiyalar
✔ Turin, Bern və Lixtenşteynə rusdilli müşayiətçi ilə səfər
Qiymətə daxil deyil:
- Aviabilet: Bakı- Milan-Baki ;
- Viza dəstəyi;
- Əlavə ekskursiyalar.
Qeyd: qiymət 2 nəfərlik otagda 1 nəfər üçün hesablanıb.
Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır |