Bal ayı ..... Hotel Santika Siligita Nusa Dua... 10 gecə 11gün
Bali adası İndoneziyanın 27 əyalətindən biridir və 8 inzibati ərazi dairəsinə bölünüb. Adada turistlərin diqqətini ən çox cəlb edən onun başdan-başa yaşıllığa qərq olmasıdır. Kənardan baxanda Bali adası dənizə sərilən yaşıl halını xatırladır. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək səviyyədə xidmət göstərir.
Dünyanın ən gözəl və əsrarəngiz məkanlarından olan Bali adası hər il yüz minlərlə turistin sevə-sevə istirahət etdiyi ən səfalı kurort mərkəzi kimi məşhurdur. Malay arxipepağına daxil olan, Yava və Lombok adaları arasında Balinin ərazisi 5561 km
2 - dir. Adada hündürlüyü 3142 metr olan Aqunq vulkanı yerləşir. Müəyyən fasilələrlə püskürən bu vulkanın ətrafı sanki Mars planetini xatırladır və ona görə də turistlərin diqqətini daim özünə cəlb edir. Yaşı düyü plantasiyaları, gözoxşayan çəmənlikər, gursulu çaylar və yayda belə, soyuqluğu ilə insanı heyrətə gətirən göllər, başı göylərə ucalan palma və tropik iqlimə xas olan ekzotik meyvə ağacları, qızılqumlu çimərliklər Baliyə gələn turistləri maqnit kimi özünə cəlb edir. Dənizin suları göz yaşı kimi dumdurudur. Üstəlik, çimərlik boyu müasir kurort obyektləri, istirahət mərkəzləri, parklar, əyləncə zonaları turistlərin min bir gecə nağıllarındakı kimi dincəlməsini təmin edərək, onlara ən yüksək xidmət göstərir.
İndoneziya |
|
Dil: İndoneziya dili | Pul vahidi: İndoneziya rupisi | Saat Fərqi: +4 |
Qiymətə daxildir:
- Oteldə qalma;
- Qidalanma səhər yeməyi;
- Transfer;
- Sığorta (Kompas )
Qiymətə daxil deyil:
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulub və tarixlər üzrə dəyişilə bilər.