Gürcüstan Cənubi Qafqazda yerləşən və Azərbaycanla həmsərhəd olan qonşu dövlətlərdən biridir. Paytaxtı Tbilisi şəhəridir. 2 muxtar respublikadan və 9 regiondan ibarətdir. Zəngin və qədim tarixə malik ölkənin ərazisi 60.106 km2, əhalisi isə təqribən 4.5 milyon nəfərdir. Gürcüstan dünyada xristianlığı qəbul edən 2-ci dövlət kimi tanınır. İqlimi isə bölgələrə əsasən dəyişkəndir. Əsasən payız və qış aylarında yağışlar qərbdən şərqə getdikcə azalır.
Ölkənin şərq hissəsində yerləşən, paytaxt Tbilisi şəhəri Qafqazın mühüm sənaye və elm mərkəzi hesab olunur. Tbilisi adının gürcü dilindən hərfi mənası “isti su” anlamına gəlir. Tarixi mənbələrə görə şəhər eramızın V əsrində sərkərdə Vaxtanq Qorqassali tərəfindən yaradılıb. Şəhər 8 rayona bölünür.
Gürcü mətbəxi kulinariyada özünəməxsus yer tutur. Qomi, lobio, xarço, çaxoxbili kimi yeməklər isə mətbəxin ən ləziz nümunələridir. Müasir gürcü mətbəxində ət yeməklərinə də yer verilir. Qoyun ətindən çanaxi, mal ətindən xarço, toyuq ətindən hazırlanan çaxoxbili kimi dadlı ət yeməkləri əcnəbi və yerli əhali tərəfindən çox sevilir. Balıqdan hazırlanan yeməklər isə əsasən Gürcüstanın rayonlarında hazırlanır. Ləziz yeməklər siyahısına tərəvəz yeməkləri də daxildir. Onların əksəriyyəti paxla, badımcan, gül kələmi, şəkər çuğunduru və pomidordan hazırlanır və az kaloriyə malik olur. Gürcü yeməklərinin daha da ətirli olması və dada gəlməsi üçün sarımsaq, sirkə, qırmızı istiot, nar, zirinc və s. kimi əlavələr qatılır.
Mütləq görün |
Batumi |
Kutaisi |
Tbilisi |
Mtsxeta |
Mütləq dadına baxın |
Qomi |
Toyuqlu yeməklər |
Lobio |
Sulgini pendiri |
Xarço şorbası |
Gürcü şərabları |
Gürcüstan |
|
Dil: Gürcü dili | Pul vahidi: Lari | Saat Fərqi: 0 |
Qiymətə daxildir:
- Oteldə qalma 4*;
- Səhər yeməyi;
- Aviabilet ( Bakı -Tbilisi - Bakı );
- transfer
- sigorta
Qeyd: Qiymət 2 nəfərlik hesablanilib.