Klassik Italiya : Roma,Florensiya,Veneciya,Milan, Bergamo 7 gecə 8 gün...
Tur proqramı:
1-ci gün: İSTANBUL - ROMA
Saat 07:00-da Sabiha Gökçen Hava Limanı Xaricə Gediş Terminalında Pegasus Hava Yolları piştaxtasının qarşısında görüş. Pegasus Airlines-ın PC 1223 saylı reysi ilə saat 10:50-də Romaya uçuş. Yerli vaxtla 11:30-da eniş. Romada hava limanında transfer garşılayandan sonra panoramik şəhər turuna qatılırıq. Turdan sonra otelə yerləşmə.
2-ci gün: ROMA
Səhər yeməyindən sonra asudə vaxt. Arzu edənlər üçün təşkil etdiyimiz
Outlet və Lake District (Castel Gandolfo-Nemi) turuna (45 Avro) əlavə ödəniş etməklə qatıla bilər.Turdan sonra otelimizə transfer və ya Roma şəhərinin mərkəzinə getmək və asudə vaxt ola bilər. Arzu edənlər üçün əlavə edəniş etməklə axşam
Roma gecə turuna (25 Avro) və ya Qədim Roma üslublu Şam
gecə turuna (55 Avro) qatıla bilər . Oteldə gecələmə.
3-cü gün: ROMA
Səhər yeməyindən sonra asudə vaxt. Əlavə ödəniş etməklə təşkil olunan
Neapol və Pompei (85€) turuna qatıla bilərsiz. Gəldikdən sonra panoramik Neapol şəhər turu baş tutacaq. Şəhər turumuzda Neapolun mərkəzi meydanı olan Plebiscito Meydanı, 17-ci əsrdə tikilmiş Kral Sarayı, Castel Nuovo (Yeni Qala), San Pietro Meydanı və Romadakı Panteondan ilhamlanan San Françesko di Paola Bazilikası, İ. Umberto Qalereyası, 1737-ci ildə tikilmiş və UNESCO-nun dünya mədəni irs siyahısına daxil edilmiş San Karlo Teatrı, Neapol Limanı da görülməli yerlər arasındadır. Turdan sonra otelə transfer. Oteldə gecələmə.
4-cü gün: ROMA - FLORENSİYA
Səhər yeməyindən sonra Florensiyaya qediş. Marşrut üzrə təşkil olunduğu
Orvieto turuna əlavə ödəniş etməklə qoşulmaq imkanı (25€) olunacaq. İtaliyanın incəsənətində və ümumi tarixində mühüm yeri olan və qeyri-adi təbii gözəlliklərə malik Orvietoda qədim şəhər mərkəzi və Orvieto Duomonu gördükdən sonra Florensiyaya gediş. Gəldikdən sonra Florensiyada panoramik şəhər turu. Florensiyanı ikiyə bölən Arno çayı, zərgərləri ilə məşhur olan Ponte Vecchio körpüsü, Mediçi ailəsinin Florensiyaya hökm sürdüyü Palazzo Vecchio, İntibah dövrünün şah əsərləri olan Herkules və David heykəlləri ilə tanışlığ.
Piazza Della Signoria, İtaliyanın 3-cü ən hündür günbəzinə sahib olan Santa Maria del Fiore Duomosu və qapısı ilə məşhur olan Vəftizxana da görülməli yerlər arasındadır. Turun sonunda Montecatinidəki otelə transfer. Oteldə gecələmə.
5-ci gün: FLORENSİYA
Səhər yeməyindən sonra asudə vaxt. Əlavə ödəniş etməklə təşkil olunan
Toskana turuna (90€) qoşula bilərsiz. Turumuzun ilk dayanacağı olan Pizada İtaliyanın simvolu halına gələn Piza qülləsini və onun yanındakı Mirakoli meydanını gördükdən sonra San Gimignanoya doğru gediləcək. Özünüzü orta əsrlərdə hiss edəcəyiniz San Gimignanoda, 12 və 13-cü əsrlərdə rəqib zadəgan ailələri tərəfindən tikilmiş 13 qülləni və Sisterno Meydanını görəcəyik. Turumuzdan sonra Siena şəhərinə hərəkət edirik. Turdan sonra otelə transfer. Oteldə gecələmə.
6-cı gün: FLORENSİYA - VENESİYA
Səhər yeməyindən sonra Venesiyaya gediş.
Bolonya , marşrutda əlavə olaraq təşkil ediləcək tura qoşulma imkanı (25 Avro). Neptun Fəvvarəsi, Piazza Maggiore (Böyük Meydan), Köhnə Birja Binası, Avropanın ilk universitet binası, Quadrilatero (köhnə bazar), Garisenda və Asinelli qüllələri Bolonya turumuzun görməli yerləri arasındadır. Turdan sonra Venesiyaya çatdıqdan sonra panoramik şəhər turu. Tronchetto meydanına çatdıqdan sonra Müqəddəs Mark meydanına qısa bərə səfəri və panoramik şəhər turu. Şəhər turumuzda məşhur San Marko Meydanı və Kilsəsi, məhbusların həbsxanaya girməzdən əvvəl son dəfə Venesiyaya baxdıqları Son Nəfəs Körpüsü, Böyük Kanal və onun üzərindəki Rialto körpüsü, Hersoqlar Sarayı, Zəng və Saat Qülləsi və Giorgio Maggiore kilsəsi görməli yerlər arasındadır.
Şəhər turumuzdan sonra əlavə ödəniş etməklə Venesiyanın simvolu olan Gondol turu (25 avro)əldə edə bilərsiz. Turdan sonra otelə transfer. Oteldə gecələmə.
7-ci gün: VENESİYA - MILAN
Səhər yeməyindən sonra Milana gediş. Marşrut üzrə təşkil olunan əlavə ödəniş etməklə
Verona turunda iştirak etmək imkanı olacag(35€). Tarixin ən böyük sevgi hekayəsinə mövzu olan Romeo və Cülyettanın evi, Verona Arena, fərqli memarlığı ilə Scaligero körpüsü və Verona Katedrali turumuzda görüləcək yerlər arasındadır. Turdan sonra Milana ediş. Panoramik şəhər turu üçün yola salınırıq. 500 il davam edən tikinti İtaliyanın ikinci ən böyük kilsəsi olan Milan Duomo, Fortezza qalası və dünyanın ən məşhur moda mağazalarına ev sahibliyi edən Vittorio Emmanuele Qalereyası da görülməli yerlər arasındadır. Turdan sonra otelə yerləşmə.
8-ci gün: MILAN - BERGAMO - İSTANBUL
Səhər yeməyindən sonra asudə vaxt. Uçuş vaxtından asılı olaraq Berqamo hava limanına transfer. Pegasus Hava Yollarının PC 1212 saylı reyslə saat 12:25-də İstanbula yola düşür. Yerli vaxtla 17:05-də İstanbula çatma və turumuzun sonu.
İtaliya |
|
Dil: İtalyan | Pul vahidi: Avro | Saat Fərqi: -3 |
Qiymətə daxildir:
- Pegasus Airlines İstanbul(SAW) – Roma(FCO) və Berqamo (BGY) – İstanbul(SAW) arasında ekonom sinif aviabiletləri
- Hava limanı vergiləri
- Vaporetto haqqı (15 Avro)
- Şəhər vergiləri (25 Avro)
- 3 və 4* otellərdə səhər yeməyi daxil 7 gecə gecələmə
- Hava limanı-otel-hava limanı transferləri
- Bütün şəhərlər arasında transferlər
- Panoramik Roma, Florensiya, Venesiya və Milan şəhər turları
- Peşəkar türk bələdçi xidmətləri
Qiymətə daxil deyil:
- Viza
- aviabilet
- Könüllü turlar
- Muzeylərə giriş haqqı
(ishtetatil)
Qeyd: Qiymət 2 nəfərlik otağda 1 nəfər üçün nəzərdə tutulmuşdur və tarixlər üzrə dəyişilə bilər.