Şəhərdən bir qədər aralıda kiçik Göyərçin adası yerləşir. Şəhərlə adanı dar torpaq bənd birləşdirir. Ada hər tərəfdən qədim qala divarları ilə əhatə olunub. Bura Türkiyənin güllərə bürünən romantik guşəsi də adlandırılır. Vaxtını romantik keçirtmək istəyən gənclər burada yerləşən restoran və diskotekalara üz tuturlar.
Adaya gedən yolda çoxlu sayda gecə klubları fəaliyyət göstərir. Şəhərin müxtəlif yerlərindən insanlar gecələrini xoş keçirtmək üçün bu klublara üz tuturlar. Quşadasında çimərliklər əsasən qumlu, bir qismi isə çınqıl-daşlıdır. Dənizin təmizliyinə və şəffaflığına isə söz ola bilməz. Burada istirahət mövsümü iyun ayında başlayır və avqusta qədər davam edir. Qalan digər aylarda havalar soyuq keçir və güclü küləklər əsir. Hə, onu da deyim ki, dənizdən nə kanalizasiya, nə də ki, neft iyi gəlir. Şəhərdə çoxlu sayda restoran, mağaza və diskotekalar var. Mərkəzdə iki aquapark fəaliyyət göstərir. Avropanın ən hündür aquaparkı da buradadır. Onun hündürlüyü 225 metrdir.
Türkiyə | Dil: Türk dili | Pul vahidi: Lirə | Saat Fərqi: -1 |
Turun başlamağına 0 gün qalmış turdan imtina edildikdə ödənilmiş məbləğin 0 %-i geri qaytarılır |