Türkiyənin hər bir şəhəri özünəməxsus mədəni, təbii və tarixi gözəlliyə malikdir. Burda gəzilib görüləcək, dəyər veriləcək o qədər yer var ki... Hətta bir neçə dəfə getdiyiniz şəhərdə getmədiyiniz və görmədiyiniz nə qədər gözəlliklər olduğunu heç düşünmüsünüzmü? Əsrlərə dayanan tarixi, zəngin mətbəxi, təbiəti, dənizi və dağları...
Bu qədər gözəlliyin bir arada olması illərdir ki, Türkiyəni dünya, o cümlədən biz Azərbaycanlılar üçün maraqla səyahət ediləcək ölkəyə çevirməsi heç təəccüblü deyil.
Türkiyənin memarlıq abidələri, təbii gözəllikləri və tarixi qalıqları kifayət qədər diqqət çəkici olması ilə yanaşı, həmçinin təbii mənzərələri ilə də könül oxşayır. Yamyaşıl otların arasında Sümela Manastrından Pamukkaləyə qədər Türkiyənin hər yerindən diqqət çəkən möhtəşəm mənzərələrini Sizə təqdim edirik.
Türkiyənin bu mənzərələri xəyal olacaq qədər gözəldir…
İstanbul deyiləndə ağıla ilk gələn - “KIZ KULESİ”
İstanbul boğazının Üsküdar sularında kiçik bir ada üzərində olan Qız Qülləsi qalası, Bizans dövrünə aiddir. İstanbulun ən məşhur simvollarından biri olan bu qaladan tarixi yarımadanın möhtəşəm silueti ilə birlikdə günün batmasını izləməkdən doya bilməyəcəksiniz. Şəhərin bütün stresini alan mənzərəni uzaqdan seyr etməklə doymayanlar Salacakdan gəmiyə minib qülləni ziyarət edə bilərlər. Bir sözlə əgər İstanbula yolunuz düşsə burda günün batmasını seyr etmədən şəhərdən ayrılmayın.
Sümela Manastırı! - Trabzon
Yamyaşıl təbiətin qucağında yüksələn Sümela Manastırı! - Trabzon
Tarixi 386-cı illərə təsadüf edən Sümela Manastırı, Trabzon Maçka mahalındakı Altındərə Vadisinə baxan dik qayalıqların üzərində inşa edilmişdir. Hazırda bir çox filmlərin mövzusu olan Sumela Manastırı, yerli və xarici turistlərin tez-tez səyahət etdiyi yerdir.
Qar kimi ağ appaq təbii bir məkan - Pamukkalə Travertenləri (Dənizli)
Tarixi 14 min il əvvələ təsadüf edən Pamukkalə travertinləri UNESCO Dünya Mirası siyahısında yer alıb. Günün istənilən vaxtında günəşin istisindən asılı olaraq rəngini dəyişərək fərqli mənzərələr alan Pamukkalədə travertinlərə daxil olmaq mümkündür. Burada xüsusi diqqət edəcəyiniz ayaqqabınızı çıxarmaqdır. Bir də Dənizliyə gedərkən əvəzolunmaz mənzərələri çəkmək üçün fotoaparatınızı götürməyi unutmayın.
Mardin Evleri (Mardin)
Mardinə yolunuz düşdüyü zaman hayatınıza kiçik bir fasilə verə bilərsiniz - Mardin Evleri (Mardin)
Tarixin qapılarını açmağa hazırsınızmı? Mardin evlərinin mənzərəsi Mezopotamiya düzənliyinin sükunəti ilə bölgənin min illik tarixini bir arada təqdim edir. Bu evlərin ən böyük özəlliyi, asanlıqla müxtəlif formaya salına bilən sarı əhəng daşlarından hazırlanmasıdır. Bir- birinə bağlı küçələri olan evlərin qapı, pəncərə və asma qatlarından başqa taxtadan istifadə olunmamışdır. Bir sözlə səyahət planınıza özünəməxsus unikal strukturu olan Mardin evlərini də əlavə edin!
Uçhisar Kaləsi (Nevşəhir)
Qayaların oyma-işləmə prosesi min ildən artıq bir dövrü əhatə edir - Uçhisar Kaləsi (Nevşəhir)
Kapadokya - oxşarı olmayan və xüsusi atmosferi ilə ziyarətçilərində bambaşqa bir dünyaya gəldiyi düşüncəsini yaradan misilsiz məkandır. Uçhisar qalası Kapadokanın ən uzaq məsafəsində yerləşir. Buranın böyük özəlliyi məkanın ən yüksək zirvəsi olmaqla yanaşı strateji baxımdan da əhəmiyyətli olmasıdır. Kapadoka turlarına qatılıb Həsən və Erciyes dağlarının gözəlliyindən zövq alaraq bu bölgənin tarixi havası ilə nəfəs ala biləcəksiniz.
Hündürlüyü 2150 metrə çatan NEMRUT DAĞI
Günün batmasını izləmək üçün Nemrut Dağına dırmansanız peşiman olmayacaqsınız (Adıyaman)
Adıyamanın Kahta mahalındakı dağın hündürlüyü təxminən 2150 metrə çatır. Nemrut Dağı ətəklərinə tikilmiş imperiyanın padşahı I Antioch bu dağın zirvəsində bir birindən gözəl abidələr və heykəllər tikdirib. Şərq, qərb və şimal istiqamətlərinə yayılan bu qalıqların Hellenistik dövrünə aid olduğu bildirilir. Görənləri heyran edən mənzərəyə sahib Nemrut Dağı, UNESCO Dünya Mirası Siyahısında yer alıb. Dağın zirvəsindən bir dəfə günün batdığını izləsəniz mənzərənin şişirdilmədiyini başa düşəcəksiniz.
Bayram şəhəri - TEKİROVA (Antalya)
Kemerin mavi çimərlikləri ilə tanınan bayram şəhəri - Tekirova (Antalya)
Məşhur çimərliklərin ən papulyarı da Olimposdur. Olimposun və ətrafındakı digər kəndlərin nadir gözəllikləri də dillərə dastandır... Ancaq Antaliyada bundan daha çox şey var! Məsələn, Aralıq dənizini seyr edən və üçbucağa oxşar forması ilə diqqət çəkən Tahtalı Dağı. Tekirova, görənləri heyran edir.
Gözəlliyi ilə göz oxşayan Kızkaləsi (Mersin)
Bizanslılar tərəfindən inşa edilən bu qala Mersin Erdemli mahalında özünə aid olan bir adanı tutur. Çimərlikdən sadəcə 300 metr məsafədə yerləşən əsrarəngiz qala onu görənləri heyran edir. Necə düşünürsünüz qala tam bir Aralıq dənizi şahzadəsi kimi görünmürmü?
Daha çox gözəlliklərə şahid olmaq istəyirsinizsə və hardan başlayacağınıza qərar verməmisinizsə Terra Travel sizin əsl bələdçiniz olacaq.
Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"