Çinə səyahət imkanı əldə etsəniz sizin işinizi asanlaşdıracaq bir çox detalları paylaşmışıq.
Bu məqalədə Çin Xalq Respublikası haqqında ətraflı məlumat verəcəyik və gediləcək şəhərlər, iqlimi, festivalları və daha bir çox təfərrüatlardan bəhs edəcəyik!
Çinə çox səyahət etmiş Azərbaycanlı turistlərin fikrinə görə, bura indiyə qədər gördükləri ölkələrdən tamamilə fərqli bir yerdir. Ancaq Asiya ölkəsinə getdiyiniz zaman mədəni fərqləri başa düşə bilərsiniz. Bizdən o qədər fərqli mədəniyyətdir, bir fikirləşin, hətta yemək üçün istifadə etdikləri avadanlıqlar da bizimkindən fərqlidir.
Pekində imzalanmış “Azərbaycan ilə Çin arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş” iyulun 16-da qüvvəyə minir.
Sazişə əsasən, Azərbaycanın etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları və Çinin etibarlı ümumvətəndaş pasportlarına malik vətəndaşları digər ölkə ərazisinə daxil olmaq, oranı tərk etmək və yaxın tranzit keçmək üçün hər səfər ərzində 30 gündən çox olmamaqla və hər 180 günlük dövr ərzində ümumilikdə 90 gün müddətini aşmamaqla viza tələbindən azad edilir.
Çin Xalq Cümhuriyyətində pul vahidi Çin Yuanıdır. (CNY)
1 manat təxmini 4 Yuana bərabərdir.
1 EUR ≈ 8.27 CNY
1 USD ≈ 7.29 CNY
Aprel ayının sonlarında Azərbaycan Respublikası Hökuməti ilə Çin Xalq Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlarına malik vətəndaşların vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş imzalandı. Bununla da Azərbaycan vətəndaşları “Terra Travel”-a müraciət edərək Çinə sadəcə xarici pasport ilə səyahət edə biləcəklər.
Çinin şimalındakı ən böyük sənaye və liman şəhərlərindən biri olan Tianjin, maraqlı turistik məkanları ilə seçilir. Şəhərin simvolik görməli yerlərindən biri olan “Tianjin Eye” dönmə çarxı, Hai çayının üzərində yerləşərək həm gündüz, həm də gecə ecazkar mənzərə təqdim edir.
Şəhərin ortasından axan Hai çayında kruizə çıxmaq, Tianjini fərqli bir bucaqdan izləmək üçün əla fürsətdir. Kitabsevərlərin və memarlıq həvəskarlarının mütləq görməsi lazım olan yer isə Tianjin Binhai Kitabxanasıdır – unikal interyeri ilə sosial mediada məşhurlaşan bu məkan, insanı həqiqətən də gedib görməyə vadar edir.
Tianjinə tur sizi həm müasir memarlıq, həm də rahat şəhər atmosferi ilə valeh edəcək.
Çin Səddi (Great Wall of China), dünyanın ən məşhur turistik məkanlarından biridir. Bu tarixi abidə, Çində görməli yerlər, Asiyada səyahət, tarixi turizm və Çin tur paketləri ilə maraqlanan səyahətçilər üçün əvəzolunmaz dayanacaqdır. Pekin yaxınlığında yerləşən Çin Səddi, həm fotoqrafiya sevərləri, həm də tarix həvəskarları üçün unudulmaz təcrübə təqdim edir. Əgər Çinə səyahət planlaşdırırsınızsa, bu dünya möcüzəsini ziyarət etməyi unutmayın!
Şanxay — Çin Xalq Respublikasının ən böyük şəhəri və dünyanın əhalisinə görə 8-ci ən böyük metropoludur. Bu qlobal şəhər, Çində turizm, Şanxay tur paketləri və Asiyada şəhər turları ilə maraqlanan səyahətçilər üçün mükəmməl seçimdir. Huanqpu çayı boyunca gəzintiyə çıxaraq Şanxayın nəfəskəsici göydələn panoramasını, xüsusilə The Bund sahil zolağını kəşf edə bilərsiniz.
Şərq İncisi Teleqülləsinin zirvəsindən şəhərin gözoxşayan mənzərəsinə tamaşa edə bilərsiniz. Tarix və təbiəti birləşdirən Yu Bağçaları və qədim məbədlər, həmçinin Venesiyanı xatırladan kanalları ilə məşhur Fengjing Qədim Şəhəri, Şanxayın mədəni ruhunu hiss etmək üçün ideal ünvanlardır.
Əgər Çində səyahət planlaşdırırsınızsa, Şanxay həm müasir şəhər həyatı, həm də zəngin tarixi ilə unikal təcrübə vəd edir.
Çində mütləq görülməli ən yaxşı yerlərdən biri və dünyanın diqqətçəkən dağlarından biri olduğu deyilən Tianmen dağı Cənnətə gedən qapı hesab olunur. Zhangjiajie şəhərinin yaxınlığında yerləşən dağın hündürlüyü 1519 metrdir.
Dünyanın ən uzun kanat yolu bu dağdadır və kanat yolu ilə dağa çatmaq 30 dəqiqə çəkir. Bu 30 dəqiqə ərzində kanat yolu 7 kilometr qət edir. Kanat yolunda uzun növbələrin qarşısını almaq üçün, Tianmen dağına gedən çinli qrupların sayı kifayət qədər çox olduğundan, açılış vaxtından təxminən 1-1,5 saat əvvəl gəlmək tövsiyə olunur.
Uzaq Şərq mətbəxləri arasında Yapon və Çin mətbəxi üstünlük təşkil edir. Gəlin görək Çin mətbəxi necədir və nəyi harada yemək lazımdır.
Çin mətbəxinin əvəzolunmaz yeməkləri düyü, yumurta, balıq, dəniz məhsulları və soya məhsullarıdır. Ənənəvi yeməklərdən biri də Çin mantısıdır. Bu ləzzət daha çox Yeni il bayramında istifadə olunur.
“Dim sum” buxarda bişirilmiş ətlə doldurulmuş yumru xəmirdən ibarət yeməkdir. Çində demək olar ki, hər yeməkdə istehlak edilən düyü yağsız bişirilir və sıyığa bənzəyir. Çinlilər bu düyünü o qədər sevirlər ki, demək olar ki, hər evdə elektrikli düyü bişirən aparat var.
Çin mətbəxinə xas olan digər element böyük dəyirmi masalardır. Çində hər restoranda bu böyük dəyirmi masaları görə bilərsiniz və stolun ortasında şüşədən hazırlanmış fırlanan qab var. Süfrəyə gələn yeməklər masanın üzərinə qoyulur və hər kəs öz boşqabına istədiyi qədər yeməkdən götürmək üçün fırlanmağa başlayır.
Öncədən bildirək ki, Çində beynəlxalq təamlar təqdim edən restoran tapmaq bir az çətindir.
Bir müddət sonra Çin yeməklərindən yorulsanız, fast-food restoranlarına rast gəlmək mümkündür, lakin ümumilikdə Çin restoranlarında yalnız Çin yeməkləri verilir.
Çinə Terra Travel ilə səyahət etməyi planlaşdırsanız lazım ola biləcək bütün məlumatları sizinlə bölüşdük. Səyahətinizi bizə etibar edin və dünyanı birlikdə kəşf edək!