Türkiyənin 6 ən məşhur istirahət zonası

/home/getfile/22299

Antaliya bir sıra özəlliklərinə görə hər il dünyada milyonlarla turisti özünə cəlb edir. Günəş qoynunda, saf Aralıq dənizi sahili boyunca sıralanan gözəl otellərdə istirahət il boyu insanda unudulmaz təəssüratlar yaradır. Burda müxtəlif qiymətə, müxtəlif ulduzlu otellər seçmək imkanı var. “Hər şey daxil” sistemi ilə fəaliyyət göstərən müxtəlif ulduzlu otellərdə dincəlməklə yanaşı tətil zamanı müxtəlif turlarda iştirak edərək istirahəti daha da maraqlı etmək olar. Türk gecəsi, rafting, diving, parasaling, safari, piknik, akvapark, delfinariya və s. kimi turlara qoşulmaq mümkündür. Əgər siz təmiz cimərlik, ailə ilə, uşağınızla sakit mühit istəyirsinizsə “Hər şey daxil” sistemini seçməyə də bilərsiniz.Ən böyük akvaparkları ilə seçilən Antaliyada ən azı bir gün keçirməyə dəyər.

Endirimli Antalya turlarına nəzər yetirin.

/home/getfile/22301

Antalya

Nəqliyyat - Antaliya hava limanından istənilən otelə ən geci bir saata çatmaq olar.

Kəmər Türkiyənin ən önəmli turizm mərkəzlərindən biridir. Kəməri cazibədar edən onun təbii gözəlliyidir. Dəniz, meşə və dağlar bir nöqtədə birləşir. Dənizin aydınlığı, meşənin yaşıllığı, dəniz dalğalarının şam ağaclarına qədər uzanması və şam ağaclarının çimərliklərdə kölgəlik olaraq istifadə edilməsi olduqca cazibədar görünür. Beldibidən başlayaraq Tekirovaya qədər olan bütün sahil tamamilə təbii çimərlikdir. Kəmər ailə və uşaqlarla istirahət üçün ideal yerdir.
Olympos Andıq Şəhəri, Chimera (Yanar daş), Adrasan, Üç Adalar, Göynük Kanyonu, Əkiz Kayalar, Ekopark, Ulupınar və Səlcuqlu Av Köşkü Kəmər ətrafındakı görülməsi lazım olan yerlərdir.

Endirimli Kəmər turlarına nəzər yetirin.

/home/getfile/22304

Kəmər

Nəqliyyat - hava limanından avtobusla istənilən otelə ən geci bir saata çatmaq olar.

Alanya Aralıq dənizinin sahilində kiçik bir yarımada şəklindədir. Şimalında Toros dağları uzanır. Alanya tarix boyunca Roma, Bizans, Səlcuqlu və Osmanlı kimi imperatorluqlar üçün Aralıq dənizində əhəmiyyətli bir qala vəzifəsi görmüşdür. Səlcuq dövründə I Alaəddin Keyqubadın rəhbərliyi altındakı bu bölgə geosiyasi bir əhəmiyyət qazanmışdır. Şəhərin bugünkü simvollarından Qırmızı Qüllə, liman və Alanya Qalası o dövrə təsadüf edir.Alaniyanın qışı ilıq, yazı isə istidir. Turizm baxımından Türkiyədə doqquzuncu, xaricilərin Türkiyədə mülk alması sıyahısında isə otuzuncu yerdədir.Əgər uşaqlarla istirahət etmək istəyirsinizsə “Avsallar” bölgəsini seçməniz məsləhətdir.

Endirimli Alanya turlarına nəzər yetirin.
/home/getfile/22300

Alanya

Nəqliyyat - Alanyanın mərkəzinə ən yaxın beynəlxalq hava limanı Antalya hava limanıdır, ki, burdan Alaniyaya olan məsafə 125 km-dir.

Bələkdə istirahət qiymətləri Antaliya və Kəmərdən bir qədər baha olsa da təlabat yüksəkdir. Burda təmiz çimərlik, sakit atmosfer, otel klubları mövcuddur. Çılgın klub və bar həvəskarı olan gənclər üçün bura o qədər də maraqlı deyil. Uşaqlı ailələrə, müalicəvi spa prosedurlarını sevənlərə, həmçinin qolf və at çapanlara görə Bələk ən uyğun istirahət zonasıdır. Çimərliklər əsasən qumlu olduğundan dənizə girmək çox keyflidir. Amma çimərliyin özündə kiçik çınqıllar ola bilər, odur ki, uşaqlarla birlikdə istirahət edəcəksinizsə otel seçimində daha diqqətli olmanız tövsiyyə olunur.

Endirimli Bələk turlarına nəzər yetirin.
/home/getfile/22302

Bələk

Nəqliyyat Antaliya avtovağzalından Bələkə yarım saata çatmaq mümkündür.

Marmaris beynəlxalq klub həyatı və gənclərin şən istirahət məkanı kimi tanınır. Burda Ege və Aralıq dənizində dalğıclar üçün onlarla maraqlı yerlər var. Şəkil çəkdirməyi sevənlər sahillərə bağlanan yaxtalarından və zəngin təbiəti olan Marmarisin mənzərəli görnüşündən yararlana bilərlər. Nisbətən yaşlı nəsil sakit olmağı ilə yanaşı şəfalı havası və müalicəvi mərkəzləri olan “İçmələr” qəsəbəsini seçir. Marmarisin gecə klublarına rahatlıqla getmək mümkün olan, sakit romantikanı sevənlər isə adətən “Turniç”i seçir.

Endirimli Marmaris turlarına nəzər yetirin.
/home/getfile/22305

Marmaris

Nəqliyyat - Ən yaxın beynəlxalq hava limanı Dalamandan 100 kilometr uzaqdır. Bura otelin yerindən asılı olaraq, 1,5-3 saata çatmaq olar.

Bodrumda gənclərin istirahəti Antaliya ilə müqayisədə daha keyfiyyətli və daha bahadır. Burdakı sərbəst yığışmalar nəticəsində yaranan ünsiyyət qonaqları yaşlı tələbələr olaraq daha məmnun edir. Əlbəttə ki, buranı boşuna "Türk Rivierası" adlandırmayıblar. Bu gözəl və xoşbəxt məkana dincəlməyə gələnlər arasında müğənnilər, televiziya ulduzları ilə yanaşı rəssamlar da var. Burda aktiv istirahət üçün hər cür şərait var. Bodruma istirahətə getdiyiniz təqdirdə Sualtı Arxeoloji Muzeyi də ekskursiya etməyiniz məsləhətdir.

Endirimli Bodrum turlarına nəzər yetirin.

/home/getfile/22303

Bodrum

Nəqliyyat - Milas havalimanından 32 km uzaqda yerləşir. İstənilən istirahət mərkəzinə bir saatdan az vaxta çatmaq olar.



Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram