TARİXİ VƏ TƏBİİ GÖZƏLLİKLƏR BİR ARADA

Tacmahal

SANTORİNİ ADASI

Santorini adası Yunanıstanın ən məşhur, ən gözəl adalarından biridir. Pire Limanından 128 dəniz mili (1 dəniz mili 1852 metrə bərabərdir) uzaqlıqda, Egenin cənubunda Kiklades Ada qrupuna aid bu ada tarixi və təbii gözəllikləri ilə demək olar ki, möhtəşəmdir.
Vulkanik bir quruluşa sahib olan Santorini Adası tarix boyunca vulkanik partlayış və zəlzələlər nəticəsində hazırkı formasını alıb. Bu səbəbdən, ada fərqli bir torpaq və qaya quruluşuna sahibdir.
Ada memarlığının ən diqqətə çarpan özəlliyi mavi-bəyaz evlərdir. Bu evlər Egenin mavisi ilə dalğaların bəyazını bir araya gətirir.
Adaya Yunanıstandan təyyarə ya da Pire Limanından gəmi ilə getmək mümkündür. Dəniz yolu ilə getmək istəyənlər ya bərə ya da dəniz avtobusuna bənzər sürətli gəmidən istifadə edə bilər. Öz maşınları ilə səyahət etmək istəyənlər yalnız bərə ilə getmək məcburiyyətindədir. Qeyd edək ki, Bərələr dəniz avtobuslarına görə Santoriniyə bir neçə saat daha geç çatsa da, bərə ilə səfər etmək daha rahat və zövqvericidir. Səkkiz mərtəbəli, lifti olan bu böyük bərələrdə restoranlar, kafelər, hamamlar, yataq otaqları kimi insana rahatlıq verəcək bir çox xidmətlər var. Ayrıca gəminin açıq sahələri zövqverici bir dəniz yolçuluğu üçün də gözəl bir fürsətdir. Dəniz avtobusları isə daha sürətli olmalarına baxmayaraq, turistləri bu kimi rahatlıqlardan məhrum edir.

Tacmahal

ADANIN MƏRKƏZİ HESAB OLUNAN FİRA

Limandan da, aeraportdan da, Santorininin mərkəzi Firaya bələdiyyə avtobusları ilə çatmaq mümkündür. Yəni, maşını olmayanlar bələdiyə avtobusları ilə adanı rahat bir şəkildə gəzə bilər. Santorinidə yerləşmə və qalmaq baxımından çoxlu alternativlər var. Adada hündür mərtəbəli böyük otellər yoxdur. Otellər ada memarlığına uyğun, mavi bəyaz, iki-üç mərtəbəli tikilir. Qiymət aralığı isə olduqca genişdir. 20-30 avrodan başlayan qiymətlər minlərcə avroya qədər qalxır.

Tacmahal

BƏS GECƏLƏMƏK ÜÇÜN ƏN İDEAL YER HARADIR?

Əgər mərkəzdə qalmaq istəyirsənizsə, təbii ki, adanın mərkəzı olan Firanı seçməlisiniz. Xüsusilə maşını olmayan və avtobusla səyahət edəcək şəxslər üçün ada mərkəzində qalmaq vacibdir. Çünki bütün avtobuslar Firadakı avtobus dayanacağından hərəkət edirlər. Bu səbəbdən də bir yerdən başqa yerə getməyiniz üçün Firaya gəlməyiniz mütləqdir. Adanın o qədər gəzməli yerləri var ki, turistlər otelə yalnız gecələmək üçün gedir. Demək olar ki, adada hər yer mənzərədir. “Öz maşınım var, mərkəzdə qalmağa ehtiyyac duymuram” deyirsinizsə, adanın kəndlərində qalmaq da, çox maraqlı və keyfli ola bilər. Ən gözəl kənd hesab edilən Oia kəndinin Firadan da gözəl olduğu söylənilir. Daha sakit və nağılvari olan Oiada günün batmasını seyr etmək məşhur olduğu üçün gün batarkən bütün turistlər bura toplaşır.

Tacmahal

ADANIN İQLİMİ NECƏDİR?

Santorinidə dəniz mövsümü may ayında başlayır. Ancaq aprel ayında da, dənizə girənlər var. Sezon isə çox uzun, oktyabra qədər davam edir. Adaya gedənlər çantalarını hazırlayarkən Santorininin güclü küləklərini nəzərə almalıdırlar. Digər adalar kimi Santorinidə də gündüzlər çox isti, axşamlar isə sərin olur. Bunu nəzərə alıb axşamlar üçün qalın geyimlər götürməyi də unutmayın.

Tacmahal

ADADA NECƏ QİDALANA BİLƏRSİNİZ?

Adadakı yeməklərin çox ləzzətli olduğunu hər turistdən eşidə bilərsiz. Burada dəniz qidaları mövzusunda çox cəlbedici restoranlar var. Xüsusi pomidor yeməyi və sarı mərcimək də adanın özəl ləzzətlərindən hesab olunur. Adanın özündə yetişdirilən pomidorlar digər öyrəşdiyimiz pomidorlardan çox fərqli dada malikdir. Burada yetişdirilənlər sulanmadıqları üçün daha şirin və daha ləzzətlidir. Həmçinin, burada yetişən sarı mərcimək də adanın özünə xas torpağı sahəsində çox fərqli dada malikdir. Bu səbəbdən də Santorini restoranlarının çoxunun menyusunda mərcimək və pomidor küftəsi yer alır. Adada yetişən qarpız, yemiş, acur, kələk kimi meyvə və tərəvəzlər də olduqca ləzzətlidir. Mərkəzdə səhər saatlarında küçələrdə tarladan yeni topladıqları məhsulları satan kəndililərdən bazarlıq etmə fürsətiniz olsa, adanın əsl yerli ləzzətlərini daha ucuz qiymətə dadmış olarsınız.

Tacmahal

BALIQLARLA PEDİKÜR İSTƏYİRSİNİZ?

Firanın mərkəzində vaxt keçirərkən bir çox küçədə qarşınıza çıxan "balıqla pedikür dükanlarına" gedə bilərsiniz. Bu dükanlarda olan taxtlara oturub, içində xüsusi balıqların olduğu akvariuma ayaqlarınızı uzadıb balıqların ayaqlarınıza pedikür etməsini müşahidə edə bilərsiniz. Balıqlar ayaqlarınızdakı ölü dərini alarkən dükan sahiblərinin deyimiylə ayaqlarınızı yüngül öpüşlərə qərq edirlər. İlk baxışda insanda qıdıqlar yaranır. Daha sonra balıqların köməyiylə yumşalmış ayaqlarını pedikür etdirə bilərsiniz.
Fira gecə həyatının adada ən canlı olduğu yerdir. Burda bar, restoran və rəqs ediləcək yerlərin sayı xeyli çoxdur. Mərkəzi küçələrdə gedərkən qulağınıza xoş gələn musiqinin səsini təqib etməklə həmin məkanlara gedə biləcəksiniz.

Tacmahal

SANTORİNADA TOY!

Hər il yüzlərlə cüt ya evlənmək ya da bal ayılarını keçirmək üçün bu romantik adaya üstünlük verirlər. İstər az sayda qonağın qatıldığı sadə toy, istərsə də yüzlərlə adamın qatıldığı əyləncəli toylar adada fəaliyyət göstərən firmalar tərəfindən təşkil edilir. Santorini Bələdiyyəsinin səlahiyyət verdiyi nikah məmuru xarici cütlərə də rəsmi nikah qıyır.

Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram