Yəqin bir çoxlarımızın başına gəlib, bir yerə səyahət planlayarkən pasportumuzun etibarlılıq tarixinin bitməsinə az müddət qaldığı məlum olur.Bir çox hallarda xarici ölkələrə səfər zamanı bu müddətə tələblər olduğundan, pasportumuzu dəyişdirməli və beləcəhəm vaxt, həm də əlavə pul itirməli oluruq. Terra Travel olaraq müştərilərimizin rahatlığı üçün CRM (Müştəri Əlaqələrinin İdarəedilməsi) sistemimizdəki tənzimləmə ilə sistemimiz sizi 7 ay öncədən xəbərdar edəcək. Beləki, bizə ən az bir dəfə müraciət etmiş müştərilərimizin məlumatları sistemə tanıdıldıqdan sonra sistem sənədin etibarlılıq müddəti bitmədən avtomatik SMS göndərməklə müştərini xəbərdar edəcək. CRM sistemimizin tək rahatlığı bundan ibarət deyildir. Bəs bu sistem nədir və necə işləyir.
CRM sistemləri şirkətlərdə müştərilərinin məlumatlarını bir arada toplamaq və onlara göstərdikləri xidmətlərini təkmilləşdirmək üçün istifadə edilən innovativ texnologiya həlləridir. Terra Travel-da istifadə edilən sistem də müştərilərimizə daha yaxşı xidməti hədəfləyir. Yaratdığı asanlıq ilə, sistemdə qeydiyyata alınmış müştərimiz əvvəlcədən təqdim etdiyi sənədləri (pasport, şəxsiyyət vəsiqəsi, nikah haqqında şəhadətnamə) təkrar təqdim etmədən sadəcə səyahət etmək istədiyi istiqamətləri tur agentlərimizdən birinə bildirərək səfərini rahatca planlaya bilər. Eyni zamanda özəl günlərinizdə sizləri xatırlamaq və sizə özəl təkliflər verməyimiz üçün də faydalıdır.
Nəzərə almaq lazımdır ki, xarici ölkəyə səyahət etmək üçün vizaya müraciət etdikdə pasportunuzun ən az 6 ay müddəti olmalıdır. Əks halda Sizə viza verilməyə bilər. Xüsusilə Şengen ölkələri, İngiltərə və Amerikaya səyahət zamanı bu kimi hallara xüsusi diqqət ayırmaq lazımdı. Digər tərəfdən yuxarıda sadaladığımız ölkələrə uzunmüddətli viza aldıqda pasportun müddətini əvvəlcədən kontrol edib uzatsanız həm vaxtınıza həm də büdcənizə qənaət edəcəksiniz.
İlk növbədə pasportunuzun bitmə tarixinə baxın.
- Qısa müddətli viza üçün (90 gündən az), pasportunuzun etibarlılıq müddətinin bitmə tarixi sizin Şengen ərazisindən geri dönməyinizdən sonra 3 aydan az olmamalıdır və ən azı 2 təmiz səhifəsi olmalıdır.
- Vizanın yeniləşməsi üçün pasportun müddəti viza üçün müraciət etdikdən 15 ay sonra bitməlidir.
- Müntəzəm uzunmüddətli viza üçün (90 gündən çox) pasportun bitmə müddəti Azərbaycanı tərk edəndən 15 ay sonra bitməlidir.
Bir sözlə pasportunuzun etibarlılığ müddətinin bitmə tarixi nə qədər uzundursa, o qədər yaxşıdır deyə bilərik. Əgər pasportunuzun bitmə tarixinə 6 aydan az bir vaxt varsa Şengen vizasına müraciət etmədən, ilk növbədə Azərbaycandakı pasport verən səlahiyyətli orqanlara, əgər xaricdəsinizsə yaşadığınız ölkədə öz Konsulluq və ya Səfirliyimizə müraciət etməyiniz lazımdır. Nəzərə almaq lazımdır ki, Siz Şengen vizasını əldə etmiş olsanız belə pasportunuzun etibarlılıq müddəti səyahətiniz zamanı bitəcəksə, sərhəddən geri göndərilmə riskiniz var.