Möcüzəvi Naftalan Nefti

Tacmahal

Dünya əhəmiyyətli unikal müalicəvi Naftalan kurortu


Dünya əhəmiyyətli unikal müalicəvi Naftalan kurortunun yeganə müalicəvi təsiri məhz NAFTALAN neftidir. Hələ qədim zamanlardan dayaq hərəkət aparatı, dəri, uroloji, ginekoloji xəstəliklərin müalicəsi üçün güclü vasitə kimi şöhrət qazanan kurorort iltihab proseslərini aradan qaldırır, ağrıları azaldır, qan dövranını və orqanizmdə mübadilə proseslərini yaxşılaşdırır.
Naftalanın müalicəvi xüsusiyyətlərinin öyrənilməsindən və ondan istifadəyə başlanılmasından 100 ildən artıq müddət keçib. Müxtəlif xəstəliklər zamanı onun effektivliyi 1600-dən artıq elmi işin və monoqrafiyaların nəticələri ilə təsdiq edilib.


Tacmahal

Naftalan “Yerin qatı qanı” adlandırılır


1929-cu ildən başlayaraq naftalan yatağı ərazisində ixtisaslaşdırılmış Naftalan kurortu fəaliyyətə başlamışdır. Burada SSRİ-nin bütün guşələrindən dayaq hərəkət aparatı xəstəliklərindən, nevroloji, dəri, ginekoloji, uroloji xəstəliklərdən əziyyət çəkən insanlar müalicə olunublar. O dövrdə Naftalan kurortu elitanın ən sevimli istirahət yeri idi.

Tacmahal

Naftalan "Qara qızıl çeşməsi – sağlamlığın açarıdır”


Azərbaycanın mədəni irsinin ayrılmaz hissəsi olan Naftalan kurortu günü gündən daha da məşhurlaşır və turist sayı ildən ilə artır. Hazırda Naftalanın bir neçə sanatoriyasında istilik və ultrabənövşəyi şüalanma ilə kompleks şəklində qətransızlaşdırılmış naftalanla, naftalan fraksiyaları və karbohidrogenlərlə yeni müalicə üsulları tətbiq edilir. Sanatoriyalarda (həm özəl, hə də həmkərlar ittifaqının nəzdində olan) xəstələrə lazım olan proseduralar, uzun sürən ətraflı müayinədən sonra fərdi olaraq seçilir və təyin edilir. Həmçinin, müasir funksional diaqnostika kabinetləri, klinik diaqnostik və biokimyəvi laboratoriyalar da fəaliyyət göstərir.

Tacmahal

70-dən artıq xəstəliyin müalicəsini təmin edən kurort


Hal-hazırda Naftalan kurortu maksimal rahat komfortlu şəraitdə 70-dən artıq xəstəliyin müalicəsini təmin edir. Sanatoriyalar il boyu dünyanın bütün ölkələrindən gələn xəstələri müalicə üçün qəbul edir. İxtisaslı, təcrübəli və xoşniyyətli kollektiv insanlara sağlamlıq bəxş etmək üçün bütün qüvvəsini sərf edir.

Tacmahal

Müalicəvi neft Naftalan şəhərində yerləşən mənbələrdən çıxarılır


Naftalan nefti insan orqanizminə dəridən hoparaq kapilyar qan axınına müsbət təsir göstərir, kiçik damarlarda qan dövranını yaxşılaşdırır, qan damarlarını genişləndirir, qanın laxtalanmasını azaldır, fermentativ proseslərin aktivliyini yüksəldir, orqanizmin bütün funksiyalarını stimullaşdırır və mikroblara qarşı təsir göstərir.

Tacmahal

Müalicə kursunu 10-12 naftalan vannası təşkil edir


Naftalan müalicə amili güclü ağrıkəsici, iltihabəleyhinə, damargenəldici, allergiyaəleyhinə, hormonabənzər təsirlərə malikdir. Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37 -38*C-dir. Vanna qəbulu müddəti - birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur, qalan vannalar 2-3 gün vanna, bir gün istirahət günü olmaqla qəbul edilir. Müalicə kursunu 10-12 naftalan vannası təşkil edir. Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5 – 2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır. Həmin dövrdə xəstələr özlərini soyuqdan və fiziki gərginlikdən qorumalıdır.

Tacmahal

Müalicənin təsiri müalicədən sonraki 1,5 – 2 ay ərzində davam edir


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram