Səyahətlər bizi sadəcə məmnun etmir, bizə həzz verir...

Tacmahal

Səyahətdən həzz al, sevinc hiss et və həmin prosesi məmuniyyətlə xatırla

İnsan şəxsiyyət olaraq inkşaf etdikcə əvvəllər biganə qaldığı, qəbul etmədiyi yaxud hiss etmədiyi şeylərdən həzz almağa başlayır.

Məmnun olmaqla həzz almağın fərqinə gəldikdə isə, məmnun olmaq, bioloji təlabatların ödənilməsi ilə bağlı olan xoş bir hissdir. Həm insanlarda, həm heyvanlarda da yemək, içmək, nəfəs almaq və cinsi təlabatların ödənilməsi təlabatı var. Əgər biz bu duyğudan həzz almaq istəyiriksə onda bu ehtiyacları düşünülməmiş, tələsik ödəməkdən vaz keçməliyik. Bu zaman həzz ala, sevinc hiss edə və həmin prosesi məmuniyyətlə xatırlaya biləcəyik .

Tacmahal

Səyahət etməyin nə olduğunu bilən insanlar səyahətdən həzz ala bilir

Babalardan qalma belə bir misal var, yemək üçün ən yaxşı ədviyyat aclıqdır.

Əgər insanın bioloji təlabatı ödənilməyibsə həzz almaq mümkün deyil. Yəni biz çox acıqsa onda tez-tez yeyib bu təlabatımızı ödəmək istəyirik. Yeməkdən həzz almaqdan isə söhbət gedə bilməz.

Tacmahal

Bioloji təlabatlar ödənildikdən sonra həzz duyğusu yaranır

Aclıq güc gəlməyəndə bizə sevdiyimiz yemək təqdim olunursa, yemək həzzini yalnız bu zaman hiss edəcəyik. Bir sözlə insan yalnız bioloji təlabatı ödənildikdən sonra həzz ala bilir.
Həzz almaq hissi süni, həm də insanın özü üçün xarakterik olan hissdir. Yəni onu özün yaratmalısan. Səyahətdən, istirahətdən həzz almaq da belədir, bu duyğunu özündə yaratmalısan və bunu bacarmalısan.
Bir sözlə səyahət etməyin nə olduğunu bilən, buna adət etmiş insanlar səyahətdən həzz ala bilir.

Tacmahal

Səyahət etmək ömrünüzü uzadacaq

Səyahət etmək insan sağlamlığını gücləndirir, ömrü uzadır. Çünki səyahət etmək bizdə sevinc və həzz duyğusu yardır ki, bu duyğu qanda endorfin və spirtin səviyyəsini artırır, bu da adaptasiya prosesini yaxşılaşdırır. Tez-tez səfərə çıxan, həyatı rəngarəng olan, həzz almağı bacaran insanlar, spirtli içki qəbul etməyi dayandırır, narkotik maddə istifadə etməyə isə meyl belə etmir. İnsan narkotik maddəyə və ya spirtə necə alışırsa, eləcə də həzz almağa və zövqlə yaşamağa öyrəşir.

Tacmahal

"Terra Travel"-lə səyahət etmək mənəvi həzzdir

Əgər sizə zövq verən nələrsə dəfələrlə təkrarlanırsa, tədricən o sizə zövq verməyə bilər. Fikir verin, musiqilər necə tez dəbdən düşür, siz yenicə təmir olunmuş evinizdən aldığınız zövq necə tez adiləşir və yeni bir şey düşünmək lazım gəlir. Mənəvi zövqlər isə təkrarlandıqca insan ondan daha çox həzz alır. "Terra Travel"-lə səyahət etmək də mənəvi həzzdir.

Belə ki, ilk dəfə xarici ölkəyə səyahət etmək bizdə təyyarə fobiyasından tutmuş, ölkəyə adaptasiyaya qədər müəyyən gərginklər yarada bilər. Yox əgər 2-ci, 3-cü dəfə sevdiyimiz ölkəyə səyahət ediriksə, bu səyahətdən həzz ala biləcəyik.

Tacmahal

Zər qədrini zərgər bilər

Bir sözlə, səfər etmək, turlara qoşulmaq, dünyanı kəşf etmək mənəvi həzzin əsasını təşkil edir. Bu nə qədər çox təkrarlanırsa insana o qədər çox həzz verir. Məşhur bir misalda deyildiyi kimi “Zər qədrini zərgər bilər”!
Demək ki, insan inkşafının mənbəyi həzz duyğusunun arxasınca gəlir.
Gəlin bu qısa həyatımızı "Terra Travel"-in təklif etdiyi səyahətlərdən həzz alaraq, zövqlə yaşayaq!




Loading
Erkən Rezervasiya
Terra Travel Telegram