Təyyarə biletinizi aldınız və həyəcanla uçuş tarixinizi gözləyirsiniz. Bəlkə də gəmi ilə İtaliyaya gedib, oradan qatar ilə yolunuza davam edəcəksiniz. Kim bilir, bəlkədə ən böyük xəyalınızı həyata keçirmək üçün avtomobilinizlə Avropa səyahətinə çıxacaqsınız. Amma harada nə etməli olduğunuzu bilmədən bu səyahətə çıxmaq sizə çox baha başa gələ bilər.
Avropanı kəşf etmək üçün məsləhətlər
Yay mövsümü Avropanın ən sıxlıq olduğu zamanlardır. Dünyanın hər yerindən səyyahlar Avropanı kəşf etmək üçün yay mövsümünü gözləyir. Bu baxımdan səyahətinizi payız, ya da qış aylarına planlasanız tətil büdcənizə daha az pul ayıra bilərsiniz.
Otel rezervasyonlarınızı əvvəlcədən etməklə, endirimli fürsətlərdən faydalanmış olarsınız. Əgər daha sərfəli yerlər istəyirsinizsə yataqxanaları da seçə bilərsiniz.
Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"
Əgər səyahətinizi öz başına təşkil etmək istəmirsinizsə, Terra Travelin təqdim etdiyi paket turlarına müraciət edə bilərsiniz. Beləcə səyahətiniz sizə ən xoş anlar yaşadacaq, sənədləşmənin yorucu tərəflərindən isə xilas olmuş olacaqsınız, çünki Terra Travel sizin bu işdə ən böyük dəstəkçinizdir.
Dublində Mədəniyyət xəzinəsi - Trinity College Kitabxanası
Kellin Kitabını eşitmisiniz? IX əsrdə Keltik keşişləri tərəfindən yazıldığı düşünülən bu iş Avropa kaligrafiya sənətinin ən zirvə nöqtəsi hesab olunur. Dublinə səfər etsəniz, Kitabın əl işi və dizaynlarının şöhrətinə şahidlik etmək üçün mütləq Trinity Kollecini ziyarət edin.
London - Şahzadə Diana üçün vida
Londonun müasir üzünü boş verin və şəhərin ən yaşıl sahələrində yürüşə çıxın. London səfərinizdə, marşrutunuz və proqramınız belə olmalıdır: Hyde Parkda ləzzətli ingilis sandviçlərindən daddıqdan sonra Keslington Gardens-da məşhur London abidələrini ziyarət etmək... Şahzadə Diana, faciəvi ölümündən əvvəl Keslington Sarayında yaşayıb, ona salam verməyi unutmayın!
Ştuttqart - Biz bu gecə avtomobildə yatırıq
Dünyanın ən məşhur avtomobil şirkətləri, Daimler və Mercedes-Benz bu şəhərdə doğuldu. Avtomobil paytaxtına xoş gəlmisiniz. Ümid edirik ki, siz avtomobildə yatmağa alışmısınız. Xeyr, otel baha olduğu üçün yox, Stuttgartın ən məşhur otellərindən biri olan V8-in yataqları avtomobildən hazırlandığı üçün. Həmçinin, oteldə hansı avtomobil modelində yatmaq istədiyinizə siz qərar verirsiniz.
Krakov - Keçmişə getmək üçün zaman maşınına ehtiyac yoxdur
Krakov, müasir həyata orta əsr cizgilərini itirmədən keçid edən nadir şəhərlərdən biridir. Burada möhtəşəm Wawel Sarayı gözlərinizi parıldadacaq. Şəhərin "Old Town" ərazisini faytonla səyahət edə bilərsiniz.
Vyana – Operaya getməyənlərin günahlandırıldığı şəhər
Mozart, Haydn, Betxoven, Brahms, Mahler ... Bunlar Vyananın havasını udmuş klassik musiqi dahilərindən sadəcə bəziləridir. Avropanın mədəniyyət paytaxtı olan bu şəhərə səyyahət zamanı bir çox opera və konsert salonu görəcəksiniz. Bunların ən məşhuru Staatsoperdir (Vyana Dövlət Opera Evi).
Brüssel - Elm aşiqləri buranı çox sevəcək
Brüsseldə görülməli yerlərin siyahısı olduqca çoxdur. Şəhərdəki müasir və tarixi əsərlərin iç-içə olması buraya özünəməxsus bir atmosfer vermişdir. Müasir elm və sənət əsərləri ilə məst olacağınız yerlərdən biri olan Atomium, Atom dövrünün necə bir vaxt olduğunu anlamaq üçün mütləq gəzilməlidir.
Sarayevo – Avropanın qüdsü
Milyaçka çayının hər iki sahilinə səpələnən, kürəyini Trebeviç dağına söykəyən, qərblə şərqi özündə birləşdirən bir az köhnə, bir az qədim, bir az uçuq, bir az yenilənmiş, bir az yaralı, dəlmə deşik Sarayevo gəlir göz önünə. Məscidlərin kilsələrlə yarışdığı, hamamları, Başçarşısı, bazarları I dünya müharibəsinin başlanmasına şahidlik etmiş Latın körpüsü ilə turistlərin sevimli şəhəridir Sarayevo. Sarayevoya Avropanın Qüdsu də deyillər. Bu adı üç dini (islam, xristianlıq və yəhudu), üç milləti (xorvat, serb, bosniyalıların) özündə yaşatdığı üçün alıb bu şəhər. Sarayevonun qışı həddən artıq soyuq və sərt keçdiyi üçün bura səyahət üçün ən gözəl vaxt yay aylarıdır.