Aogashima Vulkanı - Yaponiya

Tacmahal

Aogashima vulkanının yaratdığı ada - Yaponiya


Yəgin ki, gözəllik anlayışının "Təbii və süni" olaraq 2 yerə bölünməsi çoxunuz üçün məlumdur. Süni gözəllik insan qüvvəsi ilə, təbii gözəllik isə Allah tərəfindən, insan əli dəymədən yaradılır. Elə məhz şəkildə gördüyünüz bu yer də, təbiətin bizə böyük bir hədiyəsidir. Belə ki, şəkildə gördüyünüz yer Yaponiyada yerləşən Aogashima vulkanının yaratdığı xırda bir adadır. 1652 - ci ildə, güclü vulkanlar nəticəsində, belə bir ada yaranmışdır və hal-hazırda da, hər gün minlərcə turist bu adanı ziyarət edir.
.
Tacmahal

Adada ortalama insan ömrü 100 ildir


Agashima adası, Yaponiyanın paytaxtı Tokionun təxminən 400 km cənub-şərqində, okeanın ortasında yerləşir. Aktiv bir vulkan olan adanın ətrafında 205 insan yaşayır. Həqiqi gözəlliyə sahib adada ortalama insan ömrü 100 ildir. Ada üzərində 1 məktəb və 1 də poçt var. Yerli xalq əkinçilik və balıqçılıqla dolanırAdanın görünüşü qeyri adidir. Yumru yam yaşıl meşə ilə əhatə olunan, yüksək və əlçatmaz sahil düşməndən qorunmaq üçün səddi xatırladır.

Tacmahal

Sahil düşməndən qorunmaq üçün səddi xatırladır

Aogashima dənizə çıxmaq çox çətin olan bir tortu xatırladır. Adanın cəmi bir kəndi var. Sizcə o necə adlanır? Əlbəttə Aogashima. Yaponlar yeni bir ad düşünməyə ehtiyac duymadan, elə kəndi də ada ilə eyni adlandırıblar. Ada mülayim tropik iqlim qurşağında yerləşir. Sahildə su çox isti, hava isə nəmlidir.

Tacmahal

Adanın Aogashima adlı cəmi bir kəndi var


Alimlərin fikrincə burda vulkan aktivliyi 3 min il bundan əvvəl başlamışdır. 1780-85-ci illərin sonuncu püskürməsi nəticəsində günümuzə qədər gəlib çatan landşaft meydana gəldi. 1783-cü ilin aprelində püskürmə yeddi adamın həyatını itirdi və 61 ev məhv oldu. Amma Aogashima sakitləşmədi və tam 2 il sonra 1785-ci ildə (yenidən aprel ayında) yeni bir püskürmə təxminən 140 adamın ölümunə səbəb oldu. İnsanlar bu yerləri tərk etməyə məcbur edildi. Ancaq 50 ildən sonra onlar geri qayıtdılar və nəvələri də hələ burada yaşayır.

Tacmahal

Burda vulkan aktivliyi 3 min il bundan əvvəl başlamışdır

Yuxarıda dediyimiz kimi, adadan dənizdən dənizə çıxmaq demək olar ki, mümkün deyil. Dünyaya çıxış üçün sadəcə kiçik bir çığır var.

Tacmahal

Adanın dünyaya çıxışı üçün 500 tonluq gəmiləri qəbul edən kiçik liman

Adaya səyyahət etmək üçün ən yaxşı vasitə vertalyotdur. Bu nəqliyyat vasitəsi ilə adaya enib, düşmək üçün meydança da var.

Tacmahal

Aogashimanın vertolyot meydançası

Adada heç bir otel və kafe olmamağına baxmayaraq turistlər hər zaman bura səyahət edir. Xüsusilə dalğıclar və sualtı ovu sevənlər üçün bura çox maraqlı turizm bölgəsidir. Ada turistlərə sakitliklə yanaşı təbii vulkan istiliyində bişirilmiş yeməklərdən həzz almağa da imkan verir.


Tacmahal

Təbii vulkan istiliyində yemək də bişirmək mümkündür



Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram