Başı qarlı, sinəsi yaşıl ormanlı, çayları sulu, bağları meyvəli, düzənləri, tarlaları çörəkli, qonaqların daim diqqətini cəlb edən gözəl və füsunkar təbiətə malik Quba. Qubanın relyefi zəngin və bənzərsizdir. Bu yerlərə qədəm basan hər səyyah öz qəlbində Quba torpağına Quba qonaqpərvərliyinə heyrətamiz bir vurğunluq daşıyır.
Bakıdan 168 km məsafədə, dəniz səviyyəsindən 600 metr yüksəklikdə, Qudyalçayın sahilində yerləşir.
Qubanın qədim tarixi, ucu-bucağı görünməyən sıx meşələri, şəlalələri, nağıllar aləmini xatırladan, dəniz səviyyəsindən 2500 metr yüksəklikdə yerləşən Xınalıq kəndi bura səyahət edənlərin sayını artırır. Qubanı dünyada məşhur edən alma bağları, qədim xalçaçılıq sənəti, bir də əlbəttə ki, tariximizin qanlı səhifəsini əks etdirən, 1918-ci il soyqırım qurbanlarının məzarlığı turistlərin diqqətini daha çox cəlb edir.
Rayonda yəhudilərin qədim zamanlardan məskunlaşdığı Qırmızı Qəsəbə adlanan məkan da diqqəti cəlb edir.
Qubada mütləq görməli olduğunuz yerlər
Qəçrəş
Qubada Qudyalçayının sahilində, Böyük Qafqaz silsiləsinin yamacında turistlərin ən sevimli məkanı Qəçrəş kəndi yerləşir. Kənd demək olar ki hər tərəfdən meşə ilə örtülmüşdür. Bitki aləmi ilə zəngin olan kəntdə çoxlu sayda təbii bulaqlar var. Yam yaşıl meşələrindədə yabanı halda, qoz, fındıq, zoğal, yemişan, itburnu, alma, armud, əzgil, kimi meyvəsi olan ağaclar var. Həmçinin müalicəvi əhəmiyyəti olan otlarada sıx sıx rast gəlinir. Heyvanat aləminə gəldikdə isə burada ceyran, canavar, ayı, çöl donuzu, tülkü, və s. heyvanlar yaşayır. Kəndə xüsusi gözəllik verən Qudiyal çayında isə qiymətli balıq növü olan çapaq balıq tutmaq mümkündür.
Təngaltı
Qeyri-adi təbiət gözəllikləri ilə hər kəsi valeh edən Quba rayonunun Təngaltı kəndi də istirahət üçün möhtəşəm bir məkandır. Kəndin yerləşdiyi təbii zona turistlərin diqqətini çəkir. Kəndin iqlimi, ordan bitən bitkilər tam olaraq digər kəntlərdən fərqlənir. Yaşıllıqlar və qayalıqların birləşdiyi kənd çox ecazkar görünür.
Qırız kəndi
Dəniz səviyyəsindən 2 min 200 metr yüksəklikdə yerləşən Qırız kəndi Quba rayonunun gəzməli-görməli yerlərindəndir. Bu ucqar dağ kəndi Ağ dağın ətəyində, Qudyalçayın sahilində yerləşir. Kəndin ətrafında bir necə bulaq, şəlalə, mağara var. Qrız kəndi Azərbaycan ərazisində ən çox qar düşən yaşayış məntəqələrindəndir.
Kəndin yaxınlığında Bab bəy – Bab ata (Pir Qirim Şam baba) və Pir Cəlal Türbəsi kimi müqəddəs yerlər var. Digər dağ kəndlərinə (Qrızdəhnə, Əlik, Cek, Haput) nisbətən Qrıza getmək daha çətindi.
Kənd ərazisində dağ turizminin müxtəlif növlərinin inkişafı üçün böyük imkanlar var. Qrız və Qalayxudat kəndlərini birləşdirən yolun kənarında geniş, enli qaya divarı da böyük əhəmiyyət daşıyır. Qayaların hündürlüyü 15–20 m-ə yaxındır, ətəklərdə çadır düşərgələri salmaq üçün yerlər var
Qubanın tarixi və memarlıq abidələri
Memarlıq Abidəsi | Yaranma tarixi | Necə getməli? |
---|---|---|
Qudyalçay üzərindəki Tağlı körpü | 1851-1854-cü illər | |
Xınalıq trix-etnoqrafiya muzeyi | 2001-ci il | https://goo.gl/maps/fyRcjkh3qzwHg1316 |
Xınalıq kəndində "Bürc piri" | VII əsr | |
Xınalıq kəndində Atəşpərəstlər məbədi | IX əsr | |
Ağbil kəndində türbələr | XVI əsr | |
Alpan kəndində Subaba türbəsi | XVI əsr | |
Birinci Nügədi kəndində məscid və minarə | IX | |
Səkinəxanım məscidi | XVII-XIX əsrlər | https://goo.gl/maps/AytQrPGVw433pEYR9 |
Hacı Cəfər məscidi | XIX əsrlər | |
Cümə məscidi | 1802-ci il | |
Rustov kəndində "Əlamu" qalası | XIX əsrin əvəlləri |
İqlimi
Yayı quraq keçən mülayim isti, yüksək dağlıqda soyuq və rütubətlidir. Orta temperatur:
yanvarda −4 °C-dən +1°C-dək
iyulda +2 °C-dən +24 °C-dəkdir.
İllik yağıntı 300-1500 mm-dir.
İstirahət mərkəzləri