AZAL oktyabrdan ABŞ-a uçuşları dayandıracaq


/home/getfile/32304

Azərbaycan Hava Yolları Şirkəti (AZAL) ABŞ-a uçuşları dayandırır. AZAL-dan verilən açıqlamaya görə ABŞ-ın aviasiya sənayesi bazarındakı problemlərlə əlaqədar olaraq, Milli aviadaşıyıcı bu il təyyarə parkını artıra bilməyib:

"Bu səbəbdən, AZAL aviaşirkətinin marşrut şəbəkəsində kommersiya cəhətdən ən rentabelli istiqamətlərin saxlanılması qərara alınıb. Bu istiqamətlər üzrə aviareyslər Heydər Əliyev Beynəlxalq Aeroportundan tranzit habı kimi istifadə olunması və ölkəmizə böyük turist axınının cəlb edilməsi üçün geniş imkanlar yaradacaq.

Yuxarıda sadalanan halları nəzərə alaraq, 2019-cu il oktyabr ayından etibarən Nyu-Yorka aviareyslərin dayandırılmasını məqsədəuyğun hesab etdik.

Eyni zamanda qeyd edək ki, 2016-cı ildən başlayaraq Azərbaycan və ABŞ arasında "Open Skies" (Açıq Səma) aviasiya sazişi qüvvədədir. Bu saziş hər iki ölkənin aviaşirkətlərinə iki ölkə arasında qeyri-məhdud sayda uçuşlar həyata keçirməyə imkan verir. Ümid edirik ki, Amerika aviaşirkətləri bu imkandan faydalanacaq və Bakıya birbaşa aviareyslər açacaqlar"- deyə AZAL-dan bildirilib.




Terra Travel - Dünyanı bizimlə kəşf edin!


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram