Dünyanın səkkiz ən gözəl göydələni


/home/getfile/22304

Heyratamiz gözəlliyə sahib olan qüllələr


Bu yüksək binaların hər biri heç şübhəsiz mühəndislik və memarlıq dühasının məhsuludur. Lakin onlar heç də təkcə funksional və etibarlı deyil, həm də heyrətamiz şəkildə gözəldir və buna görə də turistlər və yerli sakinlər tərəfindən sevilir.

/home/getfile/22304

“Petronas Qüllələri”, Kuala-Lumpur


Kuala-Lumpur şəhərindəki qoşa qüllələr dünyanın başqa heç bir göydələninə bənzəmir. 1999-cu ildə istifadəyə veriləndən bəri bu binalar Malayziyanın simvoluna çevrilib. İki binanı rekord yüksəklikdə - 41 və 42-ci mərtəbələrdə birləşdirən körpü də təkrarsızdır.

/home/getfile/22304

Moskva Dövlət Universiteti


MDU-nun əsas binası monumental üslübda tikilmiş yeddi Stalin göydələnindən biridir. Moskva Universitetinin bu korpusu, Frankfurtda məşhur Messeturm tikilənədək az qala 40 il hündürlüyünə görə Avropanın ən uca binası olub. Lakin təhlsil ocaqlarının binaları arasında Vorobyev yüksəkliklərində tikilmiş bu bina ən “ucaboy” olmaqda davam edir.

/home/getfile/22304

"Taipei 101”

Tayvan paytaxtının üzərində ucalan bu göydələn arxitektor Lee Tzuyuanın rəhbərliyi ilə tikilib. Göydələn 2010-cu ildə “Bürc Xəlifə” istifadəyə verilənədək dünyanın ən hündür binası idi. Onun konstruksiyası ən sərt hava şəraitlərinə hesablanıb və dünyanın ən təhlükəsiz göydələni sayılır. Memarlar bu binaya bir sıra rəmziliklər də veriblər. Məsələn 101 yenilənmə və yeni başlanğıcı bildirir.

/home/getfile/22304

"Burulmuş gövdə”, Malmö

Bu 54 mərtəbəli göydələn özünün son dərəcə ekoloji dizaynı ilə fərqlənir. Burada məsələn, bərpa olunan enerjidən istifadə olunur. “Burulmuş” konstruksiya ispan memar Santiago Calatravanın ideyasına görə təbii formaların və insan bədəninin plastikasını təkrarlayır. İsveç dilində adı - Vridande Bålen-dir.

/home/getfile/22304

John Hancock Mərkəzi, Chicago

Tikintisi 1969-cu ildə başa çatmış bu Chicago göydələni memarlıqda strukturalizmin parlaq nümunəsinə çevrilib və bugünədək şəhərin simasını formalaşdıran əsas elementlərdən biri sayılır. Hərçənd Chicago-da binanın başqa rəqibləri də var.

/home/getfile/22304

"Shard", London


Londonlular Renzo Piano-nun cəsarətli layihəsi ilə tikilmiş bu supermüasir göydələni əvvəl-əvvəl qəbul edə bilmirdilər, lakin 2012-ci ildə istifadəyə verildikdən sonra bina həm yerli sakinlərin, həm də turistlərin sevimlisinə çevrildi. Londonun ən yüksək baxış meydançası adının mənası “Şüşə qırıntısı” olan bu binada yerləşir.

/home/getfile/22304

"Crysler Building", New York

Bu Manhattan göydələni dünyanın ən hündür binası titulunu cəmi 11 ay – 1930-cu ildən 1931-ci ilədək daşımağa macal tapıb. Lakin şəhər sakinlərinin və dünyanın müxtəlif yerlərindən olan arxitektura sevənlərin qəlbində onun xüsusi yeri var. William Van Alenin layihəsi ilə tikilmiş bina bugünədək art déco üslubunun klassik nümunəsi sayılır. Bundan başqa bina BBC Culture saytının oxucuları arasında keçirilmiş sorğuda birinci olub.

/home/getfile/22304

"Bürc Xəlifə", Dubay

Əslində bu binanın dünyada ən hündür tikili olması (həm də böyük fərqlə) onun bu siyahıya salınması üçün kafi idi, amma “Bürc Xəlifə” həm də gözəldir. Dubayın 828 metrlik bu göydələni tikinti və arxitekturada onun yaradıcılarının uzaq gedən ambisiyalarının təzahürüdür.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!


istinad: BBC.com


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram