Yeni 2020-ci ili harada və necə qeyd etməli?


2020-ci ilin gəlişini xaricdə qeyd etmək istəyənlər, artıq qərar vermə vaxtıdı.

Tətilinizi kimlə keçirmək istədiyinizi seçin, biz Sizə necə və harada qeyd edəcəyinizlə bağlı təkliflərimizi verəcəyik. Qoy yeni ildə hər şey yepyeni olsun!
2020 yaxınlaşır... Əlbəttə ki, yeni il özü ilə yepyeni arzular, xəyallar gətirir. Bir tərəfdən sağlamlıq, sevgi, xoşbəxtlik, pul, dünya turu, yeni ildə yeni bir iş, yüksək maaş, yeni həyəcan və bu kimi şeylərlə yanaşı, digər tərəfdən də Yeni il tətilini harada keçirməyimizi xəyal edirik. Tamamilə fərqli bir məkanda, yeni ili qeyd etmək necə olardı?


/home/getfile/22304


2020-ci ilin gəlişini qeyd edəcəyiniz ən gözəl ölkələr!


Hələ oktyabr ayı olsa da, əgər yeni 2020-ci ili xaricdə keçirməyi düşünürsünüzsə, harada, hansı oteldə necə keçirəcəyinizi planlaşdırmağın əsl vaxtıdır. Çünki nə qədər tez planlaşdırsanız, o qədər də az pul xərcləyəcəksiniz.
Yeni il yaxınlaşdıqca, istər turların, istər otellərin, istərsə də aviabiletlərin, hətta qatılmaq istədiyiniz tədbirlərin belə qiymətləri qalxır. Ona görə də görüləsi işlər çoxdur. Odur ki, ilk olaraq 2020-ci ili qarşılamaq üçün hara getmək istədiyinizə qərar verin, gerisini TerraTravelə həvalə edin!


/home/getfile/22304


Yeni ili Sankt-Peterburqda keçirin! 5 gün/4 gecə - 375 AZN



Sankt-Peterburq, ən zəngin mədəniyyətə sahib şəhərlərdən hesab olunur. Bu şəhərdə 2 min kitabxana, 221 muzey, 100 konsert zalı, 80 teatr, 80 mədəniyyət evi, 62 kinoteatr və 45 rəsm qalereyası yerləşir. Sankt-Peterburq Şimali Avropada, Rusiyanın şimal-qərbində, Baltik dənizinin və həmin dənizə tökülən Neva çayının sahilində yerləşir.

/home/getfile/22304


Ukrayna - Kiyevdə Yeni ili qarşıla və qış nağılına səyahət et! 4gün/3 gecə - 229 usd


Ukrayna - adı slavyan dilində "sərhəd ölkəsi" mənasını verir. Paytaxt şəhəri olan Kiyev 9-cu yüzilliyə qədər Xəzər xaqanlığının bir parçası idi. 16-cı əsrin ortalarında Zaparojiya bölgəsində yaşayan bəzi qruplar birlik yaratmışdılar. Özlərinə Kazak adını verən bu döyüşçü insanlar 1648-ci ildə Boqdan Xmelnitskinin rəhbərliyi ilə Polşaya qarşı böyük üsyana qalxdılar və nəticədə Ukrayna dövləti olan Kazak Atamanlığını qurdular. I Dünya Müharibəsindən sonra 1919-cu ildə Ukrayna Sovet Sosialist Respubilikası quruldu. 8 dekabr 1991-ci ildə Belorusiya, Rusiya və Ukrayna SSRİ-nin müstəqil dövlətlərə parçalanması barədə qərar verdilər və bununla da Ukrayna müstəqil dövlət oldu.

/home/getfile/22304


Möcüzələr şəhəri - Moskvada Yeni ili qarşıla! 4 gün/3 gecə - 395 AZN



Moskva – Rusiya Federasiyasının paytaxtı. Dünyanın ən bahalı şəhərlərindən biri. Moskva dünyanın ən iri şəhərləri sırasındadır. Çoxlu sayda fabrik-zavodları, 6 aeroportu, dəmiryol vağzalları, yüzlərlə ali təhsil müəssisələri, muzeyləri, teatr və konsert zalları, nadir tarixi və memarlıq abidələri, özünəməxsus meydanları, prospektləri olan bu şəhərin yaranma tarixi 1147-ci ilə təsadüf edir. Moskvada müxtəlif millətlərin nümayəndələri yaşayır, təhsil alır, işləyir. Əhalisinin sayı 10 milyondan artıqdır. Ərazisi 1081 kvadrat kilometrdir. Son zamanlar postsovet məkanında baş verən dəyişikliklər Moskvadan da yan keçməyib. Ancaq yeni-yeni göydələnlər, kafelər, restoranlar, əyləncə-istirahət mərkəzlərinin durmadan artmasına baxmayaraq, şəhər əsas simasını qoruyub-saxlayır.

/home/getfile/22304


Dubayda Yeni il Gecəsi... Bu fürsəti qaçırmayın! 5gün/4 gecə - 695 AZN



Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Оmanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Abu-Dabi, Dubay, Şərca,Umm Əl- Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə daxildir. Ölkə ərazisinin 93 faizi Abu-Dabi və Dubay əmirliklərinin payına düşür.

/home/getfile/22304


Yeni il nağılı Bakurianidə, Gürcüstan 5 gün/4 gecə - 360 usd


Gürcüstan - Cənubi Qafqazda yerləşən və Azərbaycanla həmsərhəd olan qonşu dövlətlərdən biridir. Paytaxtı Tbilisi şəhəridir. 2 muxtar respublikadan və 9 regiondan ibarətdir. Zəngin və qədim tarixə malik ölkənin ərazisi 60.106 kv/km, əhalisi isə təqribən 4.5 milyon nəfərdir. Gürcüstan dünyada xristianlığı qəbul edən 2-ci dövlət kimi tanınır. İqlimi isə bölgələrə əsasən dəyişkəndir. Əsasən payız və qış aylarında yağışlar qərbdən şərqə getdikcə azalır. Ölkənin şərq hissəsində yerləşən, paytaxt Tbilisi şəhəri Qafqazın mühüm sənaye və elm mərkəzi hesab olunur. Tbilisi adının gürcü dilindən hərfi mənası “isti su” anlamına gəlir. Tarixi mənbələrə görə şəhər eramızın V əsrində sərkərdə Vaxtanq Qorqassali tərəfindən yaradılıb. Şəhər 8 rayona bölünür.
Gürcü mətbəxi kulinariyada özünəməxsus yer tutur. Qomi, lobio, xarço, çoxoxbili kimi yeməklər isə mətbəxin ən ləziz nümunələridir. Müasir gürcü mətbəxində ət yeməklərinə də yer verilir.


/home/getfile/22304


"Qış şəhəri" Tallində Yeni ili qarşılayın! 4 gün/3 gecə – 411 usd


Estoniya (rəsmi adı Estoniya Respublikası) - Şimali Avropanın Baltik regionunda dövlət. Paytaxtı Tallin şəhəridir. Estoniya cənubda Latviya, şərqdə isə Rusiya ilə həmsərhəddir. Şimalda Fin körfəzi Estoniyanı Finlandiyadan, Baltik dənizi isə İsveçdən ayırır. Estoniyanın ərazisi 45.226 km², əhalisi isə 1.34 milyon nəfərdir. Mülayim iqlimə malik ölkədir. Estonlar fin qrupuna daxil olan xalqdır, rəsmi dili eston dilidir, bu dil fin dilinə çox yaxındır.

/home/getfile/22304


Yeni ili İstanbulda qarşılayın! 5 gün/4 gecə – 438 usd


İstanbul - Dünyada iki qitədə (Avropa və Asiya) yerləşən yeganə şəhər İstanbuldur. Özündə zəngin tarixi və mədəniyyəti yaşadan, 2000 illik tarixi boyunca 3 böyük imperiyanın paytaxtı kimi tarixin hər üzünü görən məkan. Başdan-başa zəngin mədəniyyət abidələri ilə dolu şəhər və muzey. İstanbulu tanımaq üçün onun haqqında oxumaq, danışılanları dinləmək yetərli deyil. Bunun üçün mütləq tarix qoxan küçələri addım-addım dolaşmaq, dünya üzərindəki ən böyük imperiyalardan - Bizans və Osmanlıdan qalan mirası yerində görmək, hər küncündə özün üçün kəşflər etmək lazımdır. Bu ecazkar şəhəri kəşf etdikcə tanımağa başlayırsan, tanıdıqca sevirsən.

/home/getfile/22304


Bali-Banqkok, Pattaya "Park Beach Resort" 7 gecə/8 gün – 1159 usd


Tailand - Tailand Asiyanın ən müstəqil ölkəsidir. “Tailand” tay dilindən tərcümədə “azad insanların vətəni” deməkdir. Bu ölkə Cənub-Şərqi Asiyanın, Avropa ölkələrinin müstəmləkəsi altına düşməyən yeganə ölkəsidir.

/home/getfile/22304


İspaniya: Barselona, Madrid, Toledo üçü bir arada, Yeni ili burada qarşıla!
8 gün/7 gecə – 865 avro


Madrid, Barselona, Toledo - Avropanın ən gözəl və tarixi şəhərlərindən biri hesab edilən bu şəhərlər gəzməli və görməli yerləri haqqında danışmaqla bitməz. Hər il milyonlarla turistin ziyarət etdiyi bu şəhərlər tarixi tikililəri, muzeyləri, geniş meydanları və parkları ilə əyləncəli zaman keçirmək istəyənlər üçün əvəzedilməz məkandır.

/home/getfile/35389


Amsterdam - Bruge, Yeni il fürsətini qaçırma! 6 gecə/7 gün - 1110 avro


Amsterdamın böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir. Hətta ən aşağı nöqtəsi dəniz səviyyəsindən 6.7 metr aşağıdadır. Deyə bilərik ki, Amsterdamlılar bir çayın içinə şəhər inşa etmişlər! Amsterdamda Venesiyadan daha çox kanal olduğunu bilirdinizmi? Şəhərdə ümumi 165 kanal var. Amsterdam uzun illər kiçik bir balıqçı qəsəbəsi idi. İngilis dili, Amsterdamın ikinci dilidir. Amsterdamda demək olar ki, hər kəs çox yaxşı dərəcədə İngiliscə danışır. Amsterdamlılar evlərində pərdələrini bağlamağı sevmirlər. Hətta pərdə istifadə edilən ev sayı yox deyiləcək qədər azdır. Amsterdamda ən çox oğurlanan şey sizcə nədir? Təbii ki velosiped. İldə ortalama 100,000 velosiped oğurlanır. Bilinənin əksinə dünyanın ən köhnə birjası Londonda deyil, Amsterdamdadır!

/home/getfile/22304


Bakıdan uçuş ilə Yeni ili Laplandiyada keçirin! 8 gün/7 gecə – 1212 avro


İsti və günəşli günlərdən bir az uzaqlaşmaq istəyirsiz? Onda gəlin, nağıllar diyarı olan - Laplandiyaya səyahət edək. Laplandiya, dörd ölkə - İsveç, Norveç, Finlandiya və Rusiya ölkələri tərəfindən bölüşdürülür. Yerli sakinləri saamlardı, hansılar ki, getdikcə azalırlar. Saamlar qədim zamanlardan bəri oturaq həyat tərzi sürürlər, rahat, hər bir şəraiti olan evlərdə yaşayırlar, lakin xarici turistlər üçün xüsusi çadırları da var ki, orda Laplandiyaya məxsus kətələr bişirir, Laplandiyanın simvolu olan marallarla səyahətlər təşkil edirlər.
Laplandiya - uşaqlıqdan yeni ildə ən çox, səbirsizliklə gözlədiyimiz hədiyyələrin sahibi Şaxta babanın (Santa Klausun) məskəni sayılır. Geniş meydanları və parkları ilə əyləncəli zaman keçirmək istəyənlər üçün əvəzedilməz məkandır.


/home/getfile/22304


Maldiv adalarında Yeni il gecəsi - Fihalhoni Island Resort 4* 6 gecə/7 gün - 2638 USD


Dünyanın bəlkə də ən gözəl qumlu sahilini tapa biləcəyiniz Maldiv adaları, Hind Okeanına səpilmiş yüzlərlə adadan ibarətdir. Yüzdə 99-u dənizlə əhatə olan bu tətil cənnətinə Bakıdan 16 saatlıq bir uçuşla çatmaq mümkündür. Fun Island-ın kurort oteli Cənubi Male adasının qar kimi ağ qumlu çimərliyində yerləşdirilmişdir. Maldiv adalarına Malenin beynəlxalq hava limanindan qayıq ilə 45 dəqiqəyə çatmaq mümkündür.


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram