Payız mənzərəsindən zövq alacağınız 10 ən yaxşı ölkə!

PAYIZ... Başa düşmək üçün qəribə, sevmək üçün romantik, yaşamaq üçün gərgin bir fəsildir. Bəziləri üçün çiçəklənmə və məhəbbət dövrü, kimin üçünsə karyeraya başlamaq üçün ən əlverişli vaxt, bir başqası üçünsə depressiya, tənhalıq və gücün tükənmə dövrüdür. Məsələn, yarpaqların tökülməsi kimin üçünsə bir bitişi xatırladırsa, bir başqası üçün yenilənib, təzələnməyə doğru bir hazırlıq prosesi, dönüş üçün vaxtdır. Bir sözlə bu dövrün həm hüzuru, həm də gərginliyi var. Odur ki, bu gözəl zamanı, dünyanın fərqli yerlərində, fərqli mədəniyyətlərlə tanış olaraq zövqlə keçirə bilərsiniz.

Gedəcəyiniz yer hara olur olsun, payız səyahət üçün əla vaxtdır.

Yollar boş, ilıq dəniz havası, axşamlar həfif üşüdən, amma mülayim külək. Yay qədər olmasa da, zaman-zaman özünü göstərən günəş, təbiətin möhtəşəm rəngləri, ucuzlaşan qiymətlər, sakitlik və hüzur.

Payızda otel tapmaq asan olduğu qədər, qiymətlər də nəzərəçarpacaq dərəcədə ucuzdur. Bir sözlə payızın son ayına unudulmaz payız tətili düşünə bilərsiniz!


Terra Travel, tətil üçün görməniz gərəkən yerləri sizə təqdim edir!

/home/getfile/35444


Praqa, Çex Respublikası – Muzeylər


Payızın isti iqlimi Praqanın çoxsaylı cazibələrini görmək üçün mükəmməldir. Praqa turuna "Gothic Charles" körpüsünü ziyarət edərək başlaya bilərsiniz. Burada gördüyünüz Barok fiqurlarına heyran olacaqsınız. Payız havası uyğun olduğundan, oktyabr ayının sonunadək Vltavada icarəyə qayıq götürə bilərsiniz. Çayda 1-2 saat keçirməklə ətraf mənzərələrdən ləzzət ala biləcəksiniz.

/home/getfile/35443


Reykyavik, İslandiya – Təbii gözəllik


İslandiyada il boyu cazibədar olsa da, payızı isə bir başqa gözəl olur. Qışın acı soyuğu gəlməmiş, payızın açıq havasında maraqlı istirahət edə bilərsiniz. Payızda Reykyavikin təbii gözəlliklərini kəşf etmək çox xoş olacaq. Burada "Thingvellir" təbii parkına baş çəkə, "Geysir" mənbələrinə gedə və ya "Golden Circle" turuna qatıla bilərsiniz.

/home/getfile/22304


Bavariya, Almanya – Pivə


Pivə, Bavariyada payızın xəbərçisi hesab olunur. Hər il 6 milyondan çox ziyarətçiyə ev sahibliyi edən Oktoberfest zamanı təxminən 1.5 milyon pivə içilir. Festival zamanı yerli mahnılar səsləndirilir. Avstriya sərhəddində yerləşən Bavariya Alpları, yeriməyi sevənlər üçün yaxşı bir seçim ola bilər. Bavariyaya gəlsəniz, "Neuschwanstein" qalasına da baş çəkməyi unutmayın. Hohenschwangau Vadisindəki cazibədar ağ qüllələr, payızda Alp dağlarının əzəmətli mənzərələrinə şahidlik etmənizə şərait yaradır.

/home/getfile/22304

Rodos, Yunanıstan – Günəşli günlər


Möhtəşəm qumlu sahili və maraqlı tarixi ilə Rodos, Egey dənizindəki on iki adanın ən böyüyüdür. Adanın kefini çıxarmaq istəyirsinizsə, tətilinizi payıza salın. Burada noyabr ayına qədər temperatur müsbət 20 dərəcədən yuxarı olur. Payız fasiləsi üçün Rodos seçimi, sizə isti günəşi və turist çoxluğunu təklif edir. Orta əsrlərdən qalma köhnə şəhər, iyul və avqust aylarında turistlərlə dolub daşdığından, payız mövsümü daha əlverişlidir. Həmçinin, sentyabr və oktyabr ayları, adanın ən populyar turistik məkanı olan Kəpənək Vadisini ziyarət etmək üçün ən yaxşı vaxtdır.

/home/getfile/22304


Roma, italiya – Ləziz yeməklər


Yayda Romaya turist axını çox olduğundan, istirahət və zövq almaq üçün Roma səyahətinizi payıza salın. Payız, İtaliyada məhsul yığımı mövsümüdür. Təzə və mövsümi tərəvəzləri şəhərin restoran menyularında sifariş edə və ya küçə satıcılarından ala bilərsiniz. Yeni şərablar da bu mövsümdə şəhərin müxtəlif barlarında satışa çıxır. Bu aylar ərzində ləzzətli truffle da yeyə bilərsiniz.

/home/getfile/22304

Salzburq, Avstriya – Alp mənzərəsi


Möhtəşəm mavi qüllələri, yaxşı qorunan bağları və Salzach çayı üzərindəki gözəl mövqeyi ilə Avstriyanın ən gözəl şəhərlərindən biridir. Mədəniyyət mərkəzi kimi də məşhur olan Salzburg, diqqətəlayiq sənət və musiqi dünyasına sahibdir. Motsartın doğma məkanı olması da Salzburga çox axın olmasına səbəb olur.


/home/getfile/22304


San-Fransisko, ABŞ – Möhtəşəm payız havası


Bu adın sizi yanıltmasına icazə verməyin. Çoxları San-Fransiskonun yayını bəyənsələr də, yerli sakinlər payızının daha gözəl olduğunu yaxşı bilirlər. Bu aylarda şəhərin daha az izdihamlı olması payız tətilinizi daha xoş edəcək.

/home/getfile/22304

Mayorka, İspanya – Mədəniyyəti və muzeylər


Əslində, ilin hər fəslində Mayorkaya gəlmək üçün saysız səbəblər var. İlin istənilən vaxtında həftə sonu və ya uzun bir tətil üçün mükəmməl yerdir. Mayorkada payız "Es Baluard" və ya "Museu de Mallorca" kimi möhtəşəm muzeylərdən zövq almaq üçün ideal vaxtdır. Tramuntana dağlarının qərb sahilindəki Deianın, La Residencia otelindəki sənət qalereyaları və sənət dərsləri ilə məşhurdur.

/home/getfile/22304


Girit, Yunanistan – Məhsul yığma mövsümü


Yunanıstanın ən böyük adası olan Kritin gözəl havasından zövq almaq üçün, payız ideal mövsümdür. Aralıq dənizi adalarının cənubunda yerləşir və oktyabr ayına qədər isti hava hökm sürür. Kritdə payız zeytun, üzüm və şabalıd yığımı mövsümüdür. Payızda Krit al əlvan çiçəklərə bürünür. Bu mövsüm həm də, yemək və salatlarda istifadə üçün ot bitkilərinin toplanma dövrüdür.

/home/getfile/22304


Bali, İndoneziya - Hüzur


Oktyabr və noyabr ayları yay izdihamının getdiyi, havaların hələ soyumadığı, ən gözəl aylardı. Sahil çimərliklərindən möhtəşəm ləzzətlərə qədər bu sakit adanı bir də payızda araşdırın.


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram