Bu yay KƏND-ə gedək

/home/getfile/39095


Yurdumuz, yuvamız, əziz kəndimiz!


Gəzib görməyi, istirahət etməyi, hər kəsə tövsiyə edəcəyimiz, adı dillərə dastan olan, ruhumuzun qidası doğma kəndlərimiz…
Həm cibinizə, həm də səhhətinizə xeyri dəyəcək yaşıl meşəli, ömrü nəşəli kəndlərimiz!
Azərbaycanı özünəməxsus gözəlliyi, zəhmətkeş insanları, milli etnoqrafik və memarlıq abidələri ilə şöhrətləndirən kəndlər, şəhərlər az deyil. Dəbdəbəli istirahətdən qaçaraq dağətəyi rayonlara, kəndlərə təşrif buyuraraq, ruhunu qidalandırmaq istəyənlər, bu kəndləri mütləq görməlisiniz.
Şəhərin səs-küyündən kənarda, telefonsuz, televizorsuz yaşamağın necə bir duyğu, necə bir rahatlıq olduğunu kənddə hiss edəcəksiniz.
Yurdumuzun ən böyük neməti onun insanlarıdır. Azərbaycanda müxtəlif xalqlar, millətlər və etnik qruplar yaşayırlar. Hamısı da bu vətənin bərabərhüquqlu, doğma övladlarıdır. Onların öz dili, öz mədəniyyəti, öz mətbəxləri ilə seçilən bu etnik qrupların məskunlaşdığı yazı, yayı, qışı, baharı gözəl olan kəndlərimizə gəlin birgə səyahət edək, Azərbaycanımızı gəzək.
Heç bilirsiz, yurdumuzun necə gözəl yerləri var ?

"Terra Travel”lə bu yerləri tanıyacaq və yurdumuzun füsünkar gözəlliklərindən zövq alacaqsınız!


/home/getfile/39096


Xoşbulaq kəndi, Daşkəsən


Qoşqar dağının ətəyində yerləşən Xoşbulaq kəndi Daşkəsən rayonu mərkəzindən təqribən 7 km məsafədə yerləşir. Deyilənə görə kəndin əsl adı Xaçbulaqdır. Bu da kəndin yaxınlığındakı üzərində xaç təsviri olan qədim bir bulağın adından götürülüb. Lakin sonradan “xaç” sözünü “xoş” sözünə dəyişib, bu kəndi Xoşbulaq adlandırıblar. Bu yerlərdə insanların məskənsalma tarixi e.ə.-lərə və tunc dövrünə kimi gedib çıxır. Buradan tapılmış e.ə. 3-cü minilliyə və tunc dövrünə aid arxeoloji abidələr, yaşayış yerləri, kurqanlar, daş qutu qəbirlər, zağalar və s. sübutlar var. Bu yerlərdə qədim albanların yaşadığı da güman olunur. Yeni kənd adlanan yerdə bu Alban məbədləri bu günümüzə qədər də qalmaqdadır.
Xoşbulaq kəndi, yaylağı, təmiz havası, saf bulaqları ilə tanınır. Yerli sakinlər astma-bronx xəstəliyindən əziyyət çəkənlər üçün Xoşbulağın havası və suyunun çox xeyirli olduğunu deyirlər. Burada turistlərin ən razı qaldığı məqamlardan biri də təbii və keyfiyyətli qida məhsullarının ucuz və asan tapılmasıdır.
Kəndə asfalt döşəməli rahat yol var. Həmçinin kənd ərazisində olimpiya mərkəzi də fəaliyyət göstərir ki, turistlərin bu məkandan da istifadə etmə imkanları var.
Kəndin ərazisində Daşlı təpə (Daştəpə) qalaçası yerləşir. Dəniz səviyyəsindən 3361 metr yüksəklikdə yerləşən, bu gün də el arasında müqəddəs ocaq, pir kimi tanınan, qibləgah hesab olunan abidə, Qoşqar dağının ətəyində yerləşir. Qalaçanın hal-hazırda yalnız dağılmış bünövrə hissəsi qalmışdır. Xoşbulaq yaylağında hündür təpədə yerləşən qalaçanın müdafiə məqsədilə tikilmiş gözətçi qülləsi olduğu güman edilir. Çay daşlarından tikilmiş bu qaladan, ətraf əraziləri rahatlıqla müşahidə etmək olur. Qala Tunc dövrünə aid tikilidir.


/home/getfile/39097


Kiş kəndi, Şəki


Kənd Şəkidən 5 km uzaqlıqda Kiş çayının sahilində, dağətəyi ərazidə yerləşən qədim yaşayış məntəqələrindəndir. Alban tarixçisi Movses Kalankatlının "Alban tarixi" əsərində adı “Kis” kimi çəkilir. 7000 nəfər əhalisi olan kəndin ərazisi turizm üçün əlverişlidir. Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz sıra dağlarından götürən kəndin kənarından axan Kiş çayı meşə ilə əhatələnib. Kənddə çox sayda qədim tikililər mövcuddur.
Dörd tərəfdən dağla əhatə olunan kəndin əsas hissəsi "Tat" dağının ətəyində yerləşir. Öz mənbəyini Kiçik Qafqaz Sıra dağlarından götürən kəndin kənarından axan eyni adlı çay daşqın çayları sırasına daxildir. Meşə ilə əhatə olunan çay relyefinin mənzərəli görünüşü var.
Kənddə Qafqazın ilk kilsəsi olan Kiş kilsəsi yerləşir. Hazırda bu kilsə "Müqəddəs Yelisey kilsəsi" adlanır. Kiş kəndində dörd qala kompleksi mövcuddur: üçü işarə, biri isə müdafiə xarakterlidir. İşarəverici qalalar “Salayuşağı”məhəlləsi”, “Maaflar məhəlləsi” və “Duluzlar məhəlləsi”ndə yerləşir. Kiş çayının mənbəyi yaxınlığında yerləşən, indi “Gələsən-Görəsən” adı ilə tanınan qala müdafiə xarakterli olmuşdur. Digər mənbələrdə isə Nadir şahın hücümu zamanı qalanın müdafiyəsini sarsıtmaq mümkün olmadığından Nadir şah əli boş İrana qayıdır. Ondan soruşanda ki, “Nəyə görə qalanı ala bimədin?” sualının cavabında: “Gələrsən, görərsən!”- demişdir. Həmin qaladan xan sarayına tunel olduğu güman edilir. Qala nadır arxitektura quruluşuna malikdir. Qayanın üstündə tikilən qalanın, üstündən neçə əsr keçdiyinə baxmayaraq, divarları möhkəm halda qalıb.


/home/getfile/39098


İlisu kəndi, Qax


İlisu kəndi rayon mərkəzindən 12 km məsafədə, dəniz səviyyəsindən 1496 metr yüksəklikdə, Kümrük çayının sahilində, Baş Qafqaz silsiləsinin cənub yamacında, Kürmükçay və Ağçayın (Hamamçay) kəsişdiyi yerdə, dörd tərəfdən dağlarla əhatə olunmuş bir çay terrasında yerləşir.
Kənd rayon mərkəzindən 12 kilometr məsafədə, dəniz səviyyəsindən 1496 metr hündürlükdə yerləşir. Kənddən şərqdə, 10 kilometr uzaqlıqda Qaraqaya dağı, şimalda Kürmükçay dərəsi yerləşir. Bundan əlavə, İlisuda Qoçyataq gölü, Hamamçay dərəsi, Su qovuşan, Şahverdi, Ram ramay şəlalələri kimi nadir təbiət inciləri var. Ağçayla Kürmükçay da məhz İlisu ərazisində qovuşur.
Ərazidə bütünlüklə qışı rütubətli keçən soyuq iqlim tipi hakimdir. Qarla örtülü günlərin sayı 120-160 gündür. Kənd yaxınlığında zəngin müalicə əhəmiyyətli təbii mineral sular mövcuddur. Hamamçay mineral bulağının temperaturu 40°C-dir. Bundan başqa, İlisuda Mohsu, Gözbulaq, Oğlanbulaq, Qızbulaq mineral suları da var.
İlisu turistlərin ən sevimli istirahət yerlərindən biridir. Ərazidə bir çox gözəl bulaqlar var. Onlardan daha məhşur olanı Beşbulaqdır. Kənd füsunkar təbiətə malikdir. 300 ilə yaxın bir dövrü əhatə edən "İlisu soltanlığının" mərkəzi olub, ən qədim dünyəvi və dini elm-təhsil ocaqları ilə tanınıb.


/home/getfile/39099


Katex, Balakən


Katex kəndi Azərbaycanın qədim yaşayış məskənlərindən biridir. Xaldan-Balakən magistralı üzərində yerləşən kənd ərazisində 5-7-ci əsrlərə aid Qala divarları, 17-18-ci əsrlərə aid gözətçi qüllələri və qalalar, həmçinin 18-ci əsrə aid islam elmi mərkəzi və sair tarixi-memarlıq abidəsi kimi qorunur. Kənddəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalərdən biridir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Bu Azərbaycanın ən hündür şəlalələrindən biridir. Həm də eyni zamanda ölkənin ən bolsulu şəlaləsidir . Turistlərin ən çox üz tutduğu məkanlardan biri olan şəlaləyə getmək üçün Katex kəndində yerləşən kombinatın yaxınlığından keçərək sərt eniş-yoxuşlarla hərəkət etmək lazımdır. Kombinatdan şəlaləyə qədər bir neçə kilometr avtomobil yolu vardır. Oradan şəlaləyə qədər olan təqribən 500 metrlik yolu (yolun ən çətin hissəsi də məhz buradır) piyada getmək lazımdır. Onu da qeyd edək ki, kombinatdan şəlaləyə doğru demək olar ki, bütün yol boyu hündürlük artan tempdədir. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Belə ki, bundan sonra aşağı enmək lazəm gəlir ki, bu da dolanbaclı və uçurumlu cığırlarla çox çətindir. Ancaq bütün bu çətinliklər şəlalənin buz kimi suyu ilə sərinlədikdən sonra unudulur. Həm də qarşınızda əsrarəngiz bir mənzərə açılır.


/home/getfile/39100


Lahıc qəsəbəsi, İsmayıllı


Lahıc Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biri olub xalq sənətkarları , özünəməxsus adət-ənənələri və gözəl təbii landşaftı ilə məşhurdur. O, Azərbaycanın paytaxtı Bakıdan şimal-qərbdə 180 km. məsafədə yerləşir. Relyefi əsasən dağlıq olmaqla dəniz səviyyəsindən 1200-1500 m hündürlükdədir.
Lahıc Girdiman çayının sahilində yerləşməklə Babadağ və Niyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. 1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda məharətlə və mozaik şəkildə ağ çay daşları ilə döşənmiş küçə, məhəllə məscidləri, su kəməri və Girdiman qalası qorunur, sənətkarlıq ənənələri inkişaf etdirilir. Lahıc qəsəbəsinin ən görkəmli abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunub. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.
Lahıc özünəməxsus memarlıq üslubu və binaların keyfiyyəti ilə adi dağ kəndlərindən çox fərqlənir. Burada iki və üç mərtəbəli evlər və ictimai hamamlar görmək mümkündür. Memarlıq ənənələrinin unikallığı, yüksək səviyyədə inkişaf etmiş xalq sənətkarlığı və özünəməxsus adət-ənənələri Lahıcı açıq səma altında muzey adlandırmağa imkan verir. Lahıc Tariz-Mədəniyyət Qoruğu tərəfindən ərazidə 90-dan artıq tarixi abidə qorunmaqdadır.
Lahıcda ən məşhur sənət misgərlik olub. Lahıc misgərlik sənəti 2015-ci ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Artıq yüz illərdir ki, Lahıc mis məmulatların hazırlanma mərkəzi kimi məşhurdur. Azərbaycana gələn əksər turistlər mütləq Lahıca gəlməyə çalışırlar. Lahıc Böyük İpək Yolu beynəlxalq turist marşrutuna daxil edilmişdir.


Duruca kəndi Qəbələnin mərkəzindən 3 km məsafədə yerləşir. Şahdağın ətəyində dörd tərəfi dağlar, sıldırım qayalar və meşələrlə əhatə olunmuş təxmini 120 evdən ibarət kənddə eyni adlı çay axır. Burada 3 təpə dağını, bir çox yaylaqları gəzə, sərin bulaqlarından su içə bilərsiniz. Kəndin təbiəti olduqca zəngindir. İsti yay günlərində elə ki, axşam düşdü pencəksiz və ya qalın paltarsız burada oturmaq müşküldü. Hələ gecəni yorğanla yatmağı demirəm... Bu ayrı bir ləzzətdir. Səhər süfrəsinin balını, yağını, pendirini, çörəyini heç şəhərin ən ləzzətli kababına da dəyişmək olmaz.


/home/getfile/39102


Açıq tarix-etnoqrafiya muzeyi Xınalıq kəndi, Quba


Xınalıq kəndi Quba şəhərindən 57 km cənub-qərbdə yerləşir. Kənd 5000 illik tarixə malik, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Kəndin ətrafında çox sayda bulaqlar və mağaralar var. Kənddən 14 km məsafədə isə Şah yaylağı yerləşir. Xınalıq həm də uzunömürlülər məskənidir.
Xınalıq öz dili olan yeganə kəntdir. Ancaq UNESCO bu dili ciddi təhlükə altında olan dillər siyahısına daxil edib. Artıq Xınalığın özündə belə bu dildə çox az adam danışır.
Ancaq, dilin həyatda qalmasına ümid var. 3000 şagirdi olan Xınalıq orta məktəbində Azərbaycan və ingilis dillərindən başqa Xınalıq dili də keçilir.
İlin çox vaxtı Xınalığa getmək mümkün olmur. Qışda temperatur -21 dərəcəyə qədər enə bilir.
Çox zaman qar artıq payızda yağmağa başlayır.
Sərt hava şəraiti nəticəsində təkcə yol bağlanmır, həm də icmanın iqtisadi baxımdan əsas sütununu təşkil edən çobanlar qoyun-quzularını aşağı, daha isti ərazilərə köçürməli olurlar.
Təbiət bu yurda özünəməxsus gözəllik bəxş edib. Avropanın ən yüksək yaşayış məskənlərindən olan Xınalığın başının üstü, demək olar ki, ilboyu buzlaqlarla örtülü olur.
Xınalıqda kəndin müxtəlif inkişaf mərhələlərinə aid arxeoloji və etnoqrafik materiallar, xalçalar, gil və mis qablar, das kitabələr, kitablar və daha bir çox əşyalar var. Amma burada olan memarlıq abidələri arasında məscidlərin xüsusi yeri var. Pir Comərd və ya Əbu Müslüm məscidi Xınalığın ən qədim və əsas piri sayılır. Cümə məscidi Xınalığın ən böyük tikililərindəndir. Kənddə Şeyx Salbuzbaba məscidi, Qəmik məscidi, Cabbar baba piri, Möhüc baba piri və şixsalburuz baba, Xıdır Nəbi piri və Qüllə pirləri vardır.


/home/getfile/39103


Bənzərsiz dil, bənzərsiz məkan - Ləzə kəndi, Qusar


Ləzə kəndi Böyük Qafqazın cənub-qərbinə və şimal-qərbinə gedən karvan yolu üzərində dəniz səviyyəsindən 1300 m yüksəklikdə olan dağ çökəkliyində yerləşir. Kəndi gözəl mənzərə əhatə edir, qayalıqlardan çoxlu şəlalələr axır. Son zamanlar Şahdağ, Qızıl qaya, Tufan, Bazardüzü və yüksək dağ yaylaqlarına gələn xarici turistlərin sayı artmaqda davam edir.
Kənddə görmə olduğunuz tikililər
18 ci əsrin sonuna aid olan məsçid və “Hacı seyid baba” piri;
“Çar” mağarası (800m. uzunluğunda olan Şahdağ massivinin qaya divarında şaquli vəziyyətdə dərin bir mağaradır);
Qusar çayın üzərində yerləşən qədim daş körpü, Qönçi-Myux;
Şahdağ massivinin ətəyində müqəddəs yer (pir).
Şahdağ zirvəsinə qalxan yolda şəlalələr, qışda sıldırım buzlaqlara çevrilərək çox gözəl mənzərə yaradır. Qusar çayının kəndlə üz-üzə olan sahilində qədim qala divarlarının qalıqları görsənir.
Ləziz kəndinin milli mətbəxindən yüksək zövq almaq olar. Təntənəli məclislər zamanı ət və kartof piroqları bişirilir. Göyərti, ət və qarın qutabları ən sevilən qəlyanaltılar hesab olunur. Çörək isə təndirdə bişirilir.
Qonaqlara səhər yeməyinə süd məhsulları-pendir, kəsmik, şor, nehrə yağı, nahara əvəlikli ləzgi plovu, lobya yarpağından hazırlanmış dolma, qoyun vəya mal ətindən hazırlanmış buğlama, şam yeməyinə isə lobyadan, yumurtadan və süd məhsullarından hazırlanmış xörəklər təklif olunur.


/home/getfile/22304


İstisu kəndi, Masallı


Kənd müalicəvi suları ilə məşhurdur. Yerin altından çıxan isti suyun təbii halda temperaturu 69 dərəcə olur. Buraya gələnlər dincəlməklə yanaşı, müxtəlif xəstəliklərdən də yaxa qurtarmaq imkanı əldə edirlər. Hələ qədim zamanlarda insanlar ərazidən çıxan suya "min dərdin dərmanı" adını vermişlər. Bu suyun tərkibində müxtəlif mineral maddələr var. Yerin dərin qatından çıxan isti su insanları iynəsiz, dərmansız sağaldır. Alimlər sübut etmişdir ki, bu su ilə yel, dəri, böyrək və sidik yolları, radikulit, prostat, hipertoniya, qara ciyər və öd yolları, sonsuzluq, mədə-bağırsaq və digər xəstəlikləri müalicə etmək mümkündür.
Rayon mərkəzindən 12 kilometr aralıda göz oxşayan İstisu meşələri turistlərin marağını xüsusilə çəkir. Bu meşədə il boyu təbiətin bütün rənglərini görmək olur. İstisu şəlalələri ilə də məşhurdur. Meşənin dərinliyində gizlənən şəlalələrin ətrafı sərin olduğundan, yay aylarında insanlar şəlalələrə yaxın yerlərdə piknik etməyi xoşlayırlar.



Loading
Erkən Rezervasiya
Terra Travel Telegram