• Əsas səhifə
  • Məqalələr
  • Yayda harada istirahət etmək olmaz – Sonra deməyin ki, “yağışdan çıxıb yağmura düşdüm”!

Yayda harada istirahət etmək olmaz – Sonra deməyin ki, “yağışdan çıxıb yağmura düşdüm”!


Yayda hamı dənizə gedir. Reklam broşürlarında günəş həmişə işıq saçır və xurma ağacları yaşıl rəngdədir, amma səyahət agentlərinin Sizə demədiyi bir məqam var: gedəcəyiniz yerdə qarşılaşmağı arzulamadıqlarınız. “SkyScanner” agentliyi yayda hansı ölkələrdə turistlərin ən çox tər tökdüyünü, cəhənnəm istisinin olduğunu və qasırğaların baş verdiyini müəyyənləşdirib.

Yayda istirahət üçün hara getmək olmaz?

  • ÖLKƏ və səyahət üçün ən PİS aylar
    Yay İSTİRAHƏTİ üçün NİYƏ PİS zamandır?
  • İordaniya (iyul – avqust)
    Dözülməz isti – tempratur +45 ° C-yə qədər yüksəlir.
  • Hindistan (iyul – avqust)
    Bu aylarda Hindistanın mərkəzində leysan yağışlar yağır, bəzən yollar aşınır, nəqliyyat tapmaq, hərəkət etmək əsl zülmə çevrilir.
  • Kuba (avqustun sonuna qədər)
    Güclü qasırğa risqi mövcuddur.
  • İspaniya (iyulun sonu – avqustun əvvəlləri)
    Bu müddət ispanlar üçün əsas tətil mövsümüdür, sahillərdə sıxlıq olur.
  • Tailand (iyul – avqust)
    Əsas istirahət mərkəzləri hesab olunan Fuket, Çhanq və Krabi bölgələrində leysan yağışlar yağır.
  • Misir (iyun – avqust)
    Dəhşətli istilər dincəlməyə imkan vermir.
  • Filippin (iyun – avqust)
    Bu aylarda Filippin ox yağışlı olur, hətta qasırğa təhlükəsi də var.
  • İtaliya (avqust)
    Avqust ayında İtaliyada Ferroqosto bayramlarına görə insan sıxlığı olur.

Təkcə Vadi Rum Çölü və qayalı Petra şəhərini görmək üçün İordaniyaya mütləq ziyarət etməyə dəyər. Ancaq səyahətinizi yayda etsəniz, özünüzü qaynar tavada kimi hiss edəcəksiniz. İyul-avqust aylarında qırx beş dərəcə istidə qədim xarabalıqlarda gəzmək təkcə yorucu deyil, həm də sağlamlıq üçün təhlükəlidir.
Əgər İordaniyaya getmək istəyirsinizsə, səyahət üçün fevral və may ayları arası vaxt seçin – temperaturun + 30 ° C-dən yuxarı qalmadığı zaman.


/home/getfile/22304

İordaniya
Niyə yayda İordaniyaya getməməlisən? – Dözülməz istilər əsl cəhənəmi xatırladır.



İyul-avqust aylarında Hindistanın mərkəzi bölgələrində güclü yağışlar yağır, yolar aşınır. Məsələn, bir neçə il əvvəl uzun sürən leysan yağışlar Birlik Oyunlarını demək olar ki, keçirməyə imkan vermədi. Oyunlar ən az iştirakçı və tamaşaçı ilə keçirildi
Rajasthandakı məşhur turizm şəhəri Jodhpur, hər yay su altında qalır. Bundan əlavə, yağış fırtınaları çayların sahillərinin aşmasına səbəb olur, yəni Qanq sahillərindəki bir çox şəhərə – məsələn, Rişikeş və ya Varanasiyə getmək mümkün deyil.
Muson mövsümündə isə Goa və Karnataka çimərliklərində turistlərə həsəd aparmaq olmur: davamlı yağış və yüksək rütubət sauna görüntüsü yaradır.
Yay Hindistanın şimalındakı Himalay dağlarına səyahət etmək üçün ən yaxşı zamandır. İyun ayının ortalarında yüksək dağlıq Ladax və Zanskara keçidləri açılır, burada özünüzü başqa bir planetdə kimi hiss edəcəksiniz. Hindistanın mərkəzinə və cənubuna getmək üçün isə ən yaxşı vaxt noyabr ayından aprelin əvvəlinə qədərdir.



/home/getfile/22304

Hindistan

Niyə yaz aylarında Mərkəzi Hindistana və Goaya getməməlisiniz?



Avqustun sonu və oktyabrın əvvəlləri Karib dənizində ən yüksək qasırğa mövsümüdür. Kuba və Meksikadan Kurakao və Qrenada kimi kiçik adalara qədər bir çox ölkə bu qasırğaların əsirinə çevrilir. Mövsüm ərzində küləyin sürəti 60 km/saat olan 10-12 fırtına baş verir ki, bunun da yarısının sürəti ikiqat artır və fırtınaya çevrilir. Kubadakı şiddətli qasırğalar Sandi və Dolli kimi həqiqi təbii fəlakətlərə çevrilə bilər.
Əgər bunlara rəğmən avqust ayında Kubaya gedirsinizsə, hava şəraitini nəzərə alaraq uçuşların təxirə salınması və ləğv edilməsini əhatə edən sığortaya pul xərcləməkdən çəkinməyin.
Dekabrın əvvəlindən mart ayınadək isə Kubaya getmək üçün əla zamandır.


/home/getfile/22304

Kuba
Niyə avqust ayında Kubaya getməyək? – Qasırğalar başlayır!



İspanların yazılmamış bir qanunu var – iyulun sonu və avqustun əvvəlində tətilə çıxmaq. Daxili turizmin artmasına görə turizm bölgələrindəki otellərdə qiymətlər “kəllə-çarx”a çıxır və bir çox kiçik kafe və dükan tətillərə bağlanır: sahibləri və işçilər dincəlməyə gedirlər. İspaniyanın əsas şəhərləri bu zaman boş olur, lakin çimərliklərdə, xüsusilə Valensiya, Mursia və Malaqa bölgələrində yer qalmır. Yaxşı xəbər budur ki, avqustun ortalarından etibarən çimərliklər yenidən sərbəstdir olur və qiymətlər aşağı düşür.
İspaniyaya getmək üçün ən yaxşı vaxt iyun, avqustun sonu və ya sentyabr ayları hesab olunur.


/home/getfile/22304

İspaniya
Niyə iyulun sonu və avqustun əvvəlləri İspaniyaya getmək yaxşı seçim hesab olunmur? – tətil mövsümü – insan sıxlığı!


Taylanddakı yağışlı mövsüm əslində təsvir olunduğu qədər pis deyil. Ancaq bütün həftə günəşin altında çimərlikdə uzanmağı planlaşdırırsansa, əsəbləşəcəksən: leysan olur. Rütubət dərəcəsi məkandan asılıdır – bəzi kurortlarda yalnız buludlu səma və səhər yağışları, digərlərində dizdən dərin sular. Fuket və Çhanq adaları və Krabi əyaləti adətən yayda su altında qalır.
Tayland Körfəzinin qərbindəki kurortlarda (Koh Samui, Fanqan və Huahin) yağış mövsümü oktyabr-dekabr aylarıdır. Yayda günəşli olur, istədiyiniz qədər üzə və günəşlənə bilərsiniz. Bununla belə Taylanda getmək üçün ən yaxşı vaxt noyabr – mart aralığındakı zaman hesab olunur.


/home/getfile/22304

Tayland
Niyə yayda Taylanda getməməlisən? – Əgər hər gün leysan yağışların altında təpədən dırnağa kimi islanmaq istəyirsənsə, gedə bilərsən!



İyun-avqust ayları arasında Misirdə havanın tempraturu +40 ° C-dən az olmur. Luksor və ya Asvana getmək, tozlu və boğucu Qahirədən keçmək ilin bu vaxtında əsl dözümlülük sınağıdır. Daxili səyahətləri unutmaq daha yaxşıdır, məsələn, Ağ Səhra.
Misirdə yayda isti çox olur. Sahil boyu iqlim isə olduqca mülayimdir və günəşə qarşı dözümlü olanlar, eləcə də yalnız səhər və axşam üzürsənlər iyun ayında Qırmızı dənizi də bəyənə bilər. İstiyə dözmək istəmiyənlər isə Misirin Aralıq dənizi sahillərindəki kurortlara nəzər yetirə bilər.
Ümumilikdə isə Misirə səyahət üçün ən yaxşı vaxt payız və yaz ayları hesab olunur.


/home/getfile/22304

Misir
Niyə iyun ayından avqustun sonuna kimi Misirə getməməlisiniz? – Sizi ölkənin mərkəzindəki dəhşətli istilərdən heç mumiyalar da qoruya bilməz!


Filippində yağış mövsümü iyun ayında başlayır və noyabrda bitir. Güclü yağış dənizi palçıqlı bir gölməçəyə çevirir. Tayfunlar iyul-avqust aylarında gəlir: tətilinizin hamısını bir oteldə keçirmək və ya təxirə salınmış uçuşa görə hava limanında qalmaq riskiniz var.
Fevral – aprel aylarında isə Filippinə getmək üçün ən yaxşı vaxtdır.


/home/getfile/22304

Filippin

Yayda Filippinə getmək niyə yaxşı seçim deyil? – Düzdür, köməyi olmayacaq, amma gedəsi olsanız, çətir götürün!

Hava durumuna görə yayda İtaliyaya getməyinizə maneə yoxdur. Yalnız yayın sonunda və başqa bir səbəbə görə çətinliklər ortaya çıxa bilər: 15 avqustda bütün ölkə Ferraqosto tətili qeyd edilir. Bu müddət ərzində bir çox italyan tətilə çıxır.
Tətillər zamanı böyük şəhərlər ölür, kurort şəhərləri isə əksinə. Meqapolislərdə restoranlar bağlanarkən, çimərliklərdə iynə düşəcək yer qalmır. Digər tərəfdən, bu möhtəşəm İtalyan memarlığını izdihamsız görmək üçün yaxşı bir fürsətdir.
İyun və iyul, eləcə də payız ayları İtaliyaya getmək üçün ən yaxşı vaxt hesab olunur.


/home/getfile/22304

İtaliya
Yayın sonunda İtaliyaya getmək uğurlu seçim deyil – avqust ayında Ferraqosta bayramlarına görə küçələr insan izdihamı ilə aşıb-daşır.


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram