Pakistan, İslamabad...


"Dost və qardaş" ölkəsi ifadəsinin ən uyğun olduğu Pakistan, bir çoxumuz üçün Asiyanın maraqlı və qeyri - adi ölkələrindən biridir. Həqiqətən də Pakistan ölkəmizə yaxın tarixi əlaqələri və özünəməxsus xüsusiyyətləri ilə araşdırmağa dəyən bir coğrafiyadır.

Pakistanın ən böyük şəhərlərindən və paytaxtlarından biri olan İslamabad, ölkənin kimliyini gözəl şəkildə əks etdirir. İslamabad şəhəri 60-cı illərdə Karaçi şəhərinin yerində yeni bir paytaxt olaraq inşa edilib. Potwar Yaylasının şimalındakı Murre Təpələrinin ətəyində qurulan şəhərin mərkəzi 65 kvadrat kilometr ərazini əhatə edir. 500-600 metr hündürlüyə malik olan şəhər, ensiz ərazidə inşa edilmişdir. Şəhərin əhalisi sürətlə artaraq bir milyona yaxınlaşıb.

1950-ci illərdə paytaxt olan Karaçi şəhəri strateji mövqeyinə görə xarici təhdidlərə qarşı zəif müdafiə sisteminə sahib olduğu düşüncəsi ilə yeni bir paytaxt salınması ideyası irəli sürüldü. Strateji yeri, iqlim xüsusiyyətləri və təbii gözəllikləri nəzərə alınaraq Potvar Yaylasında yeni paytaxtın qurulmasına qərar verildi. Pakistanın o vaxtkı prezidenti Eyüp Xanın icazəsi ilə 1959 -cu ilin sentyabrında layihə üçün bir komissiya yaradıldı. Yeni paytaxt tikilənə qədər Ravalpindi şəhəri müvəqqəti paytaxt elan olundu. 1960 -cı ildə layihə kağız üzərində tamamlandı. İnkişaf və böyümə üçün uyğun bir şəhər planı tərtib edilmişdir. Şəhər 1963 -cü ildə məskunlaşmağa açıldı və 1966 -cı ildə rəsmi olaraq paytaxt elan edildi.
Bu gün İslamabad, müntəzəm şəhər planı, alış-veriş mərkəzləri, geniş sağlamlıq məkanları, təhsil müəssisələri, əyləncə mərkəzləri, parklar və istirahət sahələri ilə tam inkişaf etmiş və müasir bir şəhər görünüşünə malikdir.

İslamabadda iqlim. İslamabada nə vaxt getmək lazımdır?
Şəhər ümumiyyətlə isti mülayim bir iqlimə malikdir. İllik orta temperatur 21 dərəcədir. Qışda yağıntının miqdarı çox azdır. İlin ən quraq ayı noyabr, ən yağışlı ayı isə avqustdur. Ən isti ay iyun ayıdır, orta temperaturu 31 dərəcədir. Ən soyuq ay yanvar ayıdır, orta temperaturu 9 dərəcədir. Yazın son ayları və payızın ilk ayları turist səfərləri üçün ən uyğun vaxtlardır.

İslamabadda nəqliyyat və şəhər nəqliyyat imkanları
Azərbaycandan İslamabada həm hava nəqliyatı, həm də və quru yolla getmək olar. Bakı ilə İslamabad arasındakı quru yolu 3294 kilometrdir.
Azərbaycandan İslamabada birbaşa uçuş yoxdur. Beynəlxalq hava yolları şirkətləri ilə əlaqə quraraq səyahət etmək mümkündür. Səyahət etmək üçün səyahət məqsədinə görə viza üçün müraciət etmək lazımdır. Şəhərdə nəqliyyat üçün “Rakşa” adlı 8 nəfərlik mikroavtobuslardan istifadə olunur. Bundan əlavə, taksi xidmətləri də mövcuddur. Ümumiyyətlə, rahat nəqliyyat üçün bir qədər bahalı olmasına baxmayaraq taksilərə üstünlük verilir. Şəhəri bir ucundan digərinə birləşdirən metro xətti də var ki, metro ilə gediş olduqca ucuzdur.

İslamabadda yemək və içki
Hər bir ölkədə və şəhərdə olduğu kimi, İslamabadın da özünəməxsus yeməkləri və içkiləri var. Ümumi yemək mədəniyyəti Pakistandakı kimidir. Paytaxt olduğu üçün başqa şəhərlərin ləzzətlərini dadmaq üçün bir çox restorana ev sahibliyi edərək, geniş çeşiddə yemək və içkilər təqdim edir.
İslamabad, çox sayda çeşidi olan çox rəngli bir yemək mədəniyyətinə malikdir. Ət və ədviyyatlar yerli yeməklərdə əvəzolunmazdır. Kaşmir tərzi toyuq, tandoori, köri, dukkalı toyuq şişləri, Pakistan tərzi qaraciyər, biryan və balti ət yeməklərini sevənlər üçün yaxşı bir seçim ola bilər. Südlü desertləri sevənlər üçün kheer mütləq sınanmalı bir desertdir. Ancaq vegetarianların da bəyənəcəyi tərəvəz və paxlalılar ibarət ləzzətli yeməklər də var.

Kaşmir Toyuq
Pakistan tərzi toyuq olaraq da bilinən bu yemək, Pakistan mətbəxinin digər yeməklərində olduğu kimi bir çox ədviyyatla qarışdırılaraq hazırlanır. Zəncəfil, bibər, keşniş, zerdeçal, qərənfil, darçın tozu və kardamon istifadə olunan ədviyyatlardır. Bir sözlə ədviyyatlara allergiyası olanlara bu yeməyi dadmaq məsləhət deyil. Çox ədviyyatlı yemək ağır görünsə də, İslamabadda olarkən bu yeməyi dadmaq fərqli bir təcrübədir və ədviyyatı sevən turistlər üçün tam bir bayram yeməyidir.

Zərif və ləzzətli bir dad - xurma
Xurma Pakistanın bir çox yerlərində olduğu kimi İslamabadda da geniş istifadə olunan qidadır. Hətta İslamabadda gedə biləcəyiniz bütün restoranlarda yeməkdən əvvəl xurma verilir. Mütləq sınamağı məsləhət görürük.
Köri
Əhalinin və turistlərin ən çox sevdiyi yeməklərdən olan bu yemək bir növ tərəvəz və ət növlərinin birləşməsidir. Çoxumuzun tanış olduğu körini Pakistan tərzində dadmaq məsləhətdi.
Raita
Raita, qatıqdan hazırlanan bir yemək növüdür. Tərkibində müxtəlif ədviyyatlar və tərəvəzlər var. Seçə biləcəyiniz ləzzətli bir qəlyanaltıdır.
Pakistan Qaraciyəri
Pakistan ədviyyatları ilə qarışdırıldıqdan sonra quzu qaraciyəri ilə hazırlanan ləzzətli bir daddır. Qaraciyər sevənlər üçün mütləq sınanmalı bir yeməkdir.

Kheer
Düyü pudinqinə çox bənzəyən bu desert bölgəyə xas bir ləzzətdir. Tərkibində basmati düyü, hindistan cevizi südü, inək südü, darçın, kardamon, qərənfil, dənəvər şəkər, düyü unu və kişmiş var. Şirin sevənlər üçün yaxşı bir seçim olacağına heç bir şübhə yoxdur.

İslamabadda festivallar
İslamabadda sənaye, qastronomiya, ədəbiyyat, incəsənət və s. əhatə edən bir çox festival və tədbirlər keçirilir. Pakistanda Müstəqillik Günü fərqli bir həyəcan və coşğu ilə keçir. Müstəqillik Gününü pakistanlılarla qeyd etmək, onların mədəniyyətini və həmrəyliyini yaxından görmək, Vətən Müharibəsi nəticəsində elan etdiyimiz Qələbəmizi xatırlatmaq, bütün dünyaya dərs verərək qazandığımız, bütün dünya üçün necə qəhrəmanlıq göstərdiyimizi və Pakistanın qardaş ölkə olaraq bizə dəstək göstərdiyini bildirə bilərsiniz.
Shaz K və A&S Sərgisi
Şəhərin ən məşhur hadisələrindən biridir. Bir növ moda sənayesi sərgisidir. Moda nümayişləri və rəqs tamaşalarından əlavə, moda və sənayedə xidmət edən iş adamları burda sərfəli sövdələşmə imkanı tapırlar.

Bahar Yeməkləri Festivalı
Şəhərin ev sahibliyi etdiyi böyük bir qastronomik ziyafətdir. 2 gün davam edən festival "Lake Wiev Park"ında keçirilir. Festivala ölkənin hər yerindən qatılırlar. Bura yerli mətbəxi tanımaq üçün də yaxşı bir fürsətdir. Burda tədbirin əhəmiyyətli bir hissəsi olan çiçək sərgisini də görmək mümkündür. Sərgidə çoxlu sayda müxtəlif gül növləri nümayiş olunur.

Ədəbiyyat Festivalı
Bu festival əsasən şəhərdə aprel ayının ortalarında Margala Oteldə keçirilir. Tədbirə müxtəlif ölkələrdən və Pakistanın hər yerindən bir çox şairlər qatılır. Proqramda rəsm sərgilər, səsləndirmələr və konsertlər var.
Chand Raat Mela
Hər il iyun ayının ortalarında keçirilən bu tədbir bir növ rəqs, musiqi və yerli yeməklərdən ibarət çox rəngli bir hadisədir. Ölkənin hər yerindən gələn sənətçilər və musiqi qrupları özünəməxsus musiqi ziyafəti yaradır. Bu əyləncə sevənlər üçün əla fürsətdir.

Ənənəvi Xəttatlıq Sərgisi
İyulun əvvəlində başlayan bu sərgi iyulun ortalarında bitir. Lok Virsa kimi də tanınan Heritage Muzeyində açılan sərgidə mis, ağac, dəri və qiymətli metallardan hazırlanmış xəttatlıq rəsmləri nümayiş olunur. Bir sözlə xəttatlıq ilə maraqlananların ziyarətinə dəyən bir sərgidir.

İslamabadda Gəziləcək Yerlər...

Pakistan Monument
Şəhərin ən müasir binalarından biri olan Pakistan Monument, açılmamış çiçək ləçəyinə bənzər memarlığı ilə diqqəti cəlb edir. Yerləşdiyi yerdən möhtəşəm bir mənzərəni seyr etməyə imkan verən bu abidə, xüsusilə axşam işıqlandırması sayəsində fərqli bir atmosfer yaradır. Dörd yarpaqlı bu abidənin yarpaqları ölkənin ən böyük şəhərlərini təmsil edir.

Lake View Park
Möhtəşəm bir göl mənzərəsi təqdim edən Lake View Park, dincəlmək və əla bir gün keçirmək istəyənlər üçün əsas yerlərdən biridir. Daimi gəzinti sahələri və oyun meydançaları olan çayın sahilində qurulmuş çardaqlarda mənzərəni seyr edə və ya piknik edə bilərsiniz.

Faysal Məscidi
Möhtəşəm memarlığı ilə seçilən Faysal Məscidi dünyanın ən böyük 6 məscidi olma xüsusiyyətinə malikdir.n1996-cı ildə inşa edilən Faysal Məscidində eyni vaxtda 74.000 insan ibadət edə bilər. Memarlığı və ölçüsü ilə diqqət çəkən bu məscidin memarı türkdür. Tikintisi 10 il çəkən məscidi görmədən qayıtmamağı məsləhət görürük.

Daman-e-Koh
İslamabadın ən məşhur yerlərindən biri olan Daman-e-Koh, dəniz səviyyəsindən 2400 fut yüksəklikdə yerləşir. Möhtəşəm bir şəhər mənzərəsi və ləzzətli bir yemək üçün Daman-e-Kohu seçmək olar. Həftənin hər günü 09:00-23:00 arasında bu meydanı ziyarət etmək mümkündür.

Rose & Jasmine Garden
İslamabadın mərkəzində yerləşən Gül və Yasəmən bağı gözəl çiçəklərə ev sahibliyi edir. Həftənin hər günü 08:00 -dan 22:00-dək ətirli qoxular və rəngli çiçəklər arasında gəzə biləcəyiniz bu əsrarəngiz bağçadan zövq alacaqsınız.

İslamabadda gecə həyatı
Şəhərdə həyəcanlı bir gecə həyatı olduğunu söyləmək doğru olmazdı, amma zövq ala biləcəyiniz bir neçə fəaliyyət var. Bq Tonight Bar, dadlı bir şam yeməyindən sonra rəqs etmək və əylənmək istəyənlər üçün yaxşı bir seçim ola bilər. Somalili Center, içkilərin seçimindən zövq alacağınız və içkinizi içərkən keyfiyyətli vaxt keçirəcəyiniz bir yerdir. Burn Out - axşam turunun sonunda yorulduğunuzda, sakit bir mühitdə dincələ və əla vaxt keçirə biləcəyiniz bir yerdir.
Breakers Snooker Club, bilyard oynayaraq zövq ala biləcəyiniz başqa bir ünvandır. Bilyard oynamaq istəyirsinizsə, uyğun bir komandanız varsa bu məkana baş çəkmədən geri dönməyin.
La Casa Del Habanosun ləzzətli yeməkləri və canlı musiqisi ilə romantik yemək yeyə biləcəksiniz. Həm də şəhərin bir çox ticarət mərkəzlərində alış-veriş edə və burada əla vaxt keçirə bilərsiniz. Gecə həyatı baxımından İslamabadda Avropa şəhəri qədər çox seçim olmasa da, təvazökar məkanları və isti atmosferi ilə xoş vaxt keçirəcəyiniz bir gecə həyatına malikdir.

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram