COVID-19 pandemiyası dövründə İSRAİLƏ giriş qaydaları...

Qaydalar:
1. Sərnişinlərin girişinə və tranzitlə keçmələrinə icazə verilmir. Bu qayda aşağıdakı şəxslərə şamil edilmir:
- İsrail vətəndaşlarına;
- İsraildə yaşayan vətəndaşlara;
- Əhali və Miqrasiya İdarəsi tərəfindən verilmiş icazə məktubu olan sərnişinlərə;
- Avstriya, Belçika, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İtalya, Latviya, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, İsveçrə, Birləşmiş Krallıq ya da ABŞ-dan gələn, A1, A2, A3, A4, A5, B1 və ya B4 viza sahibləri olan sərnişinlərə. Son 14 gün ərzində Argentina, Braziliya, Efiopiya, Hindistan, Meksika, Rusiya Federasiyası, Cənubi Afrika, Türkiyə və ya Ukraynaya səyahət etməməlidirlər və ya tranzitlə keçməməlidirlər.

2. Sərnişinlər İsrailə son birbaşa reysdən ən gec 24 saat əvvəl https://www.gov.il/en/service/request-entry-to-israel-covid19 saytında "Giriş Bəyannaməsini" doldurmalı və Səhiyyə Nazirliyindən elektron icazə almalıdırlar.

3. Ölkəyə gəldikdə sərnişinlər öz hesablarına COVID-19 üçün PCR testindən keçməlidilər.

https://www.gov.il/en/service/request-entry-to-israel-covid19 saytı vasitəsilə əvvəlcədən ödəniş edildikdə testin qiyməti 80 şekel təşkil edir. Ödəniş hava limanında həyata keçirildikdə isə testin qiyməti 100 şekel təşkil edəcək.

4. İsrailin hüdudlarından kənarda 72 saatdan artıq olan, o cümlədən tranzitlə keçən sərnişinlər COVID-19 üçün PCR testinin neqativ nəticəsi barədə arayış təqdim etməlidirlər. Marşrutun ilk məntəqəsindən yola düşməzdən əvvəl götürülən testin müddəti 72 saatdan artıq olmamalıdır.

5. Sərnişinlərin COVID-19 infeksiyasının müalicə xərclərini ödəmək üçün tibbi sığortası olmalıdır. Bu, İsrail vətəndaşlarına və orada yaşayan şəxslərə şamil edilmir.

6. Azərbaycandan yola düşən bütün sərnişinlər, o cümlədən sağalmış və peyvənd olunmuş insanlar İsrailə daxil olan zaman təcrid olunmalıdırlar. Təcrid müddətinin 7-ci günü PCR testinin nəticəsi mənfi olarsa, izolyasiya qısaldıla bilər.

7. Sərnişinlər 14 gün müddətinədək karantinə yerləşdirilə bilərlər. Ətraflı məlumatı https://tinyurl.com/ypvvex9p saytında əldə etmək mümkündür.

8. COVID-19 infeksiyası dövründə ölkəyə daxil olma qaydaları ilə bağlı əlavə məlumatı https://www.gov.il/en/departments/air-travel-covid19-israel ünvanında nəzərdən keçirə bilərsiz.

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram