İsveçrə Covid məhdudiyyətlərini aradan qaldırır!

İsveçrə Federal Şurası 17 Fevral 2022-ci il tarixindən etibarən ölkədəki Covid məhdudiyyətlərinin əksəriyyətini ləğv etmək qərarına gəlib.
Fevralın 17-dən etibarən mağazalara, restoranlara, mədəniyyət obyektlərinə və digər ictimai yerlərə daxil olmaq, eləcə də kütləvi tədbirlərdə iştirak etmək üçün maskalar və COVID sertifikatları tələb olunmayacaq. İş yerində maska ​​taxmaq tələbi və evdən işləmək tövsiyəsi də qaldırılacaq”, - deyə hökumətin açıqlamasında bildirilib.
Qeyd edilən tarixdən etibarən İsveçrəyə daxil olarkən peyvənd və sağalma sertifikatları, həmçinin Covid testi təqdim etmək lazım olmayacaq. Hökumətin bildirdiyi kimi, elektron giriş formasının doldurulmasına da artıq ehtiyac yoxdur. Qeyd olunub ki, ölkədə kütləvi tədbirlərə və toplantılara da icazə veriləcək.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram