Türkiyə çimərliklərini kəşf edin...


İlk öncə Türkiyənin üç dənizlə əhatə olunduğunu qeyd edək; şimalda Qara dəniz, cənubda Aralıq dənizi və qərbdə Egey dənizi. Daha çox sayda istirahət mərkəzi və otellər Aralıq dənizi sahillərində yerləşir. Egey dənizi sahillərində bu mərkəzlər daha az populyardır və Qara dənizdə isə turizm infrastrukturu demək olar ki, başlanğıc mərhələsindədir.
Aralıq dənizi - suyu çox şəffaf və çox duzludur. Kifayət qədər isti iqlimi olan bu ərazilər Türkiyənin cənubunda yerləşdiyinə görə dəniz suyu tez isinir və gec soyuyur (üzgüçülük mövsümü maydan oktyabr ayına qədərdir). Dəniz suyun istiliyi 30 dərəcəyə yaxın olur, avqust ayında isə ən yüksək temperatura çatır.


Egey dənizi - Türkiyə və Yunanıstan sahillərini yuyur. Burada bir çox ada mövcuddur. Sahilləri əsasən qayalıqdır, qayalarla haşiyələnmiş və səhra sahilləridir. Dəniz suyu çox şəffaf və duzludur. Yaz aylarında suyun temperaturu maksimum 22-25 dərəcəyə çatır.
Qara dəniz – suları dərin, şəffaf və həmişə isti deyil. Çimərlikləri əsasən çınqıllıdır. Qara dəniz olduqca dərindir - maksimum dərinliyi 2000 metrdən çoxdur. Dənizdəki suyun tərkibində az duz var. Bu, ona axan şirin sulu çayların çoxluğu ilə əlaqədardır. Duzluluğun az olması uşaqlar və suya dalmağı sevən insanlar üçün çox münasibdir.


Aralıq dənizi sahilləri...

Aralıq dənizi sahillərində istirahət mərkəzləri daha çox Antalya, Kemer, Side, Alanya, Belek bölgəsində yerləşir.
Antalya bölgəsində çimərliklər bir-birindən qumlu, həm də çınqıllı olması ilə fərqlənir.
Belek - Türkiyənin ən bahalı bölgələrindən biridir. Ən yaxşı VIP və Deluxe sinif otellər burada yerləşir. Buradakı çimərliklər qumu incə, sahilkənarı genişdir. Müştərilərin tələbkarlığı da nəzərə alınaraq burada təmizliyə xüsusilə diqqət edilir.


Kəmər - bəlkə də Türkiyənin ən gözəl istirahət mərkəzlərindən biridir. Bu ərazidə, şəhərə çox yaxın iynəyarpaqlı meşələrlə örtülmüş yüksək dağlar var. Bütün bunlar rayonun qayalı çınqıllı çimərlikləri və dibi bir neçə metr dərinlikdə belə mükəmməl görünən dənizlə birləşərək unudulmaz təəssürat yaradır. Çimərliklər əsasən çınqıllarla örtülüdür. Məsələn, Kirişi bölgəsində çınqıllar o qədər kəskindir ki, xüsusi ayaqqabı olmadan gəzmək mümkün deyil. Kəmər bölgəsində bəzi otellər müştəriləri üçün geniş və rahat qumlu çimərliklər düzəldiblər.


Side - yarımadada bir şəhərdir. Sidenin özündə və onun ətrafında qumlu çimərliklər var. Dənizə giriş olduqca dikdir və kiçik çınqıllarla örtülmüşdür.
Alanya -Türkiyənin Aralıq dənizində ən cənub istirahət mərkəzidir. Burada isti iqlim səbəbindən üzgüçülük mövsümü uzun müddət may ayından oktyabr ayına qədər davam edir. Dəniz sahilində qumlu çimərliklərlə yanaşı, qayalı və ya sürüşkən yosunlarla örtülmüş yerlər ədə rast gələ bilərsiniz. Odur ki, ayaqlarınızı zədələməmək və sürüşməmək üçün son dərəcə diqqətli olmalısınız.


Egey dənizi sahilləri...
Egey dənizi sahillərində istirahət mərkəzləri daha çox Antalya, Kemer, Side, Alanya, Belek bölgəsində yerləşir. Bu sahillərin çimərlikləri əsasən çınqıllıdır.
Marmaris - Türkiyənin partiya bölgəsidir. Aktiv dincəlmək istəyənlərin hamısı buraya gəlir. Marmarisdə əyləncələr gecə-gündüz dayanmır və şəhərin infrastrukturu sonsuz əyləncə üçün çox münasibdir. Marmarisdə çimərliklər qumlu olsa da, bəzi yerlərdə çınqıllı sahillər ədə rast gələ bilərsiniz.
Bodrum – bura digər istirahət mərkəzlərindən özünəməxsus üslubu və təbiəti ilə fərqlənir. Bodrum çimərlikləri əsasən çınqıllı və ya boş qum platformalarından ibarətdir. Təmiz qumlu çimərliklər də var. Bodrumun çimərliklərində daha dərindir və dərinlik dənizə girdikdən bir neçə addım sonra hiss olunmağa başlayır.


Kuşadası - burada iqlim kifayət qədər qurudur, adətən dənizdən yüngül meh əsir. Mülayim iqlimi olduğuna görə burada yay mövsümü daha qısadır. Çimərliklər həm qumlu, həm də beton plitələrdən ibarətdir.
Türkiyə çimərliklərin bir çox növü ilə təmsil olunur: qumlu, çınqıllı, qayalı və nəhəng plitəli. Odur ki, otel seçərkən bu otelin hansı çimərliyə malik olduğunu soruşmağı unutmayın, xüsusən də uşaqlarla səyahət edirsinizsə bu çox vacibdir. Otel seçimi edərkən, çimərliklərin vəziyyətinə uyğun olaraq özünüzlə xüsusi ayaqqabılar götürə və ya başqa ehtiyat tədbirləri görə bilərsiniz.



Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram