Dubay haqqında bilmədiyiniz və təəccüblü məqamlar...


Dubay hər zaman dünyanın ən məşhur şəhərlərindən biri hesab olunur. Dubay haqqında məlumat axtarırsınızsa, doğru yerdəsiniz. İlk öncə Dubayın harada olduğunu soruşanlara deyək ki, Ərəbistan yarımadasında Fars körfəzinin sahilində yerləşir. Dubay ölkə deyil bir şəhərdir.
Dubayın əhalisi kosmopolitdir (çoxmillətli). Dubaya səyahət zamanı Dubay vətəndaşını görmək şansınız çox azdır. Dubay haqqında bilməli olduğunuz çox şey var, qızıl verən bankomatdan tutmuş Ferrari sürən polislərə qədər...


1. Dubayda yerli insanlarla tanış olmaq çox çətindir
Dubayda olan zamanı yerli insanlarla görüşmək və söhbət etmək ehtimalınız azdır. Dubayda yaşayanların əksəriyyəti əcnəbilər və buraya işləmək üçün gələn insanlar olduğundan burada səyahət edərkən Dubaylı ilə qarşılaşmaq demək olar ki, mümkün deyil. Hava limanında pasport prosedurları zamanı görə biləcəyiniz Dubay sakinləri ilə yanaşı, rəsmi yerlərdə də Dubay vətəndaşlarına rast gələ bilərsiniz.
Dubay əhalisinin əksəriyyətini Hindistan, Banqladeş, Pakistan, Asiya və Qərb vətəndaşları təşkil edir.



2. Dubayda dünyanın ən lüks polis avtomobilləri
Dubaydakı polislər dünyanın ən şanslı polisləri esab oluna bilər, çünki şəhərdəki polis maşınları olduqca dəbdəbəlidir! Dubayda polislər cinayətkarları daha tez tuta bilmələri Lamborghini, Ferrari və Bentley maşınlarından istifadə edirlər. Bundan başqa 2013-cü ilin dekabrında polis maşınlarının siyahısına McLaren və Bugatti Veyron da əlavə olundu.



3. Məktub göndərmək
Dubayda məktub göndərmək istəsəniz orada ünvanı qeyd etməyə ehtiyac yoxdur. Belə ki, hər bir insan xüsusi bazada qeydiyyatdadır və 10 nişanlı idendifikatora sahibdir. Siz sadəcə həmin idendifikatoru qeyd edirsiniz və poçt xidməti məktubu lazım olan yerə təslim edir.



4. Abu Dabinin köməyi
Dünyanın ən böyük göydələni olan Bürc Xəlifə Dubaydakı bütün binaların ucadır, lakin Dubayın qonşusu Abu Dabi Əmirliyinin maliyyə yardımı olmasaydı, Bürc Xəlifə tamamlanmazdı. Bu heyrətamiz tikilinin ərsəyə gəlməsi üçün 6 il zaman sərf olunub və hər gün 12 min fəhlə çalışıb. Göydələn 80 kilometr uzaqlıqdan görünür, lakin göydələnin ən yüksək mərtəbəsindən günəşin batmasını izləmək daha mükəmməldir. 2010-cu ildə açılışından bir qədər əvvəl bu qüllə əvvəlcə Bürc Dubay (hərfi mənada “Dubay Qülləsi”) adlanırdı, lakin Əbu-Dabi əmiri və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed Əl Nəhayanın şərəfinə binanın adı Bürc Xəlifə adlandırıldı.
Maliyyə böhranının Astanasında olan Dubay Şeyx Xəlifə tərəfindən 6,13 milyard funt-sterlinq yatırımla xilas edildi – buna görə də binaya verilən ad da öz növbəsində bir minnətdarlıq oldu.



5. Yerlilər varlı olduqları qədər də unutqandırlar
Dubay sakinlərinin pullarından yetərincə istifadə etmədiklərini düşünürsünüzsə və bununla bağlı hər hansı şübhəniz varsa, itirilmiş və tapılmış pullarını statistikasına baxın. Dubayda küçədə gəzərkən üzərini toz basmış çox bahalı avtomobilə rast gələ bilərsiniz. Belə ki, bəzən insanlar avtomobillərini harada qoyduqlarını unudurlar və əvəzinə yeni maşın alırlar. Lakin hökümət yaddan çıxmış avtomobilin küçədə çox qalmasına imkan vermir və onları yaddan çıxmış avtodayanacaqlara yerləşdirir. Bundan başqa, yerli varlılar mütəmadi olaraq pul ilə və ya zinyət əşyaları ilə dolu çamadan və ya çantalarını da unudurlar.
2015-ci ildə bir sərnişin Dubay Hava Limanının tualet kabinəsində 1400.000 AED (35.000 funt sterlinq) məbləğində pulu unutdaraq oranı tərk etmişdi. Düzdür, daha sonra bu vəsait onun özünə qaytarılmışdı.



6. Dubayda kişilərin sayı olduqca çoxdur
Dubayın 2,5 milyon əhalisinin 1,7 milyonunun kişi olduğunu bilirdinizmi? Yəni Dubayda əhalinin az qala 70 faizi kişilərdir. Rəsmi siyahıyaalma statistikasına görə, qadınlar Dubay əhalisinin 30 faizindən çoxunu təşkil edir. Kişilərin faizinin daha yüksək olmasının səbəbi bura gələn mühacirlərin əksəriyyətinin ailələrini vətənlərində qoymuş olması ilə əlaqələndirilir.



7. Dubay sakinlərinin ənənəvi peşəsi
Turizmdən əvvəl Dubayın dolanışığı neftə əsaslanırdı, bəs neftdən əvvəl Dubayın iqtisadiyyatı nə üzərində idi? Balıqçılıq, əkinçilik və mirvari ticarəti əmirliyin əsas gəlir mənbələri arasında idi. 20-ci əsrin əvvəllərində Dubay körfəzində 300 mirvari dalğıc qayığı (Ənənəvi yelkənli qayıq) var idi və hər gəmidə 7000-dən çox dənizçi çalışırdı. Kişilər may ayının ortalarından sentyabrın əvvəllərinə qədər dənizdə olurdular. Dalğıclar burun qısqacının və belinə bərkidilmiş yükün köməyi ilə dənizin dibinə çatır, sonra isə kəndirlə özlərini yuxarı çəkirdilər. Dubay sakinlərinin milvari biznesi 1940-cı ilədək davam etdi. Həmin il Yaponiyada süni mirvari yetişdirmək üsulu kəf ediləndən sonra dünyada təbii mirvariyə tələbat xeyli azaldı.



8. Dubayda qızıl paylayan bankomat var
Dubai Mall-dakı Gold ATM sizə 2,5 qramlıq 24 karatlıq qızıl sikkədən tutmuş unsiya üçün bir qızıl külçəyə qədər hər şeyi almağa imkan verir. Hətta avtomatın içərisində real vaxt bazarında baş verən dəyişikliklərə uyğun olaraq qiymətləri hər 10 dəqiqədən bir dəyişən kompüter də var. Bir az təəccüblü və əyləncəli görünən qızıl avtomat Dubayı fərqləndirən cəhətlərdən biridir.
Əgər Siz də Dubaya səyahət etmək və oranın qeyri-adi gözəlliklərini, memarlıq nümunələrini kəşf etmək istəyirsinizsə səyahətinizi Terra Travel turizm şirkətinə etibar edə bilərsiniz. Biz Sizin üçün ən sərfəlisini təklif edirik...



Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram