Almaniyada görməli yerlər...

Berlin
Berlin Prussiyanın, sonra 1871-ci ildən etibarən vahid Almaniya İmperiyasının, daha sonra isə II Dünya Müharibəsi dövründə Şərqi və Qərbi Berlin olaraq bölünməsinə baxmayaraq, şərq və qərbinin birləşməsi ilə 1990-cı ildə yenidən bütün Almaniyanın paytaxtı olmuşdur.
Berlin Avropada ən mühüm siyasət, media, mədəniyyət və elm mərkəzidir. Burada yerləşən ali məktəblər, elmi idarələr, teatr və muzeylər beynəlxalq aləmdə tanınırlar və bu sahələr ilə maraqlananlar üçün çox cazibədardır. Bundan savayı Berlinin tarixi, gecə həyatı və çoxsaylı arxitektur tikililəri hər yanda məşhurdur.


Frauenkirxa (Drezden)
1468-1488-ci illərdə tikilmiş bu kilsə Qədim Roma Bazilikalarının dağıntılarının üzərindədir. Frauenkirxa protestantların ən görkəmli və müqəddəs abidəsi hesab olunur. Ümumi layihəsi memar Georq Ber tərəfindən hazırlanmış kilsə özünün təkrarolunmaz silueti ilə şəhərin mənzərəsinə imperiallıq və təmtəraqlıq abu-havasını bəxş edir.
İkinci dünya müharibəsindəki bombalamalar Frauenkirxanı ciddi şəkildə dağıntılara məruz qoymuşdu. 1994-cü ildə zahiri görünüşü, 2004-cü ildə isə interyeri yenidənqurma işləri nəticəsində bərpa olundu. Kilsə günbəzinin yuxarı hissəsini bəzəyən qızıl kürə və xaç, İngiltərədə barışıq rəmzi olaraq hazırlanmış və təntənəli şəkildə Drezdenə gətirilmişdir. Günbəzin hər dörd tərəfində isə, günbəzə tarazlıq yaradan saat və mansard qülləcikləri quraşdırılmışdır.


Aaxen kafedralı
Aaxen kafedralı Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində, Aaxen şəhərində yerləşir və Şimali Avropanın ən qədim kafedralıdır. Orta əsrlərdə "Müqəddəs Məryəm kilsəsi" adlanırdı. Təxminən 6 əsr boyunca kafedralda 30 alman kralının və 12 kraliçanın tacqoyma mərasimi keçirilib.
Müxtəlif dövrlərə aid kafedral kompleksinin ən qədim və ən qiymətli hissəsi səkkizbucaqlı formada, hündürlüyü 31 metr, diametri təxminən 32 metr olan Böyük Karlın saray kapella-məzarıdır. Katedral bir neçə dəfə bərpa edilmiş və genişləndirilmişdir. Ən son 2-ci dünya müharibəsi dövründə ciddi dağıntılara məruz qalmış, bəzi əsərlər qorunmuş olsa da, bir qismi bərpa edilməyəcək vəziyyətdə olmuşdur. Aaxen Kafedralı 1978-ci ildə UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş ilk 12 əsərdən birisi olmuşdur. Almaniyanın tarixində önəmli bir yer tutur.


Brandenburq Qapısı
1788-1791-ci illərdə tikilmiş bu abidə Almaniyanın Berlin şəhərinin əsas simvollarından biridir. Brandenburq Qapısının 12 sütunu, 6 giriş qapısı və 6 çıxış qapısı var. Sütunlar beş yol yaradır və xalq yalnız qıraqdakı iki qapıdan keçə bilərdi. Ortadakı yol isə krallıq və ən mühüm keçidlər üçün ayrılmışdır. Qapının ən üstündə Quadriqa var.
1806-ci ildə Napaleon Müharibədə Prussiyanı məğlub etdikdən sonra Quadriqanı sökdürdü və Parisə apardı. 1814-cü ildə isə Prussiya Fransanı məğlub edib, Parisi ələ keçirən zaman Quadriqanı Berlinə geri qaytardı. İkinci dünya müharibəsində qismən dağılan abidə bərpa olundu və yalnız 1961-ci ildə Berlin Divarı açılandan sonra istifadəyə verilir.


Muzeylər adası
8.6 hektarı əhatə edən bu muzeylər kompleksi Almaniyanın paytaxtı Berlinin Mitte əyalətindən keçən Şpree çayı üzərindəki kiçik bir adanın şimal hissəsində yerləşir və burada 5 muzey var:
1.Altes Museum (Köhnə Muzey)
2.Neues Museum (Yeni Muzey)
3.Alte Nationalgalerie (Köhnə Milli Qalereya)
4.Bode Museum (Bode Muzeyi)
5.Pergamon Museum (Perqamon Muzeyi)
1830-cu ildən 1930-cu ilə kimi 100 il ərzində Prussiya hökmdarının əmri ilə 5 memar tərəfindən tikilmişdi. 1999-cu ildə 19 və 20-ci əsrlərdəki unikal memarlığına görə UNESCO Dünya İrsi Siyahısına daxil edilmişdi.


Terra Travel - Dünyanı bizimlə kəşf edin!

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram