"Azərbaycanı tanıdaq" esse müsabiqəsi

Azərbaycanı tanıdaq esse müsabiqəsi

“Terra Travel” turizm şirkəti olaraq “Bakı Avrasiya Universiteti”nin təşkilati dəstəyilə, Ümummilli Lider “Heydər Əliyevin 100 illiyi” ilə əlaqədar ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələri arasında “Azərbaycanı tanıdaq” mövzusunda esse müsabiqəsi təşkil etdik.

Esse müsabiqəsini təşkil etməkdə əsas məqsədimiz

Turizm şirkəti olaraq bu müsabiqəni keçirməkdə əsas məqsədimiz tələbələrin dəstəyi ilə ölkəmizi tanıtmaq, onların bilik və bacarıqlarını ifadə etmələrində özlərinə qarşı inamın yaranmasını təşviq etmək, araşdırma aparmaq bacarıqlarının, yaradıcı yazı qabiliyyətlərinin inkişaf etməsinə yardımçı olmaqdır. Habelə, gənclərin daha parlaq gələcəyə nail olmaları və belə gəncləri Azərbaycanda və dünyada tanıtmaq bizim üçün böyük fəxr hissidir.

Esselərin qəbul prosesi

Müsabiqəyə esselərin qəbul tarixləri 16 – 26 may 2023-cü il tarixlərində müəyyən edilmişdi. Lakin tələbələrin və universitet nümayəndələrinin çoxsaylı istəkləri nəzərə alınaraq esselərin son qəbul tarixi 28 may tarixinə qədər uzadıldı. Ümumilikdə 200-ə yaxın esse göndərilmiş onlardan 100-ə yaxını qaydalara uyğun olaraq yoxlanışa qəbul edilmişdir. Qaydalar isə əvvəlcədən müəyyən edilərək sosial şəbəkələrdə elan edilmiş və Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin dəstəyi ilə universitetlərə də məlumat verilmişdir.

Müsabiqədə iştirak edən tələbələrin təhsil aldığı universitetlərin siyahısı

  • ADA Universiteti

  • Azərbaycan Dillər Universiteti

  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti

  • Azərbaycan Dövlət Pedaqoji Universiteti

  • Azərbaycan İlahiyyat İnstitutu

  • Azərbaycan Memarlıq və İnşaat Universiteti

  • Azərbaycan Texniki Universiteti

  • Azərbaycan Tibb Universiteti

  • Bakı Avrasiya Universiteti

  • Bakı Dövlət Universiteti

  • Bakı Qızlar Universiteti

  • Bakı Mühəndislik Universiteti

  • Bakı Slavyan Universiteti

  • Dövlət Gömrük Komitəsi Akademiyası

  • İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı

  • Lənkəran Dövlət Universiteti

  • Milli Aviasiya Akademiyası

  • Mingəçevir Dövlət Universiteti

  • Naxçıvan Dövlət Universiteti

  • Sumqayıt Dövlət Universiteti

Yoxlanış mərhələsi

Yoxlanış mərhələsində “Bakı Avrasiya Universiteti”nin təcrübəli müəllim heyəti iştirak etmiş və esselər müvafiq ballarla qiymətləndirilmişdir. Həm yoxlanış, həm də mükafatlandırma mərhələləri “Bakı Avrasiya Universiteti”ndə təşkil olunmuşdur. Mükafatlandırma mərhələsi 06 iyun 2023-cü ildə həyata keçirilmişdir və qaliblər hər kəsə elan olunmuşdur.

Qaliblər və mükafatlandırma

Müsabiqənin qalibləri, üçüncü yer “ADA” Universitetinin hüquq ixtisası üzrə təhsil alan I kurs tələbəsi Məmmədli Röya Qalib qızı, ikinci yer “Azərbaycan İlahiyyat İnstitutu”nun islamşünaslıq ixtisası üzrə təhsil alan II kurs tələbəsi Abbasov Məhəmməd Malik oğlu, birinci yer “İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialı”nın müalicə işi ixtisası üzrə təhsil alan II kurs tələbəsi Şıxmuradova Aysel Rəsul qızı olmuşdur. Qaliblər və digər bütün iştirakçılar “Terra Travel” turizm şirkəti tərəfindən sertifikatlarla və I yer - İstanbula aviabilet (gediş-dönüş), II yer – ölkədaxili otel (2 nəfərlik, 2 gecə 3 günlük “Quba cənnət bağı” otelində gecələmə), III yer – ölkədaxili tur (1 gecə 2 günlük avtobus turu, “Marxal” otelində gecələmə) ilə mükafatlandırılmışdır. Həmçinin, yoxlanış mərhələsində iştirak edən bütün müəllimlərə də təşəkkürnamələr təqdim olunmuşdur. Mükafatlandırma mərasimində “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi”nin, “Yeni Azərbaycan Partiyası”nın nümayəndələri və “Bakı Avrasiya Universiteti”nin rəhbər, müəllim heyəti iştirak etmişdir.

Qonaqlar
Bakı Avrasiya Universitetinin müəllim heyəti
1-ci yer
2-ci yer
3-cü yer
Müsabiqə ümumi

Xəbər portallarında işıqlandırıldı

9 iyun 2023-cü ildə "Qafqazinfo" xəbər portalı Şirkətimiz tərəfindən təşkil olunmuş bu esse müsabiqəsi ilə bağlı məlumatları, qalibləri və mükafatlandırma prosesini öz veb-saytlarında elan etdilər.

“Azərbaycanı tanıdaq” esse müsabiqəsində iştirak edən bütün iştirakçılara, “Bakı Avrasiya Universiteti”nin peşəkar müəllim heyətinə, “Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi”nin, “Yeni Azərbaycan Partiyası”nın nümayəndələrinə dərin təşəkkürümüzü bildiririk. Habelə, Ümummilli Lider “Heydər Əliyevin 100 illiyi” ilə əlaqədar “Azərbaycanı Tanıdaq” esse müsabiqəsinin respublikanın ali təhsil müəssisələrində işıqlandırılmasında göstərdikləri dəstəyə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə dərin minnətdarlığımızı bildirir və növbəti ildə də dəstəklərini əsirgəməyəcəklərinə ümid edirik.

Bakı Avrasiya Universiteti rektor


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram