“Azərbaycanı Tanıdaq” esse müsabiqəsinin keçirilməsi Qaydaları

"Azərbaycanı tanıdaq" esse müsabiqəsi
1. Ümumi müddəalar

  1. 1. “Azərbaycanı Tanıdaq” esse müsabiqəsinin keçirilməsi Qaydaları (bundan sonra - Qaydalar) ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibəti ilə “Azərbaycanı Tanıdaq” mövzusunda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələr arasında esse müsabiqəsinin (Azərbaycanın turizm potensialı və digər məşhur turizm bölgələrindən bəhs edən esse yazıları) təşkili qaydalarını müəyyən edir. Bu müsabiqənin keçirilməsində məqsəd tələbələrin dəstəyi ilə ölkəmizi tanıtmaq, həmçinin tələbələrin yaradıcı yazı qabiliyyətlərini təkmilləşdirmək və bilik və bacarıqlarını ifadə etməkdə özünə inam qazandırmaq, araşdırmalar apararkən yeni məlumatlar və perspektivlər əldə etməklərinə imkan yaratmaqdır.
  2. 2. Qaydaların qəbul edilməsində məqsəd “Terra Travel” MMC tərəfindən keçirilən müsabiqədə iştirakçılar üçün bərabər imkanlar yaratmaqdan, habelə müsabiqənin şəffaf və obyektiv keçirilməsini təmin etməkdən ibarətdir.
  3. 3. Müsabiqə “Terra Travel ” MMC tərəfindən Bakı Avrasiya Universitenin təşkilati dəstəyi ilə təşkil olunur.

2. Mükafatlandırma

  1. 1. Bu Qaydaların 5.3-cü bəndinə uyğun olaraq iştirakçılar içərisindən 3 nəfər qalib olacaq və qaliblərə müvafiq olaraq aşağıdakı mükafatlar təqdim ediləcək:
  • I yer – sertifikat + (1 nəfərlik, İstanbula bilet (gediş-dönüş))
  • II yer – sertifikat + (2 nəfərlik, 2 gecə 3 günlük “Quba cənnət bağı” otelində gecələmə)
  • III yer – sertifikat + (1 nəfərlik, 1 gecə 2 günlük avtobus turu, “Marxal” otelində gecələmə)

Qeyd: Yazısı ən çox bəyənilən iştirakçıya iş təklifi oluna bilər.
  1. 2. Qalib iştirakçılar “Terra Travel” MMC-nin müəyyən etdiyi tarixdə mükafatlandırma tədbirində iştirak etməlidirlər.
  2. 3. Hər hansı bir səbəbdən mükafatlandırma tədbirində iştirak etməyən iştirakçı qalib olduğu yer üzrə mükafatın özünə və ya başqasına verilməsini “Terra Travel” MMC-dən tələb edə bilməz.
  1. 4. “Terra Travel” MMC tərəfindən təqdim edilən mükafatlardakı tarixlər və xidmətlər heç bir halda dəyişdirilə bilməz.

3. Müsabiqədə iştirak üçün şərtlər

  1. 1. Müsabiqədə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsində təhsil alan tələbələr iştirak edə bilər.
  2. 2. Hər tələbə yalnız bir esse təqdim edə bilər.
  3. 3. Müsabiqəyə təqdim edilən esselər Azərbaycan dilində tərtib edilməlidir.
  4. 4. Plagiat qadağandır. Əgər hər hansı bir mənbədən istifadə olunarsa, mütləq istinad olunan mənbələr ədəbiyyat siyahısında qeyd edilməlidir.

4. Müsabiqədə iştirakçıların qeydiyyatı və esse təkliflərinin qəbulu

  1. 1. Müsabiqədə iştirak etmək üçün “Terra Travel” MMC-nin internet səhifəsinin https://terratravel.az/home/register bölməsində əks olunan formaya uyğun olaraq elektron qaydada qeydiyyatdan keçməlidirlər.
  2. 2. Qeydiyyatdan keçdikdən sonra aşağıdakı sənədlər elektron qaydada əlavə olunur:
  • "Microsoft Word" proqramında .docx formatında fayl. Faylın adında durğu işarələrindən istifadə olunmamalıdır. Əks halda essenin göndərilməsində bir sıra çətinliklər yarana bilər.
  • Şəxsiyyət vəsiqəsi və tələbə biletinin surəti (Tələb olunan hər iki sənədin şəklini həmin word faylın içərisində essenin aşağısında yerləşdirməklə).
  • Bu Qaydaların 4.2-ci bəndində qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə, yaxud təqdim edilmiş sənədlərdən hər hansı biri qanunvericiliyin tələblərinə uyğun olmadıqda müsabiqədə iştiraka yol verilmir.
  • Müsabiqəyə təqdim edilən essedə ilk səhifənin yuxarı hissəsində aşağıdakı məlumatlar göstərilməlidir:
  • Essenin adı
  • Soyad, ad, ata adı
  1. 3. Müsabiqəyə təqdim edilən esse aşağıdakı tələblərə uyğun olmalıdır:
  • Esse təxminən 800-1000 sözdən (2 ədəd A4 formatlı vərəqdən) ibarət olmalıdır.
  • Esselər A4 formatda, 12 ölçüdə, 1,5 sətirlərarası intervalla, Times New Roman şrifti ilə yazılmalı, səhifənin aşağı, yuxarı və yan tərəflərində 2 sm boşluq buraxılmalıdır.
  • Açar sözlər 5-dən çox olmamalıdır.
  1. 4. İştirakçılar bu Qaydaların 4.1 və 4.2-ci bəndlərinə uyğun formada qeydiyyatdan keçməklə müsabiqəyə təqdim etmiş olduqları esselərin özləri tərəfindən yazıldığını təsdiq etmiş sayılırlar.

5. Müsabiqənin keçirilməsi və layihələrin qiymətləndirilməsi

  1. 1. Müsabiqə “Terra Travel” MMC-nin müəyyən etdiyi tarixlərdə onlayn esse qəbulu ilə keçirilir. Müsabiqə üçün esselər 16 may 2023 tarixindən 26 may 2023 tarixinədək qəbul ediləcək.
  2. 2. Esselərin qəbul müddəti bitdikdən sonra müsabiqəyə təqdim edilmiş və Qaydalara uyğun bütün esselər yoxlanılmaq üçün Müsabiqə tərəfdaşı olan Bakı Avrasiya Universitetinə təqdim ediləcək.
  3. 3. Müsabiqəyə təqdim olunmuş esselər aşağıdakı meyarlara uyğun qiymətləndiriləcək:
  • Mövzunun dolğun əhatə edilmə səviyyəsi (informasiyalılıq dərəcəsi);
  • Araşdırmanın keyfiyyəti;
  • Yazı üslubu (İfadə vasitələrinin zənginliyi, bədiiliyi və s.);
  • Mövzu başlığının cəlbediciliyi;
  • Fonetik, leksik və qrammatik normalara əməl olunması.
  1. 4. Esselər yuxarıda qeyd edilən 5 punktun hər biri 10 bal olmaqla ümumi 50 balın üzərindən qiymətləndiriləcəkdir.
  2. 5. Təkrar yazılmasında şübhəli olan bütün inşalar müsabiqədən dərhal kənarlaşdırılacaqdır. 5.6.Münsiflər heyətinin qərarı yekundur və apellyasiyaya məruz qala bilməz.
  3. 6. Müsabiqə qalibləri bu Qaydaların 6.3-cü bəndinə uyğun olaraq müəyyən ediləcək.
  4. 7. Müsabiqə qalibləri haqqında məlumatlar “Terra Travel” MMC-nin internet səhifəsində yerləşdiriləcək.

6. Əlavə (digər) şərtlər

  1. 1. Yazı müsabiqəsində qalib olan şəxslər mükafatlandırma mərhələsində və müsahibədə iştirak etməlidir.
  2. 2. Müsabiqəyə qatılan şəxs şəxsi məlumatlarının və essesinin “Terra Travel” MMC-nin KİV-lərində (Kütləvi İnformasiya Vasitələri) paylaşılmasını qəbul etmiş hesab olunur.
  3. 3. İştirakçı esse və ona əlavə edilmiş bütün məlumatların doğru, düzgün hazırlanmış olduğunu, hər hansı məlumatın araşdırıla biləcəyini təsdiqləyir. Bu essedə və ya ona edilmiş əlavələrdə yalan və ya saxta məlumat müsabiqə yazısının ləğv edilməsi ilə nəticələnə bilər.
  4. 4. Müsabiqədə iştirak edən şəxslər “Terra Travel” MMC-ni aşağıdakı bütün sosial media hesablarından (İnstagram, Facebook, Telegram, Linkedin) izləməli və müsabiqə dövrü ərzindəki paylaşımları bəyənməlidirlər.
Qeyd: İştirakçılar yuxarıda qeyd olunan şərtlərdən hər hansı birini yerinə yetirmədikdə, esse nəticələri nəzərə alınmayacaq.


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram