Qışda çimərlik tətili üçün ən yaxşı turistik yerlər

Qış mövsümündə qar və şaxtalı hava ilə müşahidə olunan bir çox ölkədən fərqli olaraq, bəzi turistik yerlər qış tətilini isti və ekzotik çimərliklərdə keçirmək istəyənlər üçün əvəzolunmaz məkandır. Tayland, Maldiv Adaları, Şarm Əl-Şeyx və Dubay kimi çimərlikləri ilə məşhur olan turizm bölgələri həm nadir təbiət gözəllikləri, həm də zəngin mədəniyyəti ilə önəmli rol oynayır.

Qar və şaxtanın əksinə, isti dəniz və qızıl qumlar üzərində dincəlmək istəyənlər üçün bu cənnət məkanlar ideal seçimdir. Hər bir istiqamət fərqli təcrübə, mədəniyyət və əyləncə təklif edərək unudulmaz bir tətil vəd edir.

Qışda isti çimərlik tətili üçün hara getmək olar?

Dubay seherine seyahet

Dubay - Lüks istirahətin məkanı

Dubay qış aylarında günəşli və sərin hava ilə turistləri özünə cəlb edir. “Jumeirah” və “Kite Beach” çimərlikləri, günəş vannası qəbul etmək, dənizdə üzmək və su idmanları ilə məşğul olmaq üçün ideal şərait yaradır. “Palm Jumeirah” adasında yerləşən otellər və dəbdəbəli çimərliklər, xüsusilə lüks tətil axtaran turistlər üçün mükəmməl seçimdir.

Dubay həmçinin “Burj Khalifa”, “Dubai Mall” kimi möhtəşəm görməli yerləri ilə tanınır və bu da şəhəri fərqli təcrübələrlə dolu turizm mərkəzi edir.

Şəhərdəki səhra turları qış aylarında xüsusi ilə populyardır. Səhrada keçirilən qış festivalları, gün batımında safari turları və açıq hava fəaliyyətləri Dubay tətilini daha yaddaqalan edir. Dubay həm çimərlik həvəskarları, həm də lüks alış-veriş və əyləncə axtaranlar üçün qışda əvəzolunmaz bir məkan olaraq tanınır. “Terra Travel”-in Dubay təkliflərindən yararlanaraq siz də lüks istirahətə sahib olun!

Maldiv adalarina balayi turu

Maldiv adaları - 1 nömrəli balayı turu və romantik tətil

Maldiv adaları qış mövsümündə romantik və komfortlu tətil sevənlər üçün mükəmməl seçimdir. Gün ərzində havanın temperaturu orta hesabla 29 o C, suyun temperaturu 28 o C-dir. Demək olar ki, hər bir Maldiv oteli ayrı bir adada yerləşir. Hind okeanının sakit sularında yerləşən adalar sualtı villaları, xusüsi çimərlikləri, tropik havası və beş ulduz otelləri ilə məşhurdur.

Qışda Maldiv adalarında istirahət edənlər spa mərkəzlərində bədənlərini dincəldə, lüks restoranlarda milli və beynəlxalq təamlardan dada bilərlər. Həmçinin, yeni evlənmiş cütlüklər üçün xüsusi olaraq hazırlanan gün batımı turu tətili unudulmaz edir. Maldivə sevgi dolu səyahət əldə etmək üçün bizə müraciət edin!

Tayland Phuket adasina seyahet

Tayland - Ekzotik çimərlik cənnəti

Tayland qış mövsümündə səyahət etməyi sevən turistlərin tez-tez getdiyi bir turizm mərkəzidir. Taylandın “Patong”, “Krabi” və “Pattaya” kimi məşhur çimərliklərində ilin bu dövründə günəşli və isti hava müşahidə olunur. Bu da günəş vannası, üzgüçülük və digər su idman növləri üçün əlverişli şərait yaradır. Phuket adasında yerləşən “Patong” çimərliyi, ağ qumlu sahili, təmiz suları, canlı gecə həyatı və sahil kənarında yerləşən restoranları ilə şöhrət qazanır. Bu çimərlik, Phuket adasının ən populyar və ən böyük çimərliyidir.

Turistlər həmçinin qədim tarixi məbədləri və abidələri ziyarət edərək Tayland mədəniyyəti ilə tanış ola bilərlər. Tayland qış aylarında istirahət və mədəni zənginliyi bir arada təklif edən unikal tətil məkanıdır. Qış tətilində tropik çimərliklərdə istirahət etmək üçün bizə müraciət edin!


Sharm El Sheikh turu

Şarm Əl-Şeyx - Misirin lüks kurort mərkəzi

Misirin Şarm Əl-Şeyx bölgəsi qış aylarında da isti və rahat havası ilə gələn qonaqların diqqətini çəkməyi bacarır. Eyni zamanda qızıl qumlu çimərlikləri ilə minlərlə turistin səyahət etməsinə səbəb olur. Hətta qışda belə dənizdə çimmək olar, çünki suyun temperaturu +20 və 22 dərəcədən aşağı düşmür. Qırmızı dəniz sahilində yerləşən bu şəhər, dünyaca məşhur dalğıc nöqtələrinə ev sahibliyi edir.

Xüsusi olaraq bunu da qeyd edək ki, Şarm Əl-Şeyx dəbdəbəli kurortları və sahil kənarında “Rixos Premium” kimi 5 ulduz lüks otelləri ilə də məşhurdur. Misirin zəngin mədəniyyətini hiss etmək və sualtı dünyasını kəşf etmək istəyənlər üçün Şarm Əl-Şeyx qışda ideal seçimdir.



Kuba adasi

Kuba - Retro abu-hava və Havana şəhəri

Kuba, qış aylarında tropik iqlimi və unikal mədəniyyəti ilə seçilən bir tətil məkanıdır. Qışda havanın temperaturu 24 o C-dən 32 o C-ə qədər dəyişir, su isə 24-26 o C-ə qədər qızır. Adada 300-ə yaxın çimərlik və bir çox kurort oteli var.
Varadero çimərliyi sərin və quru havası ilə səyahətçiləri qarşılayır və çimərlikdə istirahət üçün mükəmməl şərait təqdim edir. Paytaxt Havana tarixi avtomobilləri, retro atmosferi və rəngarəng şəhər mənzərələri ilə turistlərə fərqli emosiyalar yaşadır. Qışda şəhərdə təşkil olunan salsa gecələri, canlı musiqi klubları və küçə rəqsi performansları Kubanın özünəməxsus mədəniyyətini təmsil edir.

Kuba həmçinin spirtli içkilər, tütün məmulatları, şəkər plantasiyaları və milli mətbəxi ilə də şöhrət qazanır. Turistlər burada Kuba siqarlarını sınaya, milli restoranlarda “Ropa Vieja” və “Vaca Frita” kimi məşhur yeməklərin dadına baxa bilərlər. Bu xüsusiyyətlər Kubanı qış tətili üçün çox sevilən turizm mərkəzlərindən birinə çevirir.

Viyetnama seyahet turu

Vyetnam - Asiyanın cənnət məkanı

Son illərdə Vyetnam, qışda çimərlik tətilində populyarlıq qazanmağa davam edir. Vyetnam ekzotik çimərlikləri, tarixi abidələri, mədəniyyəti və məşhur ləzzətli yeməkləri ilə tanınan zəngin ölkədir.

Vyetnama qış aylarında səyahət etmək istəyən xarici turistlər əsasən “Nha Trang” və “Da Nang” kimi çimərliklərə üstünlük verirlər. Burada suyun temperaturu 26 o C, havanın temperaturu isə 25-30 o C arasında dəyişir.
Nha Trang’daki “Vinpearl” adasında yerləşən əyləncə parkları və su idmanları sahəsi ailə və cütlüklər üçün mükəmməl tətil təcrübəsi yaşadır.

Ölkənin ən böyük adası olan “Phu Quoc” (Fukok) adası möhtəşəm plyajlar, rəngarəng dəniz suları və şəffaf kiçik göllərə ev sahibliyi edir. Digər kurort ölkələrində olduğu kimi Vyetnam da sualtı dalışı və su idman fəaliyyətləri ilə turistləri özünə cəlb edir. Ən əsası isə “Phu Quoc” (Fukok) adasına Viza tələb olunmur. Bu fürsətdən yararlanmaq üçün bizimlə əlaqə saxlamanız kifayətdir.


Mavrikiy adalari turu

Mavrikiy adaları - Lüks həyatın təbiətlə qovuşduğu yer

Mavrikiy, Hind Okeanında yerləşən vulkanik mənşəli ada olmaqla geniş yayılmış mərcan rifləri, nadir bitki örtüyü və təbii landşaftı ilə fərqlənir. Mavrikiyin cənub-qərb sahilindəki “Chamarel Colored Earths” adlı yer turistlərin diqqətini çəkir. Burada torpağın təbii şəkildə qırmızı, sarı, bənövşəyi və yaşıl rənglərə bürünməsi, vulkanik proseslərin təsiri nəticəsində baş verir və dünyada nadir hallarda rast gəlinən təbiət hadisələrindən biridir.

Mavrikiy adalarının təbiəti, yalnız burada olan və başqa heç bir yerdə tapılmayan endemik bitki və heyvan növləri ilə zəngindir. Mavrikiy qışda həm komfortlu istirahət, həm də əyləncəli fəaliyyətlərlə zəngin bir tətil ilə turistləri qarşılayır.

“Terra Travel” turizm şirkəti olaraq sadəcə qeyd olunan istiqamətlər üzrə deyil, eyni zamanda sizin də istəklərinizə uyğun ölkədaxili və ölkəxarici turlar, transfer xidməti və viza dəstəyi göstəririk. "Terra Travel" ilə dünyanı kəşf edin.


Loading
Erkən Rezervasiya
Terra Travel Telegram