• Əsas səhifə
  • Məqalələr
  • Terra Travel “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” devizi altında məktəblilər üçün tur təşkil edir

Terra Travel “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” devizi altında məktəblilər üçün tur təşkil edir

Tacmahal

Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır


Terra Travel məktəblilər üçün “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” devizi altında Bakı və Bakıətrafı qəsəbələrin tarixi abidələrinə səyahət turu təşkil edir.
Artıq Tahir Həsənov adına 23№-li məktəb, Bakı şəhəri 6 nömrəli məktəb-lisey, Zəngi liseyi, 301 №-li tam orta məktəb, Bakı Slavyan Universitetinin Məktəb Lisey Kompleksi, Müasir İnnovasiyalar Liseyi, ERUDİT təhsil kompleksi, 41 nömrəli tam orta məktəb, 286 №-li tam orta məktəb, 2 nömrəli tam orta məktəb bu turlardan yararlanaraq tarixi abidələrə səyahət ediblər. Məktəblilər səyyahət proqramına uyğun olaraq Bibiheybət ziyarətgahı, Sinaqoq, Müqəddəs Məryəm kilsəsini ziyarət ediblər.


Tacmahal

Müasirliyi və qədimiliyi özündə birləşdirən şəhərimiz məktəbliləri təəccübləndirməyə hazırdır


Ölkəmizin tarixini, çoğrafiyasını, tarixi abidələrini daha dərindən tanımaq məqsədi daşıyan bu turlar məktəblilərin böyük marağına səbəb olub. Müasir göydələnlərin görünüşünü maraqla izləyən məktəblilər Bakının müxtəlif yerlərində gizlənən, qədimiliyini saxlayan bu abidələri heyranlıqla izləyiblər.

Tacmahal

Terra Travelin məktəblilər üçün nəzərdə tutduğu ölkəmizin müxtəlif guşələrinə bu tarixi səfərləri davam edir.


Bizim səyahətin marşrutu cazibədar və sirli Bakının ən gözəl tarixi yerlərindən keçir. Gəzinti zamanı qeyri-adi abidələri ziyarət etməklə yanaşı, onların tarixi haqqında çox şey öyrənmək, həmçinin gözəl şəkillər və unudulmaz təəssüratlar əldə edəcəksiniz. Tur həm böyük məktəblilər, həm də ibtidai sinflərdə təhsil alan məktəblilər üçün maraqlıdır.

Tacmahal

Bakının qeyri-adi abidələrindən danışan bu unikal ekskursiya proqramını Sizə məhz Terra Travel təqdim edir.


Terra Travel istəklərinizə uyğun proqram, vaxt və istiqaməti nəzərə alaraq bu və ya digər turu xüsusilə Sizin məktəb üçün təşkil edə bilər.

Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"





Loading
Erkən Rezervasiya
Terra Travel Telegram