Harada həm ucuz, həm də keyfiyyətli istirahət etmək mümkün olar?


Tacmahal

Hindistan


Hindistanda tətil həm ucuz, həm də asandır. Hətta Hindistan dünya üzərində tətil üçün ən ucuz ölkədir, desək yanılmış olmarıq. Yemək, yaşayış və nəqliyyat digər ölkələrə görə olduqca ucuzdur. Backpackerlər (bel çantalı turistlər) üçün ucuz hostel şəhərin hər yerində mövcuddur və bir çox tur rəhbəri sizə kömək etmək üçün əllərindən gələni çox ucuza edər. Hindistana tətilə getmək, isti su və ya kondisioner kimi lüksdan imtina edib, dəyişik insanları və yerləri görməyi seçmək deməkdir.

Tacmahal

Shri-Lanka


Sri-Lankanın mərkəzlərindən biri olan Colombo, burada ziyarət ediləcək ən məşhur şəhərdir. Sri-Jayewardenepura Kotte əsl paytaxtdır və bura da ziyarət edilməlidir. Colombodakı Budda heykəlləri və Galle Face Green Promenade görülməyə dəyər yerlərdir. Sri-Lankaya gəldiyinizdə özünüzü sanki başqa bir zaman diliminə gəlmisiniz kimi hiss edəcəksiniz. İnsanlar olduqca dost canlısı və ehtiyaclarınızı qarşılamaq üçün əllərində gələni edər.

Tacmahal

Meksika



Meksika həqiqətən müdhiş və Backpack turizmi üçün olduqca ucuz bir ölkədir. Cancun kimi yerlərdən uzaq durduğunuz müddətcə büdcəniz çox çətinlik çəkməz. İqtisadi böhran içindəki bir çox ölkə kimi burada da uyğun qiymətə yerləşə bilərsiniz. Maya Tulum abidələrini, Mexico City və Tolucayı görməyə mütləq gedin. Veracruzdan rafting etməyi də unutmayın.

Tacmahal

Yunanıstan



Bu ölkəyə turizm cənnəti də deyilə bilər. Afina kimi bir çox şəhər, tarixi əsərlər, cazibəsi, yeməkləri və əyləncə həyatı ilə turistləri cəlb edir. Yunanıstana gəlmək üçün ən uyğun zaman yaz mövsümüdür. Yaz aylarında hər yer turistlərə açıqdır. Tarixi məkanlardan çox gözəl çimərliklərə qədər bir çox yerə gedə bilərsiniz, üstəlik çox, amma çox uyğun qiymətə...

Tacmahal

Mərakeş


Mərakeşin bütün şəhərləri öz-özlüyündə unikaldır və ölkənin həyatında müəyyən rol oynayır. Rabat şəhəri isə əsrlər boyu Mərakeş dövlətinin paytaxtı olması, indiyə qədər dəyərini itirməməsi ilə əhəmiyyətlidir.
Tacmahal

Peru


Peru həqiqətən ziyarət ediləsi bir yerdir. Ucuz bir ölkə axtarırsınızsa Perunu mütləq gəzmək istədiyiniz ölkələrin siyahısına əlavə etməlisiniz. Bir xəritə, bir az ispan dili və bir cüt dağ ayaqqabısı ilə həyatınızın ən gözəl təcrübəsini yaşaya bilərsiniz.
Tacmahal

Xorvatiya



Xorvatiya turu sizə bahalı bir tətil hissi verə bilər. Amma Avropanın digər şəhərlərinin əksinə burada keyfiyyətli əyləncəni ucuza ala bilərsiniz. Hələ bir də bel çantanızla gedirsinizsə, sizdən xoşbəxti yoxdur. Hostel və ucuz restoranlar şəhərin hər yerində onlarladır.


Terra Travel - "Dünyanı bizimlə kəşf edin!"

Loading
Erkən Rezervasiya
Terra Travel Telegram